Rusiya mədəniyyətinin Qızıl əsri. XIX əsrin I yarısında mədəni həyat

XIX əsr, sözün əsl mənasında, Rusiya mədəniyyət tarixinin «Qızıl əsri»dir. Məhz bu zaman rusiyalı yazıçı, bəstəkar, rəssam, alim və fikir adamlarının yaratdığı əsərlər bütün dünyada qəbul olunaraq dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur. Məhz XIX əsrdə zadəgan və xalq mədəniyyətinin birləşməsi nəticəsində vahid Rusiya milli mədəniyyəti formlaşdı. Rus mədəniyyətini təmsil edənlərin böyük əksəriyyəti ədəbiyyat, musiqi, incəsənət, elm sahəsində dünyəvi yaradıcılıq formasından istifadə edərək öz əsərlərində ənənəvi əxlaqi həqiqəti vəsf etmişdir. Beləliklə, dünyəvi mədəniyyət milli ənənə, pravoslav məzmunu və mənası ilə tamamlanmışdır.


Davamı →

Bəşərin ölməz dühasi, həqiqi insan aşiqi

“Mən başqa cür düşünmək və yaşamaq istəmirəm, yalnız bu inamla düşünüb-yaşamaq istəyirəm ki, bizim 90 milyon rusun hamısı (ya da o zaman nə qədər çoxalıb-törəyəcəklərsə, onların hamısı) bir vaxt təhsil görmüş, insanlaşmış və xoşbəxt olacaqlar. Mən bilirəm və möhkəm inanıram ki, ümumi maarif bizdə heç kəsə ziyan vura bilməz. Hətta inanıram ki, fikir səltənəti hər hansı başqa bir yerdən daha tez bizdə, bizim Rusiyada qurulacaqdır”.

Davamı →

Rus ədəbiyyatını türkcə oxuyan azərbaycanlılar haqqında

Öz evində bozbaşı qoyub, qonşunun qayğanağına tamah salır. (Atalar məsəli)
Dedim bir baxım görüm bizimkilər nə oxuyurlar, oxuduqları haqqında necə danışırlar, hansı kitabları oxumağı tövsiyə edirlər. Kitab blogerlərini nəzərdə tutmaqdayam.
Youtube-da eşələndim. Qarşıma bir gənc çıxdı. Gənc, Tolstoyun hekayələri haqqında danışırdı. Bura qədər hər şey yaxşıdır. Bir gəncin Tolstoyun hekayələrini oxumasına, Tolstoyun hekayələri haqqında danışmasına ancaq sevinmək olar. Amma…

Davamı →

Akademik nəşrlərin problemləri – Aleksandr Lavrovun məqaləsi

Düz 105 il əvvəl, 1911-ci ildə (Daha dəqiqi 1911-17-ci illərdə) Rusiyada ilk akademik nəşr – «Rus yazıçılarının akademik kitabxanası” seriyasında, N.Piksanovun redaktəsi və rəyləri ilə A.Qriboyedovun 3 cildlik əsərlərinin tam külliyyatı işıq üzü görmüşdür. Növbəti 100 illikdə Elmlər Akademiyasının himayəsi altında iyirmiyədək rus klassiklərinin əsərlərinin toplusu tərtib olundu. Bütün bu dövr ərzində praktik fəaliyyətin mətn prinsiplərinin bazası əsasında tərtib olunan akademik nəşrlərin nəhəng həcmi daha artıq təkmilləşərək kifayət qədər elmi hazırlıqlı oxucuya təqdim olunmuşdur. Akademik nəşrlərin hazırlanması yüksək mərhələlərlə aparılır. Lakin onu da qeyd etməliyik ki, tərtib olunan nəşrlər ciddi nöqsanlardan heç də xali deyil. Nəşrlərdə aşkarlanan qüsurların ciddiliyi əsərlərin əsas məlumat bazasına nəzər yetirdikdə aydın olur.

Davamı →

Yeseninşünaslığa daha bir tohfə: Yesenin ensiklopediyası

Son 20-25 il ərzində həyata keçirdiyi bir neçə böyük layihələrlə (Полное собрание сочинений С.А. Есенина и Летопись жизни и творчества С.А. Есенина) dünya yeseninşünaslığına öz əvəzedilməz töhfəsini verən Rusiya Elmlər Akademiyası M.Qorki adına Dünya Ədə­biyyatı İnstitutu və burada fəaliyyət göstərən Yeseninin həyat və yaradıcılığını öyrənən “Yesenin qrupu”nun iştirakı ilə daha bir fantastik layihə həyat keçirilməyə başladı – çoxcildli “Yesenin ensiklopediyası”nın 1-ci buraxılışı işıq üzü gördü. Bu kitab dahi rus şairi Serqey Yeseninin anadan olmasının 125 illiyi münasibətilə buraxılmış və şairin həyat və yaradıcılığı ilə bağlı xatirə yerlər, məkanlar və ədəbi toponimlərə həsr edilmişdir.

