90-larda uşaq olmaq...

90-larda uşaq olmaq... — Həm Azərbaycan, həm də dünyanın qloballaşma dövründə, ya da keçid dövründə uşaq olmaqdır. 90-larda uşaq olmaq savaşanda qışqıraraq “iaaaaa van daaaaaaaaam” deyib yumruq vurmaqdır, internetin nə olduğunu bilməməkdir, uşaqlıq dostlarının nə olduğunu bilməkdir, məhəllə davalarının nə olduğunu bilməkdir, “pokemon” kartlarını yığıb oyun oynamaqdır.

Hər axşam “11 tuş oynamaqdır”, Britney Spears heyranı olmaqdır, məhlələr arası davalara getməkdir, səndə olmadığı üçün qonşu uşağının velosipedinə ağlaya-ağlaya baxmaqdır, “Yeşilçam” izləməkdir, qonaq gedəndə qonaq ailənin uşağının “Tetrisi” ya da “Sega”sı ilə bir az daha çox oynamaq üçün evə gec getmək istəməkdir, son olaraq 90-larda uşaq olmaq “PES 99-da” Braziliyanı götürüb üç pasla qol vurmaqdır.

— Müharibə görməkdir, top tüfəng səsinə diksinməkdir, gecələr ailəlikcə evin pəncərə olmayan küncündə yer açıb yatmaqdır. 90-larda uşaq olmaq ananın əlindən tutub zirzəmiyə qaçmaqdır. Zirzəmilərdə ağlayan xalaları eşitməmək üçün anaya qısılıb yatmağa çalışdığın gecələrdir.


Ardı →

Məktub

 Məktub

Qatarın səsi yaxınlaşırdı. Bu qatar da heç vaxt onunla yola getməyib. İmtahana tələsəndə həmişə qatar gec gəlirdi. Ya da iki stansiya arasında  bir müddət dayanır, sonra hərəkət edirdi. İndi isə tərsinə. İstəyirdi gec gəlsin qatar.

Hərəsi bir sütuna söykənib dayanmışdı. Hərdən gizlincə bir – birinə baxırdılar. Danışmırdılar, heç bir – birinə yaxınlaşmırdılar da. Artıq danışmağa sözləri qalmamışdı. Yalnız gözləri növbə ilə qarşıdakının yerə dikilmiş gözlərinə baxırdı. İndi hər ikisi qatarın gec gəlməsini istəyirdi.  Amma qatar yaman tələsirdi bu dəfə. Dəmir təkərlərin takkıltısı bir ayrılıq nəğməsinin  nəqarət hissəsini böyük ustalıqla  səsləndirirdi. Bu səs uzun müddət hər ikisinə bu günü xatırladacaqdı, hər ikisi heç vaxt bu səsi  unutmayacaqdı, bəlkə də hər ikisi yox, yalnız biri.


Ardı →

Sən mənim doğum günü hədiyyəmsən!

Masanın üstündə, büllur güldanda doğum gününə hədiyyə olunmuş, qanında boğulmuş  qırmızı qızılgüllər. Doğum günü ayrılıq günü kimi qüssəli.

Pəncərədə  dibçək gülləri-monastırda yaşayan qızlartək.  Həyatı pəncərədən  görərək sevmək…

Yol kənarında toz basmış qızılgül kolları həyata küsmüş. 

Həyatın  kənarında sadəcə susmaq…

Masada-büllur güldandakı  gül pəncərədə, saxsı dibçəkdə diri olmaq istəyir, saxsı dibçəkdəki  gül  toz içində azad olmaq. Çöllər evidi güllərin, pəncərələr qəfəsidi, masalar – tabutu. 

Doğum günü edam günü qədər uzun. Doğum günü “Pirr qələbəsi”nə bənzər, tarixə “məğlubiyyətə bərabər qalibiyyət” adı ilə düşmüş hadisəyə. Ağır döyüşlərin birində qalib gəlmiş, amma sevinməyə bircə əsgəri də qalmamış hökmdar Pirrin qələbəsinə.

Uzun ömür də ağır döyüşdü, meydanda  çoxlu yaralı və ölü, indi qələbəni


Ardı →

Səfehcəsinə xoşbəxt

Yağış yağır, yaz yağışı. Bu yağışın tanış ritmi çoxdan unutduğu çöhrə kimi yaddaşını qıdıqlayır. Yadına nə vaxtdı xatırlaya bilmədiyi bir ömür düşür. Bu yağışın o üzündə qalan ömür.

