Rok tarixi

  • Musiqi
Gitara rifflərinin gücü və hiddətli dinamikası çoxlu drayv və enerji ilə sazlanmış böyük enerji ehtiyatı və şəxsi fəlsəfədir... Bir çoxları üçün rok — böyük Led Zeppelin, Deep Purple, Pink Floyd və rok musiqisinin digər nəhəngləri, mələkləri, burada, Azərbaycanda əlçatmaz olanlardır. Müasir Azərbaycan roku, qəribə olsa da bu gün yarandığı dövrdəki roka bənzəyir: gənclər, submədəniyyət, öz «paralel» həyatının özünə xas atmosferi, hər kəsin bir-birini tanıdığı pərəstişkarların dar dairəsi və demək olar ki, böyük şou-biznes aləmi ilə əlaqənin tamamən olmaması...
Azərbaycanda rok tarixi əcaibdir və ayrıca kitaba layiqdir. Çünki Azərbaycan roku — əsl feniksdir. Hətta eyni zamanda sələflərinə bənzəyən və bənzəməyən, ən qatı pərəstişkarların ondan əlini üzdükdən sonra belə tamamilə yanan və sözün həqiqi mənasında küllərindən yenidən doğan feniks.
Rok —

Davamı →

Azərbaycanda rok

Azərbaycanda rokAzərbaycanda rok janrı 1960-cı illərdən yaranmağa başlayıb. Bu dövrdə Azərbaycan SSR komsomolunun rəhbərliyinin aktivliyi nəticəsində şərti olaraq ideoloji xarakter daşıyan, məğzinə görə isə gənclərin əsl musiqi baxışını əks edən müxtəlif festival və müsabiqələr keçirilirdi. Bunların arasında ən genişmiqyaslısı isə müxtəlif janrları (cazdan xalq musiqisinədək) özündə birləşdirən və ajiotajla müşahidə olunan “Qızıl payız” festivalı idi.

Xarici qruplardan təsirlənən gənclər məktəblərdə, universitetlərdə, mədəniyyət evlərində müxtəlif özfəaliyyət qrupları yaradıb, geyim tərzi və mahnılarında onları təkrarlayırdılar. 70-ci illərin əvvəllərinədək əsasən yumşaq rok, ritm və blyuz (R&B) çalan “Eskulap”, “Xürrəmilər”, “Ekspress-118”, “Pəzəvəng”, “Üvet” ansamblları yarandı və gənclər tərəfindən çox böyük rəğbətlə qarşılandı.
Davamı →

Coldünya

Azərbaycan rok qrupu “Coldunya” 1992 –ci ildə Bakıda yaradılıb.
Tərkib:
Teymur Nadir –vokal, fortepiano
Rövşən Kərimov –gitara, vokal
Samir Cəfərli –zərb və klavişli alətlər
Aydın Hacıyev –bas, dodaq qarmonu
Ardı →

Coldünya və Azərbaycanda rock bəlkə də...

Bugün istərdim ki ən çox sevdiyiim musiqi qruplarından biri haqda yazam yəni Coldünyadan. Neçə illər öncə Azəri rock haqda bilgilər əldə edməyə başladığımda rastıma gələn lap ilk qruplardan biri Coldünya oldu. Yuxu, milan, ferrum və başqalarını da sevsəm də coldünyanın hələ də aktiv olduğunu görəndə və ən səviyyəlisi oldğunu hiss edəndə daha çox coldünyaya cəlb oldu diqqətim halbuki yuxu da çox səviyyəli ancaq aktiv olmayan həm milan da çox səviyyəli ancaq coldünya olmayan qruplardı bu arada ferrumdan da söz edmək bəlkə albomsuzluğu üçün yersizdi və xülasə ki öbür tanıdığım 10-a yaxın qrupdan danışmağa başlamadan məncə ilk Coldünyanı reklam edməliyəm bir fanat kimi.
Ardı →