Ritorikanın qısa tarixi

Yunanıstanda ritorika

Ritorikanın tarixi e.ə. V-IV əsrlərdən başlanır. Ritorika dedikdə, onu həm sənət, həm də elm kimi başa düşmək lazımdır. Qədim Yunanıstanda məhkəmələr açıq havada çoxsaylı insan izdihamında keçirilməli, habelə bayramlar, təziyələr, dostluq görüşləri çox izdihamlı olardı. Burada xalqın hörmətini qazanmış Demosfen, Lisi, Sokrat, Perik kimi məşhur ritorlar çıxış edərdi. Onlar böyük nüfuza malik və savadlı insanlar idi. Eyni zamanda ritorikanın nəzəri problemləri də hazırlanır — sistemləşdirilir, elmi-nəzəri əsərlər meydana gəlirdi. Bu əsərlərdə ritorika — natiqlik sənətinin sirrləri və onlara yiyələnmək yolları göstərilirdi.


Davamı →

Ritorika və onun başqa elmlərlə əlaqəsi

Çox vaxt ritorika (bəlağətlinitq) ilə nitq mədəniyyətini eyniləşdirmişlər. Ritorika yunanca natiqlik haqqında elm deməkdir, geniş mənada isə bədii nəsr — bədii oxuma sənəti mənasında işlədilir. Qədim Yunan və Roma natiqləri S.Siseron, Kvantilian ritorikanı 5 hissədən ibarət hesab etmişlər: materialın tapılması (seçilməsi); yerləşdirilməsi (ardıcıllıq); sözlərlə ifadəsi (yüksək orta və aşağı üslubda ifadə etmək), habelə sözlərin seçilməsi; yadda saxlamaq (yada salmaq) və nitqin ifadəsi.

Bu qədim sənət növü insanlara böyük hörmət gətirirdi. Sonralar isə V.Hüqodan başlayaraq ritorika gurultulu ifadələr, mənasız sözlər yığını, hay-küy mənasında işlənmişdir. Nitq mədəniyyəti isə başlıca olaraq ritorikanı özündə əks edirir. Başqa sözlə, ritorikasız nitq mədəniyyəti ola bilməz.


Davamı →

Nitq mədəniyyətinin başqa elmlərlə əlaqəsi

Hər bir insana bəllidir ki, yaşadığımız dünya keşməkeşli hadisələrlə dolu bir aləmdir. Maddi aləmin bu mürəkkəb proseslərini elm sahələri araşdırır, müəyyən nəticələr əldə edir. Maddi aləmin müxtəlifliyi, elmlərin də müxtəlif şaxələrə bölünməsinə gətirib çıxarır. Nitq mədəniyyəti də bu elmlərdən biridir. Başqa elm sahələrində olduğu kimi, bu sahədə də cəmiyyətin tələblərindən doğan zəruri məsələlər diqqət mərkəzində durmalıdır. Cəmiyyətin inkişafı ilə bərabər inkişaf edib bu günümüzə gəlib çatan bir çox elmlər kimi, nitq mədəniyyəti elmində də həllini gözləyən məsələlər mövcuddur. Çünki nitq mədəniyyəti uzun illər başqa elmlərin tərkibində formalaşmışdır. Qədim Yunanıstandan tutmuş bir çox dünya ölkələrində təşəkkül tapmış nitq mədəniyyəti bu gün də müxtəlif elmlərlə əlaqəli şəkildə inkişafını davam etdirir. Nitq mədəniyyətinin aşağıdakı elmlərlə əlaqəsi mövcuddur:


Davamı →

Natiqlik sənətinin tarixinə dair

Öz tarixi keçmişinə görə çox qədim zamanları əhatə edən natiqlik sənətinin ilk rüşeymləri Misirdə, Çində, daha sonra Ərəbistanda təşəkkül tapmışdır. Qədim zamanlarda xalqın böyük hörmətini qazanmış nüfuzlu və istedadlı natiqlər Şərq bəlağətini (fikrin, aydın, incə və gözəl ifadə olunması) və fəsahətini (aydın danışma və ya fikrin aydın ifadəsi) yüksək səviyyəyə qaldırmışlar. Lakin sonralar süquta uğrayan natiqlik sənəti Avropada böyük inkişaf yoluna qədəm qoymuşdur. Öz inkişaf və mədəniyyətinə görə həmişə Şərqə borclu olan Avropa bu sənətin də ilk rüşeymlərini qoca Şərqdən əxz etmişdir.


Davamı →

Natiqin əməyi və davranışı

Hər bir natiq nitqini hazırlayarkən qarşısına məqsədlər qoyur. Öz şəxsi təcrübəsindən istifadə edib, nitqini maraq doğuran məsələlər üzərində qurmağa çalışır. Belə ki, o, natiqlik sənətinin prinsiplərinə riayət etməlidir. Odur ki, natiq nitqini hazırlayarkən aşağıdakı prinsiplərə əməl etməlidir:

  1. Nitqin məzmunu
  2. Nitqin forması
  3. Məzmun ilə formanın vəhdəti
  4. Məzmunun aydınlaşdırılmasında ənənəvi formalardan düzgün şəkildə istifadə edilməsi
  5. Nitqin kompoziyasının qurulması
  6. Ədəbi dilin normalarına əməl edilməsi
  7. Nitqin sadə, yığcam olmasının təmin edilməsi
  8. Nitqin ideyasının dinləyicilərə çatdırılması
  9. Üslub

Davamı →