Nəsə nəm, yağış, rütubət qoxulu bir xatirə ona rahatlıq vermir. Hansısa islaq bir xatirə.

Bu köhnə bir nağıldır. Çoxdandır, sevə, təzələyə, sevindirə bilmədiyi ömrün bəlkə də yeganə nağılı. Və o, bir çətir, alabəzək bir çətir görür, yağışdan və sevincdən islanmış üz. Çətirdən daha alabəzək, səfehcəsinə xoşbəxt təbəssüm. İslaq küçə, qoşa addımlar, baxışların heyrətli parıltısı.

Tanış binalar, yad adamlar, yad adamların üzündəki doğmalıq. Yaxınlıqdakı bağ, bağdakı yaşıl rəngli tablo, tablodakı ağacların sevinci. Mavi gödəkcə, onun altında həyəcanla çırpınan quş ürəyi. İyirmi üç yaş, həyatın gözəlliyi, balaca uşağın təzə, güllü donuna bənzəyən rəngbərəng ümidlər.

Və sonra hər şey qurtarır, daha doğrusu, qurtarmır hər şey, yarımçıq qalır.


Ardı →

Səfil qoca

Və illərin veridiyi yorğunluqla səfil qoca nəm döşəmədə oturmuşdu... Payız qocaya qənim kəsilmişdi, yağışı da heç sevmirdi.Yağış biraz gəncliyini xatırladır, yaşlanmış və pas tutmuş sümüklərini sızladır, bir də döşəməni isladır... Qoca yaman içkiyə qurşanmışdı, siqaret yaman arıqlatmışdı... Evin əşyaları dəyər-dəyməzə satılmış və spirtli içkiyə verilmişdi... Evdə pula gedəcək bir əşya qalmışdı. Qoca onu əlacsızlıqdan neçə dəfə satmaq istəmişdi amma satmamışdı. Çünki gənclik və sadiq qaldığı sevgisindən qalan yeganə əşya idi qromafon... Arada valı qoyar və illər əvvəl birlikdə dinlədiyi mahnıya qulaq asardı... Payızda bu mahnını dinləmək daha çətin olurdu qoca üçün. Axı payız romantik mövsümdür, elə payızda da ayrıldılar... Mirzə Babayev " liman"... Qoca özünü saxlaya bilmir, taleyinə hönkür-hönkür ağlayır...

Qoca payızı sevmədi, payız da qocanı...
Davamı →

Gedənə dur demə əsla!!!!!!

İnanın ki, dəyməz gedənə Dur demək… Axı
Gedənə dur demək sənin böyük səhvindir
Gedənə dur demək sənin acizliyindir
Gedənə dur demək sənin məcbur sahib olma istəyindir
Gedənə dur demək özünü aldatmandır
Gedənə dur demək boş ümidlənməyindir
Gedənə dur demək dəyərinin itməsidir
Gedənə dur demək gedişini gecikdirməkdir
Gedənə dur demək sevməyənə sev deməkdir
Gedənə dur demək boş zaman itkisidir
Gedənə dur demək qürurunun itməsidir
Gedənə dur demək qarşılıqsız sevgidir.
Ardı →

1778 Letters of me and my wife - Mənim və arvadımın 1778 hekayəsi

Həkim bizə bir il vaxt vermişdi amma biz birlikdə ikinci payızı qarşıladıq. O   proqnozlarında yanılmışdı. “
“Mən istəmirəm ki, sən mənim həyatımı uzadmaq üçün istəmədiyin işi görməyə məcbur olasan”
“Mən yazmağı dayandıra bilmirəm. Bu gündəlik dua kimidir”
“-Həkim, mənim arvadıma ağrı kəsicilər verin. O ağrılardan əziyyət çəkir.
-Ağrı kəsicilər onun ağrısını dayandıracaq amma o bütün günü yatmalı olacaq. Ona görə də yoldaşınız onlardan imtina edib.Çünkü bu zaman onun üçün çox dəyərli olan hekayələrinizi oxuya bilməyəcək”

Ardı →

Haqsızlıq

O,haqsızlığa məruz qalmışdı.Onun balaca,kövrək ürəyi daha dözmürdü.Ağlamaq,ağlamaq,yenə də ağlamaq istəyirdı.Bəlkə bu göz yaşları ona olunan haqsızlığı yuyub aparar deyə.Onun gözəl gözləri vardı.Baxanda canlar alan,güləndə qəlb açan,ağlayanda ürək çırpındıran.Gözəl gözlər.Nə olar bu gözlərdən gülüş aksik olmaya......ağlamaya....ağlatmayalar…
Ardı →