Monoton həyatdan qurtulaq

Uzun günlər, aylar, illər heç bir dəyişiklik olmadan eyni şeyləri etməkdən mənəvi yorğunluq hissi yaşayırsınız?
Bu, monotonluqdur.

Monoton həyat — hər gün eyni şeylərin edilməsi, günlərin rəngsiz və eyni rejimdə keçməsi deməkdir. Bu hal uzun müddət davam etdikdə zamanla insanı depresiyaya salır, ruh düşgünlüyü, işdahasızlıq, pessimistlik kimi mənfi nəticələrə gətirib çıxarır. Bəs monoton bir həyatdan necə qurtula bilərik ? 
Davamı →

İndiki nəslin tez ruhdan düşməsinin 13 səbəbi

“İtirilmiş nəsillər” sırasına bizi də aid edənlər var. Belə düşünənlər, bizim arada qaldığımızı, buna görə də uğur qazanmağımızın çətin və hətta mümkünsüz olduğunu deyirlər. Bütün bu bədbin fikirlərə tamamilə qatılmasaq da, həqiqət payının olduğunu da dana bilmərik. Amma bəzən həqiqəti öyrənə bilmək üçün arxa planda nələr olduğunu da görmək lazımdır.Bu fikirlərin söylənilməsində əsas səbəb, bizim nəslin hər şeydən tez bezməsi və asan yorulmasıdır. Bəs bunun səbəbi olaraq nəyi görürlər? Gəlin birlikdə nəzərdən keçirək:

1. Aldadılmaq
Çak Palanikin “Fight Club” əsərində dediyi kimi: “Uşaqlıqdan hamımıza superqəhrəman ya da rok ulduzu olacağımız aşılandı. Amma heç birimiz müasir kölələrdən başqa bir şey ola bilmədik.”
Davamı →

Mübariz ol!


Bəzən hər şeydən bezirsən, ruhunda bir ölgünlük, əzginlik hiss edirsən. Həyat da gözündə adiləşir, insanlar da. Bir tərəfə çəkilib gözlərini bir nöqtəyə zilləyərək saatlarla beləcə lal-dinməz, sükut içində oturursan. Səni dindirib-danışdıran olmasa, bəlkə heç günlərlə yerindən də tərpənməyə  tənbəllik edərsən. Amma yox, səhv  edirsən, yadında saxla: həyat mübarizə aparmağı bacaranları sevər. Sən də mübariz ol, ruhdan düşmə, hələ hər şey qabaqdadır. Özünü ələ almağı bacar.

Çox mənzərə ilə üz-üzə qalacaqsan, çox hadisənin şahidi olacaqsan, qarşına xəbis də çıxacaq, xeyirxah da, səni sevən də olacaq, sevməyən də. Hər şeydən, hər sözdən küsüb incimə...

Fikir vermisənmi, yazın gəlişi ilə “yuxulu” təbiətin oyanışına?
Görmüsənmi iri bir daşın altından güclə də olsa, birtəhər baş qaldırıb səmaya “salam” verən kiçicik, zərif çiçəyin duruşunu? Sən də içində yaz təravəti, nəfəsində yaz qoxusu hiss et. Ruhunu təzələ, qəlbini xoş ovqata bağla, çünki hər şey qabaqdadır, nə özündən, nə də ətrafından küs, inci. Həmişə Allaha şükr et, dilindən duanı əsirgəmə, onda çox maneəni asanlıqla dəf etməyi bacaracaqsan. Yetər ki, sən ruhdan düşmə!


Davamı →