Gicitkənli spagetti

Tərkibi:
5-6 porsiya üçün:
200 qr gicitkən yarpağı
300 qr spagetti
4 x/q zeytun yağı (+ 2 x/q sonda əlavə edilir)
4 diş sarımsaq
1 ç/q qırmızı quru bibər (acısız)
0.5 ç/q əzilmiş qara istiot
0.5 ç/q duz
150 qr parmesan pendiri

Hazırlanma qaydası:
Lazım olan inqredientlər hazırlanır. Gicitkən yaxşı yuyulmalıdır (adətən buna sərf olunan vaxt ümumi hazırlanmaya gedən vaxtdan çox olur). Gicitkəni yumağın iki üsulu var. Ya gərək əlcəkdən istifadə edəsiniz, ya da ilk olaraq gicitkən dəstəsinin üzərinə qaynar su töküb sonra isə onu soyuq suda yaxalayaraq yarpaqlarını dərəsiniz. Ümumilikdə inqredientlərin sayı az olduğu üçün: yağ, spagetti, gicitkən, pendir — onların keyfiyyətinin yaxşı olması məsləhətdir.
Davamı →

Narnumru

Deyin görüm bu narlı yumurta şəklini görəndə ilk reaksiyanız necə oldu? Əgər siz “Wow!” dedinizsə, onda çox sağ olun! Sevindim ki, bəyəndiniz. Əgər “İkisi bir yerdə? Nə? Necə yəni? Elə niyə? Hmm.” Deyə düşündünüzsə yenə də sağ olun. Bu sizin günahınız deyil. Çünki, həqiqətən də, bir-biri ilə qətiyyən əlaqəsi olmayan bu iki ərzağı bir yeməkdə birləşdirmək kimin ağlına gələ bilərdi?

Əgər kiminsə bunu etdiyindən xəbərim olmasaydı mən də elə sizin verdiyiniz sualları verərdim. Amma mən bilirəm ki, kimsə bunu artıq edib. Azərbaycanın Salyan rayonunda, nar və yumurtanın narnumru adlı qeyri-adi xörəkdə birləşdiyi gözəl məkanda.
Davamı →

Kartof səbətində yumurta

Tərkibi:
2 ədəd böyük ölçüdə qaynadılmış və soyudulmuş kartof
Yarım stəkan holland pendiri
4 yumurta
2 ədəd yaşıl soğan
İstədiyiniz ədviyyatlar

Hazırlanması:
Sobanı 200 dərəcədə isidin.

Qaynadıb soyutduğunuz kartofları iki yerə bölün.

Qaşıqla içini çıxarın.

İçinə duz və istiot səpdikdən sonra pendir və bir-iki ədəd soğan doğrayın.

Sonra yumurtanı içinə qırın və yenə üzərinə istiot, duz əlavə edin.

Kartofları 20 dəqiqə sobada bişirdikdən sonra çıxarın.

Yumurta sarısının bişməsinə diqqət edin.

Nuş olsun!


Davamı →

Qiyməli kabak dolması

Ərzaqlar:
Orta ölçülü kabak – 1 kq.
Düyü – 1 st.
Qiymə — 300 q.
Tomat – 2 x.q.
Duruyağ – 0,5 st.
Duruyağ və ya kərə yağı – 1 x.q.
Duz, qara istiot, nanə
İsti su

Hazırlanması:
Yuduğunuz kabakları soyub, 2 hissəyə bölün və içini oyun.
Düyünü bol su ilə yuyub, süzün.
Pomidoru sürtgəcdən keçirib, bir qabda qiymə, düyü, yağ, nanə, tomat, duruyağ, duz, istiotla qarışdırın.

Kabakları doldurub, tavaya yığın. 1 stəkan isti su ilə 1 yemək qaşığı tomatı qarışdırın, düzdüyünüz kabakların üzərinə gəzdirin.
Gözəyarı 1 ya da 2 stəkan isti su əlavə edin. Dolmanı vam odda düyü şişənə qədər bişirib. Sarımsaqlı qatıq ilə servis edə bilərsiniz.


Davamı →

Puf börəyi

Tərkibi:
1 stəkan süd
1 x/q sirkə
1 ç/q duz
2 ədəd yumurta
2 x/q zeytun yağı
1 stəkan duru yağ
Lazımi qədər un

İçlik üçün:
500 qr qiymə
2 x/q duru yağ
1 ç/q duz
1 ç/q istiot


Ardı →

"Pirat" salatı

 «Pirat» salatının hazırlanma qaydası

Tərkibi:
100 q toyuq filesi
50 q ağ kələm
2 pomidor
1 xiyar
30 q bərk pendir
30 q mayonez
10 q göy soğan suxarı (zövqə görə)
2 x.q. soya sousu



Ardı →

Lavaşana

Lavaşananı müxtəlif meyvə və giləmeyvədən hazırlamaq olar. Ən dadlı lavaşana alma, armud, heyva, alça və gavalıdan alınır.

