Videoçəkiliş

«Kamera həm görüntünü, həm də səsi yazan qara yeşik deyil. Kamera — tarixçə danışmaq qurğusudur». Con Premak, Boston televiziya studiyasının baş operatoru


1. TARİXÇƏLƏRİN AÇIQLANMASI


Əslinə qalanda, hər bir adam videokameradan (qara yeşikdən) istifadə etməyi, görüntü və səs yazmağı öyrənə bilər. Ancaq haqqında söz açacağınız tarixçəni başqalarına göstərərkən videokameradan faydalanmaq üçün texniki üsullara yiyələnməli, bacarıqlı və diqqətli olmalısınız.Praktik vəsaitin öncəki bölmələrində sizi reportyor işinin bəzi incəlikləri ilə tanış etdik. İndi videoçəkilişin bəzi yönlərini nəzərdən keçirək.
Videokameranın funksiyası görüntü və səsin yazılmasıdır. Ancaq elə yazılmasıdır ki, seyrçilər özlərini olay yerində hiss etsinlər.
Yüksək səviyyəli operatorlar olayı o qədər ustalıqla çəkə bilirlər ki, hətta bu olayın şahidləri orda diqqətlərindən qaçan önəmli epizodlar görürlər.


Ardı →

Süjet

Olayların izi ilə getməyə məcbur olduğunuz operativ reportajdan fərqli olaraq "öz" süjetinizi hazırlarkən nə demək istədiyinizi, xəbərlə görüntünü necə uzlaşdıracağınızı əvvəlcədən planlaşdıra bilərsiniz.
Öz süjetiniz müxtəlif tipli ola bilər. Bir yandan, bu süjet nisbətən dərindən işlənmiş operativ reportaj ola bilər və bu zaman çatdırılacaq material dərinlik və perspektiv qazana bilər. O biri yandan, həmin süjet hər hansı adam və ya layihə haqqında reportaj ola bilər. Bu reportaj hər hansı zaman öhdəliyi kötürmür və lazım gəldikdə müəyyən fundamentallıq vermək üçün proqrama salına bilir.
"Öz" süjetinizi işlərkən hazırlıq məsələləri operativ süjetə hazırlıqdan daha çox önəm daşıyır. Bu zaman olaya impulsiv münasibətə, yaxud tezcə olayın həlledici anını tapmağa gərək yoxdur. Sakitcə informasiya axtarışlarını planlaşdıra və materialı ən yaxşı şəkildə təqdim etmək üçün çəkiliş planını hazırlaya bilərsiniz.


Ardı →

Olay yerində: Reportyor komandası

Çağdaş yüngül avadanlığı olan teleşirkətlərin çoxu olay yerində işi reportyor komandasının gücüylə görür. Bu komanda iki nəfərdən — reportyor və operatordan ibarət olur. Bəzi teleşirkətlər hər iki funksiyanı gerçəkləşdirən bir adamın xidmətindən faydalanır.


2.1. REPORTYOR LİDERDİR


İkinəfərlik komanda çalışanda ondan çıxış eləmək vacibdir ki, komandanın hər iki üzvü jurnalistdir. Ancaq efirdə göstərilən materialın dəqiqlik və dürüstlüyünə görə bütün cavabdehliyi reportyor daşıdığından məhz reportyor komandanın lideri funksiyasını yerinə yetirir.


Ardı →

Televiziya reportajı

1.1. İCTİMAİ ÇIXARLARIN GÜDÜLMƏSİ

ABŞ-ın radio verilişləri haqqında 1927-ci il tarixli Federal Qanunu radioyayımı təşkilatlarının missiyasını «cəmiyyətin çıxarlarına, onun tələbat və ya ehtiyaclarına» xidmət kimi müəyyənləşdirir. Bu təməl məqsəd ABŞ-da yayıma lisenziya verilərkən həlledici müddəalardan biri kimi indi də qüvvədə qalıb. Bir çox telestansiyalardan ötrü televiziya xəbərlərinin hazırlanması və ötürülməsi onların gündəlik fəaliyyətinin başlıca funksiyasıdır. Televiziya xəbərləri informasiya istehlakçılarının müxtəlif və plüralist auditoriyasına -sizin tamaşaçılara yönəlməlidir. Bir telereportyor kimi sizin vəzifəniz öz dinləyicilərinizə məntiqli və faydalı informasiya çatdırmaqdır. Bu informasiya aşağıdakı tələblərə cavab verməlidir:


— birincisi, həmin informasiya ona görə gərəkli sayılmalıdır ki, onu eşidənlər özünü yaxşıca məlumatlandırılmış hiss etsinlər;
— ikincisi, o informasiya seyrçilərin istəklərinə uyğun gəlməlidir.


Ardı →