Nikolay Kopernik

Milliyətcə polyak olan Nikolay Kopernik astronom, riyaziyyatçı, mexanik, iqtisadçı və ilahiyyatçı olmaqla yanaşı daha çox ilk elmi inqilabın əsası hesab edilən Günəş sisteminin heliosentrik modelinin müəllifi kimi tanınır. 

Nikolay Kopernik 1473-cü il fevralın 19-da Polşanın Toruni şəhərində Almaniyadan gəlmiş tacir ailəsində anadan olub. 9 yaşında atasını itirən Kopernik 1491-ci ildə Krakov universitetinə daxil olmuş, burada riyaziyyat, tibb və ilahiyyat elmlərinə dərindən yiyələnmişdir. Amma o daha çox astronomiya elmi ilə maraqlanırdı. 

1497-ci ildə Kopernik təhsilini davam etdirmək üçün İtaliya gedərək Bolonya universitetinə daxil olur. Burada o, ilahiyyat, hüquq və digər qədim elmlərlə yanaşı astronomiyanı da öyrənmək imkanı əldə edir. Kopernik Padua universitetində tibb elmini öyrənmiş və Ferrara universitetində ilahiyyat üzrə elmi dərəcə almışdı.
Davamı →

Arximed

Böyük alim və mexanik olan Arximed bizim eramızdan əvvəl III əsrdə yaşayıb. O, kiçik Yunan dövlətinin paytaxtı olan və Siciliya adasında yerləşən Sirakuza şəhərində anadan olub. Öz dövründə bir çox texniki kəşfləri ilə məşhurlaşıb. Gəmi və hava vintinin əcdadı olan və onun adı ilə adlandırılan su qaldıran Arximed vinti mexanizmini kəşf edib.

Arximed həmçinin astronomiya ilə də məşğul olub. O, Günəşin görünən (bucaq) diametrini təyin etmək üçün cihaz düzəldib və həmin bucağı dəqiqliklə hesablaya bilib. Bundan başqa o, planetlərin hərəkətini, Ayın fazalarını, Günəş və Ayın tutulmalarını müşahidə edən mexaniki cihaz hazırlayıb.
Davamı →

Riyaziyyatçıların fəndi

Üç riyaziyyatçı və üç fizik başqa bir şəhərdə konfransda iştirak etməli idilər. Onlar konfransa yollanmaq üçün vağzala gəlir və kassanın önündə qarşılaşırlar. İlk olaraq fiziklərin növbəsi yaxınlaşır və onlar adi qaydada hərəyə bir bilet əldə edirlər.

Riyaziyyatçılar isə üç nəfərə 1 bilet alırlar.
– Necə yəni? — deyə fiziklər təəccüblənir — axı qatarda konduktor var və biletsiz sizi qovacaqlar!
– Narahat olmayın, — deyə riyaziyyatçılar cavab verir — bizim “üsul”-umuz var.
Davamı →

Pifaqor - müəmmalı riyaziyyatçı

Samoslu Pifaqor (b.e .ə. 570-490-cı iilər) – qədim yunan filosofu, riyaziyyatçısı, pifaqorlular dini-fəlsəfi məktəbinin banisidir. 

Pifaqorun valideynləri Samos adasından idilər. Bir sıra mənbələrdə alimin atasının daşyonan, digər mənbələrdə isə varlı tacir olduğu qeyd edilib. Pifaqorun anası, yunan Soloma müstəmləməkəsini yaradan tanınmış Ankeya sülaləsindən olub. Əfsanələrə görə, alimin anadan olacağını Delflərdə Pifiya təxmin etmişdi. Qeyd edək ki, Pifaqor sözünün hərfi mənası «Pifiyanın elan etdiyi kəs» deməkdir. Alim Finiyalı Sidonda anadan olub.

Qədim müəlliflər Pifaqorun öz dövrünün bir çox məşhur müdrikləri ilə (yunanlar, farslar, misirlilər ilə) ünsiyyət qurduğunu iddia edirlər. Xüsusi ilə, gənc vaxtlarında alimin Misirə getdiyi və yerli kahinlərlə tanış olduğu söylənilir. Bir sıra müəlliflər onun yad ölkələrdən gələnlər üçün qadağan olunmuş sirlərə bələd olduğunu qeyd edirlər.
Davamı →

Evklid - ilk riyaziyyat nəzəriyyəçisi

Evklid (b. e. ə. 300-cü il) riyaziyyatdan ilk risalənin müəllifi olan qədim yunan riyaziyyatçısıdır. Onun müəllifi olduğu risalə bizim dövrümüzə gəlib çıxa bilib.