Davamı →

Nabokovun hekayəsi: Unudulmuş bir şair

1899-cu ildə Rus Ədəbiyyatını İnkişafetdirmə Dərnəyi adlı qabaqcıl bir mədəniyyət müəssisəsi o dövrün passiv, sakit Sankt-Peterburqunda, yarım əsr əvvəl gəncliyinin ən parlaq çağında – iyirmi dörd yaşında ölmüş şair Konstantin Perovun xatirəsini təntənəli şəkildə əbədiləşdirməyə qərar verdi. Perova Rusiyanın Artur Rembosu deyirdilər, fransız cavanın dühası ondan üstün olsa da, bu müqayisə çox da yersiz deyildi. Bəzi pasajları ənənəvi şərq mühitinin qəlibini yırtaraq həqiqi şeir duyğusunu insanın onurğasında hiss etdirən, bənzərsiz bir cənnət layihəsi olan, uzun, mürəkkəb “xəyal dastanı”nı – möhtəşəm “Gürcü gecələri”ini hələ on səkkiz yaşında yazmışdı.

Davamı →

Rus dilini sizə sevdirəcək 10müəlliflər - II hissə

6 iyun tarixində BMT-nin altı rəsmi dilindən biri olan və elə həmin təşkilat tərəfindən təsis olunmuş Beynəlxalq rus dili günü qeyd edilmişdi. Hər il dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum günündə (bu il onun artıq 220-ci ad günü qeyd edilmişdi) qeyd olunan bu bayramın məqsədi mədəniyyətlər arası dialoqu və əlaqəni daha da gücləndirməkdən ibarətdir.
Bir neçə gün öncə “Rus dilini sizə sevdirəcək 10 müəllif” adlı yazımın birinci hissəsini bölüşmüşdüm. Çox da intizarda saxlamadan ikinci beşliyi də təqdim edirəm.

Davamı →

Rus dilini sizə sevdirəcək müəlliflər

6 iyun tarixində BMT-nin altı rəsmi dilindən biri olan və elə həmin təşkilat tərəfindən təsis olunmuş Beynəlxalq rus dili günü qeyd edilmişdi. Hər il dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin doğum günündə (bu il onun artıq 220-ci ad günü qeyd edilmişdi) qeyd olunan bu bayramın məqsədi mədəniyyətlər arası dialoqu və əlaqəni daha da gücləndirməkdən ibarətdir.
Rus dilini sevmək də olar, sevməmək də (ümidvaram bu yazım sayəsində belələrinin sayı bir az da olsa azalar), amma tək onu bilirəm ki, ona biganə qalmaq olmaz.

Davamı →

Osip Mandelştam

Rus ədəbiyyatında Şair və çar arasında dramatik qarşıdurmalar dəfələrlə yaşanıb, bu baxımdan Puşkinlə I Nikolayın münasibətlərinin tarixçəsini xatırlamaq kifayətdir – imperator birinci şairin şəxsi senzoruna çevrilmiş, polis nəzarəti ayırmışdı. Onun hətta xaricə getməsinə də izn vermirdi və s.
Lakin elə həmin imperator jurnal nəşr etmiş, şairdən dueldə iştirak etməməsi barədə vəd almış, Puşkin ölümcül yaralı olduğu zaman həkim yollamış, çoxuşaqlı ailəsini maddi cəhətdən təmin etmişdi.
Davamı →

İvan Krılov - 250 yaşlı təmsil ustası

Yaradıcılığı ilə rus ədəbiyyatında dərin iz qoymuş şairlərdən biri də məşhur təmsil ustası, jurnalist İvan Andreyeviç Krılovdur. Bu il ədibin anadan olmasının 250 illiyi qeyd edilir.

Krılov 1769-cu il fevralın 13-də Moskvada anadan olmuşdur. On dörd yaşından yaradıcılığa başlamış və ədəbiyyat aləmində ona böyük şöhrət qazandıran təmsillər qələmə almışdır. Krılova qədər təmsil yalnız uşaq şeiri, yüngül və əyləncəli bir məşğələ hesab olunurdu. O isə təmsili çox ciddi bədii bir janr səviyyəsinə qaldırdı, bu janrda yazdığı orijinal bədii nümunələrlə ədəbiyyat aləmində öz imzasını qoydu.

Görkəmli rus şairi A.Puşkin, məşhur ədəbi tənqidçi V.Belinski, yazıçı N.Qoqol və başqaları Krılovun həqiqi bir xalq sənətkarı olduğunu qeyd etmişlər. Hətta Qoqol onun təmsillərini “rus xalqının hikmət kitabı” adlandırmışdır.
Davamı →