Olay yerində: Reportyor komandası

Çağdaş yüngül avadanlığı olan teleşirkətlərin çoxu olay yerində işi reportyor komandasının gücüylə görür. Bu komanda iki nəfərdən — reportyor və operatordan ibarət olur. Bəzi teleşirkətlər hər iki funksiyanı gerçəkləşdirən bir adamın xidmətindən faydalanır.


2.1. REPORTYOR LİDERDİR


İkinəfərlik komanda çalışanda ondan çıxış eləmək vacibdir ki, komandanın hər iki üzvü jurnalistdir. Ancaq efirdə göstərilən materialın dəqiqlik və dürüstlüyünə görə bütün cavabdehliyi reportyor daşıdığından məhz reportyor komandanın lideri funksiyasını yerinə yetirir.


Ardı →

Vurğunluq və obyektivlik

Bizim peşəmizin ziddiyyətlərindən biri ondan irəli gəlir ki,jurnalist bir tərəfdən mövzu ilə yaşamalı, digər tərəfdən bu mövzunu işləyərkən obyektiv olmağa çalışmalıdır. Hər birimiz həqiqəti özümüzə görə qiymətləndiririk, reporytor isə çalışmalıdırki, hadisə haqqında məlumat verərkən və ya baş verənlər barədə öz fikrini bildirərkən son dərəcə obyektiv və nəzakətli olsun, oxuculara, dinləyicilərə və ya tamaşaçılara söyləməsin ki, onun fikrincə nə olmalı idi. Reportyor hadisə yerindən xəbər verir, ancaq quldurları tutmaq və ya yanğını sondurmək onun vəzifəsi deyil. Vurğunluq və obyektivlik arasında gözlə görünməyən bir sərhəd vardır. Öz işinə başı qarışan reportyor bu sərhəddi keçən kimi obyektivliyi unudur və hər məsələ barədə öz fikirlərini auditoriyaya qəbul etdirməyə çalışır və beləliklə, jurnalistdən peyğəmbərə çevrilir.


Ardı →

Jurnalistin fəaliyyətinin əsası

Xəbərləri vermək prosesinin əsasını informasiya materialının toplanmasını və yayılmasını təşkil edən redaksiyaların və agentliklərin əlaqəli işi təşkil edir. Bu işin təməlində isə xəbəri tapan, onun mənasını açan və yazan reportyor dayanır.


Reportyorun vəzifəsi görmək, eşitmək, duymaq və hadisəni öz auditoriyasına çatdırmaqdır. Söhbətin aparıcısı yoxdursa, xəbər də olmayacaq. Söhbət aparanın özü hadisəyə həvəs və maraq göstərməlidir ki, onun barəsində darıxdırıcı şəkildə yox, şövqlə danışa bilsin.

Beləliklə, burada sohbət təkcə reportyorun məlumat vermək vəzifəsindən deyil, həm də danışmaq həvəsindən gedir. Yaxşı jurnalistikanın mayasında reportyorun özünün həvəsi dayanır. Öz işinin vurğunu olan jurnalist ətrafda baş verən nə varsa, onunla maraqlanır və hadisələrdən baş çıxarmağa çalışır ki, bu barədə öz auditoriyasına məlumat versin. Sohbət açdığı məsələ mühüm və maraqlı olmalı, cansıxıcı olmamalı, ictimaiyyət uçun 13 əhəmiyyət kəsb etməlidir.


Ardı →