Şokoladlı piroq

Tərkibi:
 

  • 250 qram su
  •  130 ml bitki yağı
  •  180 qram şəkər tozu
  •  1 x.q. vanil
  •  1 x.q. kakao
  •  350-380 qram un
  •  1,5 ç.q. qabartma tozu
  •  100 qram kişmiş
  •  100 qram qoz ləpəsi, fındıq

 
Hazırlanma qaydası:
 

Dərin boşqaba su töküb, üzərinə şəkər tozu və vanil əlavə edərək  həll olunana qədər qarışdırın. Sonra üzərinə bitki yağı töküb, yenidən qarışdırın.
 
100 qram unu ələkdən keçirin, kakao və qabartma tozu ilə qarışdırın. Sonra unlu qarışığı boşqabdakı şəkərlə qarışdırılmış suyun üzərinə tökün.
 
Daha sonra qalan unu ələkdən keçirib, hazırladığınız qarışığa  əlavə edərək, xəmir yoğurun.  Xəmir qatı xama kimi olmalıdır.
 
Kişmişi yuyub qurulayın, 1 xörək qaşığı unla qarışdırın.
 
Fındıq və qoz ləpəsini xırdalayıb, xəmirə əlavə edin.
 
Xəmiri  qarışdırıb, forma qabına tökün.
 
Piroqu 180 dərəcə qızdırılmış sobada  45-50 dəqiqə ərzində bişirin.
 
Nuş olsun!
Davamı →

Uşaqlar üçün südlü şorba

Tərkibi:
1 stəkan süd
1 xörək qaşığı düyü unu
Pomidor suyu
1 çay qaşığı zeytun yağı

Hazırlanması:
Bir qazana süd, 1 xörək qaşığı düyü unu, yarım  stəkan pomidor suyu və ya əzməsi əlavə olunub bişirilir.
Sonra, 1çay qaşığı zeytunyağı əlavə edilərək uşağa yedirdilir. Un qatılmadığında çox az çörək içi  verilə bilər.

Qeyd: Körpələrə inək südü 1 yaşından əvvəl verilməməlidir.


Davamı →

Zoğal mürəbbəsi

Zoğalın təzə dərilmiş meyvəsindən və şirəsindən xalq təbabətində şəkər xəstəliyi zamanı, sərinlədici və ürək yanğısının qarşısını alan vasitə kimi istifadə edirlər. Ümumiyyətlə, Azərbaycanın xalq təbabətində zoğalın meyvələrindən çox qədimdən isitməyə [malyariyaya] qarşı istifadə olunur. Zoğal mürəbbəsi soyuqdəyməni aradan qaldırır.

Tərkibi:
Zoğal – 1kq,
şəkər – 1,2kq.

Hazırlanması:
Zoğaldan bütöv və çəyirdəyi çıxardılaraq mürəbbə bişirilir. Şəkərə 2 stəkan su töküb şərbət hazırlanır. Şərbətin yarısı birinci bişirmədən əvvəl, yarısı isə 2-ci bişirmədən əvvəl tökülür. 5-8 saat saxlamaq şərti ilə 2 dəfəyə bişirilir. Bəzən zoğalın üzərinə şərbətin hamısı tökülür, qaynadılır və aradan 10-15 dəqiqə soyutmaq şərtilə 4-5 dəfəyə bişirilir.


Davamı →

Portağal mürəbbəsi

Tərkibi:
1kq qalin qabiqli portağal
8st şəkər tozu
1 ədəd limon suyu
5st su

Hazırlanması:
Portağallar yuyulur,ağ iç qabığı qalacaq şəkildə narıncı qabığı soyulur.Soyulan portağalların bir neçə yerinə bıçaqla deşik açılır. Portağallar bu şəkildə dərin bir qazana tökülür üzərini örtəcək qədər su tökülür. 5-10 dəq. qaynadılır, su süzülür. Bu proses portağalların acısı gedənə qədər ən azı 2 dəfə yerinə yetirilir(qaynadılma süzmə işi). Başqa bir qazanda su və şəkər tozu qaynadılır. Suyu süzülən portağallar istənilən şəkildə dilimlənir və şirənin içinə tökülür. Limon suyu da əlavə edilir, mürəbbə şəklinə gələnə qədər bişirilir. Soyuduqda bankalara yığılır.

