Ruhu öyrətmək mümkündürmü?
Davamı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Bütün insanlar fitrətən sevgi ilə bərabər doğulurlar. Allah sevməyi və sevilməyi sevdiyi üçün bizi də sevgi ilə yaradıb. İnsan dünyaya gəldikdə fitrətində sevgi olduğu üçün tərtəmiz və məsum olur. Uşaqlara diqqət etdikdə bunu daha yaxşı anlayırıq. Kin, nifrət nədir, qəzəb nədir bilmirlər. Sadəcə ətrafa sevgi saçırlar. Böyüdükcə isə insan nifrəti, zülmü, önmühakiməni, kini, düşmənçiliyi öyrənir. İnsana zərər verən, ruhunu qaraldan bu hissləri ona öyrədən şeytandır.
Ruh haqqında Qurani-Kərimin İsra surəsinin 85-ci ayəsində buyurulur ki, «Səndən ruh haqqında soruşsalar de ki, ruh mənim Rəbbimin əmrindədir və bu elmdən sizə az bir miqdardan başqa bir şey verilməmişdir».
Allahın palçıqdan yapdığı Adəmə öz ruhundan üfurməsilə o, cana gəldi. Məntiqlə düşünsək, ruh gedərsə, insan quru palçıqdan başqa bir şey deyil.Ruhu nələr zədələyir və onu qorumağın yolları nədir?
Axı «az bir şey» «heç bir şey» kimi anlaşılmamalıdır. Bu «az şeydən» nə öyrənmək olar? Peyğəmbərimiz (s.ə.s.) və imamların hədislərində qismən bu barədə məlumat qorunmuşdur. Allahın Rəsulu (s.ə.s.): «Ruhlar hazırlıqlı əsgərlərdir. Tanış ruhlar qarşılıqlı ünsiyyətə girir, tanış olmayan ruhlar isə bir-birindən ayrılırlar» — dediyi məlumdur. Bunu ruhi enerjinin bir-birinə uyuşması, dinə bağlılıq dərəcəsinin yaxınlığı ruhları doğmalaşdırır kimi də düşünmək olar.
“Filosof və fizik olan B. Paskal təsdiq edir ki, insan – özü üçün təbiətin ən anlaşılmaz məxluqudur. Onun üçün bədənin nə olduğunu, bundan da çətini- ruhun nə olduğunu dərk etmək çox çətindir və ümumiyyətlə, heç başa da düşə bilmir ki, bədən ruhla necə birləşə bilər. İnsan üçün həlli mümkün olmayan bir məsələ yoxdur, amma, bununla yanaşı bu, o özüdür ki var”