Süni intellekt

Robotlar haqqında nə bilirsiniz?
Sizcə, hansı işlərdə robotlar insanlardan üstündür?
Məşhur Microsoft şirkətinin qurucularından biri Bili Geytsin proqnozlarına görə, elm və texnikanın yaxın gələcəkdə əsas inkişaf istiqaməti robototexnika (robotics) olacaqdır. Robotlar hərəkət etməklə verilmiş tapşırıqları yerinə yetirən fiziki qurğulardır. Bu məqsədlə robotlar ayaqlar, təkərlər, kabellər, tutacaqlar kimi icraçı mexanizmlərlə təchiz edilir. Bundan başqa, robotlarda ətraf mühitdən verilənləri qəbul etmək üçün sensorlar da quraşdırılır.

Davamı →

“Süni zəka” insanlığın əb böyük və son naliyyəti ola bilər

 Süni zəkaMəşhur fizik Stefan Hovkinq ingiliz “İndependent” qəzeti üçün qələmə aldığı bir məqalədə süni zəkanı texnalogiyalarının nəzarətsiz inkişafı ilə bağlı xəbərdarlıq etdi. Nobel mükafatlı alim “Süni zəka araşdırmaları böyük sürətlə davam edir. Son dövrlərdə öz-özünü idarəedən avtomobillər, bilik yarışmalarını qazanan robotlar, Siri, Google Now və Cortana kimi rəqəmsal asistanatlar kəşf edildi. Bütün bunlar süni zəka texnalogiyası sahəsində önəmli araşdırma və investisiya müharibəsinin başladığına işarə edir” dedi.
 Bütün bu keşflərin gələcək faydalarının çox böyük olduğunu qəbul edən Hovkinq  “bu texnalogiyalar xəstəlikləri, müharibələri sonlandıra bilər. Süni zəka insan tarixinin ən böyük və önəmli naliyyəti ola bilər” dedi
Ardı →

Andy Rubinin Google şirkətin ilə gizli layihəsi: Robotlar

Google'un ağıllı telefon bazarını ələ keçirən Android əməliyyat sisteminin əvvəlki texnologiya müdürü Andy Rubin, vəzifəsindən ayrıldıqdan sonra səssizliyə bürünmüşdü. Rubin, New York Times'a verdiyi müsahibədə Google ilə səssiz — sədasız davam etdirdikləri yeni layihə haqqında danışıb: Robot istehsal etmək.Android'in əvvəlki müdürü Andy Rubin, Mart ayında vəzifəsindən ayrılacağını açıqladığında texnologiya dünyası çox təəccüblənmişdi. Rubin, vəzifəsini tərk etdikdən sonra səssizliyini qoruyarkən, haqqında «robotlar üzərində çalışdığı» şaiyələri yaranmışdı. O, bu iddiaları doğrulayıb.Google planlarından daha çox öz beynindəki planlardan danışan Rubin, bir çox robot şirkəti alan Google ilə robot texnologiyası üzərində çalışdığını bildirdi.Rubin, Android'i tərk etdikdən sonra Google şirkətinin qurucuları Sergey Brin və Larry Page'i razı sala bildiyini, robot sahəsinə büdcə ayrılması mövzusunda anlaşdıqlarını söylədi. Android'in qurucusu, robot şöbəsinin Google X laboratoriyasından ayrı olacağını ifadə edib. Hətta, robot laboratoriyası bir gün ayrı bir şirkətə çevrilə bilər və Google'un robot firması qurula bilər.
Davamı →