Meyvə və giləmeyvənin üzərinə bir az su tökülür və vam odda yumuşalana qədər bişirilir, sonra aşsüzəndən keçirilir. Alma lavaşanası qarınçada bişirilmiş almadan hazırlanır.

1 kq əzməyə 200-dən 500 qrama qədər şəkər (meyvənin turşuluğundan asılı olaraq) qatılır.
Lavaşana emallı qazanda tez-tez qarışdırılmaqla bişirilir. Fikir vermək lazımdır ki, dibi yanmasın. Lavaşananın hazır olmasını qarışdırılan qaşığa yapışıb dartılması ilə təyin etmək olar. Lavaşanaya xüsusi ətir və tam vermək üçün hazır olmağa az qalmış ona xırda doğranmış qoz, yaxud naringi qabığı tozu qatmaq olar.

Hazır lavaşana üstünə perqament kağızı sərilmiş taxta, yaxud dayaz nimçəyə tökülür və bıçaqla hamarlanıb ya açıq havada, ya da qapısı açıq qarıncada 60 dərəcədə qurudulur. Sonra dürmələnib saxlanılır.

Laylı lavaşana da hazırlamaq olar. Bunun üçün bir lay alma, bir lay gavalı və s. sərilməlidir. Şirə çıxandan sonra qalan pıçaldan da lavaşana hazırlamaq olar. Onlar qızdırılır, isti-isti aşsüzəndən keçirilir və hazır olana qədər bişirilir. Belə lavaşanaya şəkər qatılmır.
Davamı →

Piti

Bizim ailələrdə və yeməkxanalarda çox iştahla yeyilən əziz xörəkdir. Mümkün qədər qoyunun çox yağlı döş-maçasından, peysər, sərdəs ətindən bişirilir. Pitiyə ətlə bərabər quyruq da salınsa daha ləzzətli olar. Piti sümüklü ətdən də bişirilir. Saxsı külpələrdə bişirilən piti xüsusilə ləzzətli olur.

Hazırlanma qaydası:
qabaqcadan isladılmış noxud küpədəki suyun içinə tökülərək bişirilir.
30-40 qrama yaxın doğranmış sümülü və sümüksüz ət noxud qaynayan qaba atılır, içinə duz, soğan salınır. Kəfi alınır.

Ümumiyyətlə xörəklər, xüsusən piti, nə qədər dəmlə bişərsə, bir o qədər dadlı olar. Bişənə yaxın içinə ədviyyat (sarıkök, istiot), olsa albuxara, olmasa təzə və yaxud qurudulmuş alça salınır.

Bundan sonra soyulub yuyulmuş kartof, əgər iridirsə iki bölünərək bişən ətin içinə atılır. Piti süfrəsində mütləq soğan olmalıdır.

Bəzi ailələr pitinin suyuna çörək doğrayıb ayrıca yeyirlər, sonra isə həmin qabda ətini əzib yeyirlər. Bəziləri isə ətlə suyunu biryerdə qarışıq yeyirlər. Zövqə görə bunların hər ikisi ləzzətlidir.
Davamı →

Kral blinləri

Tərkibi:
Buğda unu – 3 st
Süd – 300 ml
Yumurta – 3 ədəd
Kərə yağı – 100 qr
Qaymaq – 150 qr
Maya – 40 qr
Duz
Şəkər

Hazırlanması:
İlıq süd, unun yarısını və mayanı qarışdıraraq isti yerdə saxlayırıq.
Süd mayalandıqdan sonra kərə yağı ilə qarışdırılmış yumurta sarılarını əlavə edirik və hamısını qarışdırırıq.

Un əlavə etdikdən sonra zövqünüzə görə duz və şəkər qataraq qarışdırın və isti yerdə saxlayın.

Yumurtanın ağını və qaymağı ayrı-ayrılıqda çalın. Xəmir qalxdıqdan sonra içinə çalınmış yumurta ağını və qaymağı əlavə edin. Xəmiri 15-30 dəqiqəlik saxladıqdan sonra blinləri bişirə bilərsiniz.

Nuş olsun!
Davamı →