Repressiya dəyirmanına su tökən iki yazı

1937-cı il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarixdi. Bu il həmin hadisələrin 80-ci ildönümüdür. Publika.az «1937» layihəsində repressiyalara qurbanlarını anaraq onların ömür yoluna yeni işıq salmağa çalışacaq, tarixi gerçəyi çatdıracaq.
1937-ci il Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb. O illəri heç kim unutmaz… Əslində həmin dövr, o dövrdə baş verən hadisələrin mətbuata yansıyan hissələri həmin dövrü tədqiq edən alimlərə məlum olsa da, geniş ictimaiyyət o vaxtın mətbuatında yazılanlardan hələ də xəbərsizdir.

Davamı →

Azərbaycan poeziyasının Mikayıl Müşfiq zirvəsi

Azərbaycan poeziyasının ən parlaq səhifələrini yazmış Mikayıl Müşfiqin ömrü və yaradıcılığı Azərbaycan gəncliyinə bütün zamanlarda örnək olaraq qalmaqdadır. Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Hər bir gənc istənilən mövzuda M.Müşfiqin şeirlərindən istifadə edə bilər. Xüsusən də milli mənlik şüuru, vətənpərvərlik, Vətənə sonsuz sevgi baxımından Mikayıl Müşfiq şeirləri ölçüyə gəlməzdir.

Hansı şer nümunəsi Mikayıl Müşfiqin «Oxu, tar!» harayına çata bilər?!..
Davamı →

Ədəbiyyat və repressiya

repressiya30-cu illər ictimai-siyasi prosesinin ən böyük hadisəsi, heç şübhəsiz, Azərbaycan ədəbi mühitindən də yan keçməyən repressiyadır.
Özlüyündə siyasi hadisə olan repressiya bir çox sahələr kimi, ədəbi prosesi də ağuşuna almış və tarixdə ilk dəfə Azərbaycan yazıçı, şair, tənqidçi, elm və maarif adamlarının kütləvi (!) həbsi və məhvi ilə nəticələnmişdi.
Bununla da siyasi iradə, qərar və qətnamələrlə idarə olunan ədəbi prosesə ölüm xofu, həbs qorxusu çökmüşdü.

Avtoritar rejimin və ona rəhbərlik edən diktatorlar — İ.V.Stalin və L.Beriyanın repressiya «sunamisi» bütün Sovetlər Birliyində, eləcə də Azərbaycanda yüzlərlə mütəfəkkiri, alimi, şair və yazıçını, folklorşünası, tənqidçini, heykəltaraşı, aktyoru həyatdan vaxtsız apardı: yalnız onların deyil, ailələrinin də faciəsinə səbəb oldu.


Ardı →

Repressiya qurbanları

ATABABA MUSAXANLI (1905-1941)



Musaxanlı Atababa Daşdəmir oğlu – tənqidçi, ədəbiyyatşünas,  1905-ci il dekabrın 20-də Bakıda anadan olmuşdur. Ali Pedaqoji İnstitutunun dil və ədəbiyyat şöbəsində təhsil almışdır (1921-19240. Bakı Pedaqoji texnikumunda və 18 saylı şəhər məktəbində dil və ədəbiyyat müəllimi işləmişdir.

1941-ci il avqustun 14-də cəza tədbirləri dövründə həlak olmuşdur.


Ardı →

Söz sənətinin acı səhifələri.

Həyatı obrazlı şəkildə əks etdirən, bədii sürətlərlə sürətlərlə təsvir edən zö sənətimiz sayılan bədii ədəbiyyat bu günə kimi çox keşməkeşli yollardan keçib. Bədii ədəbiyyat hər zaman konkret ictimai-tarixi və siyasi-sosial şəaritdə yaranır və təşəkkül tapır. Azərbaycan ədəbiyyatı hər əsrdə yeni-yeni məsələlərin təsiri altına düşmüş və yeri gəldiyində qurbanlar verərək ağır nəticələrlə də nəticələnmişdir. Hərçənd ki, bu gün mənim «qurban getdilər» deyə adlandırdığım şəxslərin ruhu bəlkə də məndən inciyərlər, çünki, bu onlar üçün şərəf olsa gərək!

20-30-cu illərdə mürəkkəb siyasi-iqtisadi və sosial şəraitdə;  yaranmalar və devrilmələr — Azərbaycan Demokratik Cümhuriyyətinin yaranması, devrilməsi, sovet hakimiyyətinin quluması və s. bunun kimi mühüm hadisələr bir-birinin ardınca yeni-yeni mərhələlər gətirərək ədəbiyyatımızda yeni-yeni ideyalara, yaradıcılıq qüvvərlərinə  təkan vermişdi.
Artıq maariflənmə işi daha da güclə start götümüşdü. Bu dövrlərdə də hökümət dairələri yazıçıların yaradıcılıqlarına, onların yazıb-yaratdıqlarına daha da cidd və böyük təsir göstərirdilər. Bunun nəticəsində də yazıçı ilə cəmiyyət arasında süni divarlar hörülürdü. Bəzən bəzi yazçılar öz yaradıcılıqlarına uyğun olmayan əsərlər də yazırdılar. Amma bütün bunlara baxmayaraq elə təcrübəli yazıçılar da var idi ki, öz yaradıcılıq prinsiplərinə nə olur-olsun xəyanət etmir, öz sadiqliyini göstərərək istədiyi kimi yazıb-yaradırdılar.


Ardı →