Qurunun dağ və düzənlikləri

Zirvəsi, ətəyi, yamacı aydın nəzərə çarpan, nisbi hündürlüyü 200 m-dən artıq olan müsbət relyef formasına dağ deyilir. Əgər bu tip relyefin nisbi hündürlüyü 200 m-dən azdırsa, ona təpə deyilir. Təpə nisbətən hamar zirvəyə və az meyilli yamaca malik olur.
Yer səthində dağlara, adətən tək halda rast gəlinmir. Dağlar adətən zəncir şəklində uzanır ki, belə dağlara sıra dağlar deyilir. Dünyanın ən uzun dağ sistemi Cənubi Amerikanın qərbindəki And dağlarıdır. Onun uzunluğu 9 min km-dir.


Ardı →

Əsas relyef formaları

Litosfer tavalarının toqquşması və bir-birindən aralanması nəticəsində Yer səthində hündürlükləri müxtəlif olan nahamarlıqlar yaranır. Bu nahamarlıqlar cəminə relyef deyilir. Yer səthinin relyefini geomorfologiya elmi öyrənir. Geomorfoloji xəritələr də relyef tipləri və formaları təsvir olunur. Relyef 2 böyük qüvvənin-daxili (endogen) və xarici (ekzogen) proseslərinin təsiri ilə yaranır. 
Endogen mənşəli relyef formaları — morfostruktur (daha böyük ölçülü olur. Məs. okean və qurudakı sıra dağlar, dağarası çökəkliklər və s.); ekzogen mənşəli relyef formalarına isə — morfoskulptur (daha kiçik ölçülü olur. Məs. yarğan, qobu, çay dərəsi, moren tirələri və s.) adlanır. Əgər endogen qüvvələr yer səthində kələ-kötürlük yaradırsa, ekzogen qüvvələr yaranmış bu relyefi hamarlamağa çalışır. Endogen və ekzogen qüvvələrin qarşılıqlı fəaliyyəti relyefin müsbət (qabarıq) və mənfi (çökək) formalarını əmələ gətirir.
Davamı →

Azərbaycanın relyefi

Azərbaycandakı coğrafi obyektlərin hündürlüyü Baltik dənizinin səviyyəsindən ölçülür. Azərbaycanda orta hündürlük 657 m, maksimum hündürlük 4466 m (Bazardüzü), minimum hündürlük — 27 m-dir (Xəzərin sahilləri). Relyef amplitudası 4466 +(-27) = 4493 m. Ərazinin 60%-i dağlıqdır. Azəraycanın ən mühüm geomorfoloji vahidləri: Böyük və Kiçik Qafqaz, Talış dağları və Kür-Araz ovalığıdır.


Ardı →