Həyat yolu və elmi nailiyyətləri
Evklid haqqında bioqrafik məlumatlar bir o qədər də çox deyil. Bizə onun elmi fəaliyyətini İskəndəriyyədə b. e. ə. 3-cü əsrdə keçdiyi məlumdur.

Evklid İskəndəriyyə məktəbinin ilk riyaziyyatçısı olub. Alimin «Əsaslar» adlı əsas işi stereometriyaya, planimetriyaya və rəqəmlər haqqında nəzəriyyəyə həsr olunub.

Faktiki olaraq Evklid riyaziyyatın inkişaf etməsi üçün bünövrə yaradıb. Həmçinin onun «Fiqurların bölünməsi» adlı inşası, 4 «Konik kəsişmələr» və «Porizmlər» adlı kitabları bugünkü günə qədər saxlanılıblar. Bundan savayı, Evklid optikadan, astronomiyadan və musiqidən yazırdı.
Davamı →

Ramanucan

19-cu əsrin sonunda Hindistanın cənubunda kasıb bir ailədə Srinivasa Ramanucan Ayenqor adlı bir oğlan dünyaya gəlir. Onun ailəsi zənginliyi ilə fərqlənməsə də, brahmanlar kastasına daxil idi və ənənə və dini ayinləri müqəddəs hesab edirdilər. Buna görə də gənc Ramanucanın bütün təhsil və tərbiyəsi yalnız bir şeyə gətirib çıxarırdı: O atasının yolunu davam etdirməli və məmur olmalı idi.

Lakin Ramanucanı lap kiçik yaşlarından tamamilə başqa bir şey maraqlandırırdı. O çox da təhsilli olmayan Hindistanda heç də asan məsələ olmayan rəqəm və tənliklərin həllinə maraq göstərir. Uşaq dəhşətıi dərəcədə məlumat azlığından əziyyət çəkirdi. Onun demək olar ki, riyaziyyata aid heç bir kitabı yox idi və kitab əldə etmək üçün hətta oğurluq belə etməyə hazır idi. Ramanucan hələ hənc yaşında olarkən belə bir çox teorem və düstürları kəşf etmişdir.
Davamı →

Neymanın tapşırığı


Məşhur amerikalı riyaziyyatçı Con fon Neymanın (1903-1957) kolleqalarından biri ona bir qədər çətin sual ilə müraciət edir. Aralarında 100 km məsafə olan A və B məntəqələrindən eyni vaxtda iki qatar saatda 50km/saat sürətlə üz-üzə olmaqla hərəkətə başlayır.
 
Qatar hərəkətə gələn zaman A məntəqəsindən hərəkətə keçən qatarın ön hissəsinə qonmuş bir arı səsdən qorxaraq dəmir yolu xətti boyu irəli 90 km/saat sürətlə uçmağa başlayır. Arı B məntəqəsindən gələn qatara toxunaraq cəld dönür və həmin sürətlə geri uçmağa başlayır. Arı qatarlar toqquşana qədər bu şəkildə davam edir. Arı neçə kilometr yol qət etmişdir?
Davamı →

Qriqori Perelman

Qriqori Perelman Puankare teoreminin isbat edilməsinin müəllifi, fizika-riyaziyyat üzrə namizəddir. O Steklov adına Riyaziyyat universitetinin Leninqrad bölməsində işləmiş, ABŞ-ın bir sıra universitetlərində tədris etmişdir. Hazırda isə 2003-cü ildən etibarəndir ki, işləmir və demək olar ki, yad insanlarla ünsiyyət qurmur.

O 13 iyun 1966-cı ildə Leninqradda dünyaya gəlib. Perelman 1982-ci ildə məktəbli komandası tərkibində Budapeştdə Beynəlxalq riyaziyyat olimpiadasında iştirak edib. Elə həmin ildə imtahansız Leninqrad dövlət universitetinin mexanika-riyaziyyat fakultəsinə qəbul edilib. O riyaziyyatla bağlı təşkil edilən bütün olimpiada və müsabiqələrdən qalib olaraq ayrılırdı.
Davamı →