İnsan beyninə təsir edən 10 roman

Bir qrup elm adamı ədəbiyyatın müsbət keyfiyyət aşılayan xüsusiyyətlərini üzə çıxarmaq məqsədilə bir sıra romanların insan beynini inkişaf etdirdiyini müəyyən edib.

Alimlər apardıqları təcrübənin nəticəsində bu qərar gəliblər ki, bəzi romanlar sosial əlaqələri gücləndirərək insan xarakterini dəyişdirir, ünsiyyət qurmağı asanlaşdırır.

Toronto Universitetinin müəllimləri psixiatr Keyt Otley və İnqrid Vikelqren tərəfindən “Scientific American”da (“Elmi Amerika”) yazılan məqaləyə görə, roman qəhrəmanları ilə doğmalaşmaq həm xəyal dünyasını genişləndirir, inkişaf etdirir, həm də sosial əlaqələri gücləndirir.

Keyfiyyətli romanlar bu təsirləri ilə insan beynini itiləşdirir və insani münasibətlərə aid maraqlı məlumatlar verir. İki elm adamı insan beynini ən çox inkişaf etdirən 10 kitabı da müəyyənləşdiriblər

Siyahıda Lev Tolstoyun “Anna Karenina”sı və ya Virciniya Vulfun “Xanım Dellouy”u ilə yanaşı pakistanlı yazıçı Möhsin Həmidin 2007-ci ildə yazdığı “Könülsüz fundamentalist” romanı da yer alır.
Ardı →

Çöl çiçəyi | Waris Dirie

Waris Dirie“Varis” somali dilində çöl çiçəyi deməkdir
Bəzən gözü görən, qulağı eşidən adama oxşasa da adamlıqdan xəbəri olmayan adamlarla bir dünyada, bir mühitdə və hətta bir ölkədə yaşamaq insana dəhşətli gəlir. Lakin həyat bir cəngəllikdir, yaşamaq istəyən mübarizə aparacaq. Varis Driyenin mübarizə dolu həyatı kimi...

Qəribə də olsa, oxuduğum əsərlərin qəhrəmanları həmin həyat kəsiyində həmişə yaşıdlarım olub. Təsadüf bu dəfə də təkrarlandı. Varis Driye romanını yazanda düz 28 yaşını tamam etmişdi. Elə bəndəniz də 28 – ci baharını geridə qoyub. Bu dəfə dünyaya məşhur supermodelin baxış bucağından baxmağa çalışdım. Deyim ki, bu yolçuluqda xeyli yoruldum, üzüldüm.

Varis Driyenin “Çöl çiçəyi” romanını təsadüfən İstanbulda, özü də yazar dostum Musa Əfəndidən xahiş etmişdim. Kitab haqqında fikrini soruşduqda:  “Bir qaradərili supermodelin həyat hekayətidir. Bestsellerdir” — demişdi. Supermodellərə olan təbii maraqlarıma görə Musanı İstanbulda “supermodelsiz” qoydum.

Təəssüratım gözlənilməz effekt verdi. Varisin öz diliylə desək, bu dəbdəbəli həyat haqqında deyildi, Afrikalı, köçəri həyat sürən bir qızcığazın hekayəti idi.


Ardı →

Romanlarda ən yaxşı dostlar

Dr. Uatson – “Şerlok Holms”
Ən yaxın dostunuzdan nə gözləyirsiniz? Yəqin ki sizi diqqətlə və səbirlə dinləməyini. Şerlokun arxasında duran, onu dəstəkləyən və bəzən də dostuna görə ona yönələn istehzalı baxışlara dözən Uatson sadiq dost kimi siyahıda yer alır.

Sanço Panso – “Don Kixot”
Sanço yel dəyirmanlarını özünə düşmən bilən birinin dostu idi. Üstəlik, dostu ilə səyahət etmək üçün ailəsindən uzaqlaşır, Don Kixotu düşdüyü çətin vəziyyətlərdən çıxarır. 

