Riskli yaşamaq

Riskli yaşamaq nə deməkdi?

Riskli yaşamaq — yaşamaqdı. Kim risk eləmirsə yaşamır. Risk həyata dad verir. Əsl həyat təhlükələrlə dolu həyatdı. Təhlükəsiz həyat mənasızdı.

Təhlükəsizliyə can atmaq insan həyatını tərpənməz bataqlığa döndərir. Belə insanın enerjisi çıxış tapmır, içəridə qalır və o narahat yaşayır. Heç kim başına nələr gələcyini bilmir. Gələcək bəlli deyil. Buna görə də çox adam riskdən qorxur. Daha rahatı məlumlarla qane olmaqdı. Bildiklərinlə kifayətlənməkdi. Yeniyə can atmamaq insanlara görə adamı təhlükədən qoruyur. Amma bu həm də həyatdan uzaq salır adamı. Çünki həyat hadisələr toplusudu. Nə qədər çox hadisə baş verirsə bir o qədər zəngin həyat yaşayırsan. Hadisə azlığı həyatın statik vəziyyətə olmasının göstəricisid. Bu halda niyə yaşayırsan? Mənası nədi? Həyatdan qorxmaq olmaz. qorxsan belə riskə atılmalısan. Əks halda cansıxıcı, darıxdırıcı bir yaşam gözləyir səni. Hər dəqiqə nəsə istəyirsən, nəsə arzulayırsan, amma nə istədiyini bilmirsən. Bu macərasızlıqdı, stabillikdi, köhnəliyin təkrar-təkrar yaşanmasıdı. Bu, insanı dəli edə bilər. Çünki insan enerji mənbəyidi. O enerjisini buraxmalıdı, xərcləməlidi. Eynilikdə bu mümkün deyil. Risksiz olmur.


Ardı →