Bu metodla limon,naringi və qreypfrut mürəbbələri də hazırlamaq olar.


Davamı →

Heyva mürəbbəsi

Tərkibi:heyva murəbbəsi
Təmizlənib doğranmış heyva – 1kq,
şəkər – 1,2kq

Hazırlanması: 
Heyva təmizlənir, 2 sm qalınlığında dilimlərə doğranır və qaynar suda 10-15 dəq. pörtülür. Sonra heyva dilimlərinin üzərinə qaynar şərbət əlavə edilir.
Şərbəti heyva pörtülmüş su ilə hazırlayırlar. Mürəbə arada 8-10 dəq. qaynadılıb 8 saat saxlanılmaq şərti ilə 3-4 dəfəyə bişirilir. 


Davamı →

Pendirli və qozlu ispanaq salatı

Tərkibi:
200 qram təzə ispanaq
1/3 stəkan ovulmuş duzlu ağ pendir
1/3 stəkan iri-iri doğranmış qoz ləpəsi
1 ədəd  qabığı soyulmuş və kub şəklində doğranmış alma
1/3 stəkan ağ kişmiş
1 ədəd kub şəklində doğranmış orta boy pomidor (mən bəzən bu salata pomidor qoymuram)
2 xörək qaşığı zeytun yağı
yarım limonun suyu
1 xörək qaşığı balzamik sirkə (zövqə görə alma sirkəsi ilə əvəz oluna bilər)
zövqə görə duz (pendir çox duzludursa, əlavə duz vurmayın)
zovqə görə istiot
 
Hazırlanması:

İspanağı yaxşıca yuyun və qurulayın. Yarpaqlarını iri doğrayın. Yarpaqlar çox iri deyilsə, onları doğramamaq da olar. Bütün ərzaqları böyük salat qabına qoyub, qarışdırın. Nuş olsun!

P.S: 4 porsiya üçün nəzərdə tutulub.  


Davamı →

Təndir çörəyi

1 çörək üçün

Ərzaqlar

1 paket (7 g) quru maya
1 ½ stəkan (375 ml) ilıq su
1 çay qaşığı duz
3 stəkan (450 g) əla növ un
1 yumurta sarısı, səthi üçün
1 çay qaşığı xaş-xaş və ya küncüd


Ardı →

Kəsmikli badımcan ruleti

Tərkibi:Kəsmikli badımcan ruleti
1-2 ədəd badımcan
200-250 qram kəsmik (qaymaqlı pendirlə də əvəz edə bilərsiz)
cəfəri, şüyüd, tərxun 
2 dilim sarımsaq
1 x.q. xama və yaxud yağlı qaymaq (mayonezlə də əvəz edə bilərsiz)
zeytun və yaxud bitki yağı
duz, yeni döyülmüş istiot
kahı yarpaqları və təzə tərəvəz (pomidor, xiyar, bolqar bibəri və b.)

Hazırlanma qaydası:
Badımcanları yuyub qurulayaraq uzunsov şəkildə dilimləyin. Üzərinə duz səpin və acısını çıxarın. Sonra onları yuyub, təmiz dəsmalla qurulayaraq zeytun yağında hər iki tərəfini yaxşıca qızardın. Qızardılmış badımcanları tavadan götürüb boşqaba qoyun.


Ardı →

Toyuq salatı

Tərkibi:Toyuq salatı
400 qram hisə verilmiş toyuq
100-150 qram qara gavalı
100 qram qoz ləpəsi
2 ədəd kök
4 ədəd kartof
4 ədəd yumurta
300 qram pendir
250 qram şampinyon göbələyi
duz, mayonez
1 x.q. bitki yağı
təzə xiyar
3 x.q. qoz ləpəsi
Salatı bəzəmək üçün cəfəri və mərcanı lazımdır.


Ardı →

Mimoza salatı

Ərzaqlar:Mimoza salatı
 
1 banka balıq konservası (qızılbalıq və yaxud sayra)- istəsəniz konservanı 200 qram suda bişirilmiş qızılxallı balıqla əvəz edə bilərsiz.
 1-2 ədəd bişmiş kök
 4-5 ədəd yumurta
 1 ədəd soğan
 mayonez
 duz, yeni döyülmüş istiot
 salatı bəzəmək üçün şüyüd
Ardı →