Enkidu – “Gılqamış dastanı”
Endiku bizə göstərir ki, bir diktatoru bərk-bərk qucaqlayaraq onun imperiya üzərində qurduğu basqısını zəiflədə bilərsən! Endiku Gılqamış qəlbinə yenidən sevgi bəxş edir, onu yaxşı insana çevirməyə çalışır. Endikunun əsl dost olduğunu başa düşəndə Gılqamış sakitləşir və ikisi birləşərək şərlə savaşırlar.


Ardı →

Çərpələng uçuran | Xalid Hüseyni

Xalid HuseyniKiatabları sevirəm, amma hər kitabı da yox.  Təsirli kitabları daha çox sevirəm. Kafka kimi desəm, gərək kitab mənə “başıma vurulan zərbə” kimi təsir etsin. (Əgər oxuduğumuz kitab bizi başımıza vurulan zərbə kimi sarsıtmırsa, niyə oxumağa vaxt sərf edək ki? F.Kafka)

Oxuduğum kitablar arasında təsirlilərindən biri də Xalid Hüseyninin məşhur əsəri “Çərpələng uçuran”dı. Əsər bestseller də olub, amma nə yalan deyim, əsəri sırf bestsellerdi deyə oxumaq düzgün deyil, məncə. Çünki, elə bestsellerlər var ki, onlar elə də maraqlı deyil. Mənə görə, o kitablar şans əsəri “Gangnam style” kimi məşhurlaşıblar. :)

Əsərin müəllifi Xalid Hüseyni əfqan əsilli Amerika yazıçısıdır, əsas peşəsi həkimlikdir. “Çərpələng uçuran” onun ilk və ən uğurlu romanıdı.(bildiyim qədəri ilə digər romanı da”Min möhtəşəm günəş”di) Düzünü etiraf etsəm, əsərin türkcə adı daha çox xoşuma gəldi-“Uçurtma avcısı”.


Ardı →

Adları dəyişmiş 10 roman

1. “Möhtəşəm Qeytsbi” -  Frensis Skot Fitscerald əsərin adının bir sözdən ibarət olmasını istəyirmiş. Yazıçı sonradan “Möhtəşəm Qeytsbi” üzərində dayanır.

2. “1984” – Naşir Corc Oruelin bu gün “1984” kimi tanınan məşhur antiutopik romanına “Avropada sonuncu adam” adının verilməsinə qarşı çıxıb. Bu adın oxucu marağına səbəb olmayacağını düşünüb və əsəri “1984” adı ilə çap etdirib.

3. Ayn Rendin məşhur “Atlas çiyinlərini gərdi” əsəri üçün düşündüyü ilk ad “Tətil” olub. Əsəri çap olunmazdan 1 il əvvəl, 1956-cı ildə yazıçı əsərin bu qərara gəlir ki, “Atlas çiyinlərini gərdi” adı daha uğurludur. Qərarın qətiləşməsində ərinin məsləhəti də rol oynayıb.  


Ardı →

Pişik beşiyi | Vonnequtun romanları

“Pişik beşiyi” romanı dinin və elmin ehkamlarına parodiya, 50-ci illərin Amerikasındakı tarixi hadisələrə yenidən baxış və metaromanlara xas olan  əsərin özü özünün uydurma, qurama olmasını xatırlatması kimi  postmodern elementlərlə yazılıb. Romanın başlanğıcında hekayəçinin dilindən öyrənirik ki, o bir kitab yazmaq istəyir. (o kitab həm də elə oxuduğumuz, yəni artıq yazılıb bitmiş bu romandır) Kitab atom bombalarına həsr edilib və bu barədə yazılmış kitablara, elmi məqalələrə, sənədlərə istinad edib, ilk bombanın atıldığı gün amerikalıların nə etdiyini araşdırır.

“Qulas asın. Mən indikindən daha cavan olanda, yəni iki arvad bundan əvvəl, 250 min siqaret bunda əvvəl, üç min litr spirtli içkidən əvvəl...

Ardı →