İnsana verilən kəramət

İnsanın ömrünün bütün zamanı kəramətdir. Çünki Allah Təala kəramət əsasında dünyanı xəlq etmişdir. Bu dünyanın xəlifələri isə kəramətli insanlardır. Bu, doğrudur ki, neft və qaz yerdən çıxır, ancaq bizim ruzimiz neft və qaz deyildir, Allahın da buyurduğu kimi, səmadan enəndir. “Sizin ruziniz (yağış, külək, nur, gecə, gündüz və fəsillər kimi ruzinizin təmin olunma vasitələri) və sizə vəd edilən şey (axirət cənnəti) – göydədir”. (“Zariyat” 22).
Davamı →

Ruzinin insana çatmasına mane olan amillər. Ruzini endirməyin ən yaxın yolu

İmam Əli (ə) “Nəhcul-bəlağə”nin 137-ci xütbəsində buyurur: “Ruzini sədəqə vasitəsilə yerə endirin”.

İmamın (ə) nəzərində ruzi dedikdə, bütün İlahi nemətlər nəzərdə tutulur. İstər maddi olsun, istərsə də mənəvi.

İmamın (ə) bu qısa nurani kəlamından belə nəticəyə gəlmək olur ki, ruzinin artmasının yollarından biri də sədəqə verməkdir. İmam (ə) başqa yerdə buyurur: “Nə zaman yoxsul və ehtiyaclı oldunuz – sədəqə verərək, Allahla ticarət edin”.


Davamı →

Allah kasıbların ruzisini varlıların əli ilə yetirir

İki yüz il bundan əvvəl yaşamış mərhum müctəhid Şeyx Cəfər Kaşifül-qita o qədər böyük şöhrətə malik idi ki, onu “şeyxi-kəbir” (böyük şeyx) deyə çağırırdılar. Kaşifül-qita kasıbların yardımçısı kimi tanınırdı.

Onun əqidəsi bu idi ki, Allah-təala kasıbların ruzisini varlıların öhdəsinə buraxıb və imkanlı adamların sərvətindən alıb kasıblara vermək Allahın iradəsini yerinə yetirmək deməkdir. Buna görə də Şeyx imkanlı adamların pulunun bir hissəsini müxtəlif yollarla onlardan alıb kasıblara paylayırdı. Bəzən bunun üçün qeyri-adi üsullardan da istifadə edirdi. Məsələn, Nəcəfdə və ətraf məntəqələrdə yaşayan şiə tacirlər onu öz evlərinə qonaq çağırmaq üçün yarışırdılar. Hər kəs istəyirdi ki, Şeyxi evinə qonaq aparıb ona xidmət göstərsin.


Ardı →

Qənaət

Bu sualla hər birimiz qarşılaşırıq. Hətta bəzən bu məsələ ailədən asılı olaraq dəyişir. Bəzi ailələrdə bazarlıq işini qadın, bəzi ailələrdə isə kişi öz üzərinə götürür. Təbii ki, bu məsələdə kişinin və ya qadının gündəlik işi də az rol oynamır. Əgər kişi səhər tezdən evdən çıxıb gecə yarısı evə qayıdırsa, təbii ki, burada “əsas iş” evdəkilərin üzərinə düşür. Onsuz da, indi hər həyətdə, hər girişdə bir piştaxta və ya dükan var. 
Əgər evdə şəkər tozunun qurtardığını qəfil öyrənmisinizsə və ya yağı nə vaxt qurtardığınızdan xəbəriniz olmayıbsa, ən doğru seçim bu məhsulları yaxınlığınızdakı dükandan almaqdır. Ancaq yaxşısı budur “topdansatış bazarlıq” üsuluna keçəsiniz. Belə etsəniz, ailə büdcənizə də xeyli qənaət etmiş olarsınız. Əmin ola bilərsiniz ki, hər şey sizə əvvəlkindən ən azı iki dəfə ucuz başa gələcək. Bunun üçün hər şeydən əvvəl aylıq yemək büdcənizi müəyyən etməlisiniz. Məsələn, hesablayırsınız ki, ailənin ay boyu qida büdcəsinə ancaq 200 manat ayıra bilərsiniz. Əmin olun ki, əgər hər şeyi düzgün bölüşdürə bilsəniz, indiki şərtlərlə (yay mövsümünü nəzərdə tuturuq) dörd nəfərlik bir ailəni bu məbləğlə normal təmin etmək olar. Əgər siz gündə iki dəfə ət xörəyi yeyirsinizsə, əlbəttə ki, bu məbləğ kifayət etməyəcək və ümumiyyətlə, onu da qəbul edək ki, hər gün ət xörəyi yemək o qədər də faydalı deyil. 
Qənaət etmək istəyiriksə, əvvəlcə hər şeyi dəqiqləşdirməliyik. Yəni, bilməliyik ki, ay boyu çörəyə, çaya, şəkərə, ətə, yağa, meyvə-tərəvəzə və eləcə də digər ərzaq növlərinə nə qədər pul gedir. Dörd nəfərsiniz və gün ərzində maksimum üç çörək yeyirsiniz. Ona görə də, 27 manatı ayırıb çörəkpulu adı ilə bir tərəfə qoyursunuz. Xanım ailənin həftəlik rasionunu müəyyən edir, ən çox pul, şübhəsiz ki, ətə gedir, 12-15 manat. Sonra da kartof, soğan, düyü, qarabaşaq, makaron, yağ, pendir, şəkər, çay, duz, pomidor, xiyar, göyərti, meyvə-tərəvəz, ədviyyatlar bir sözlə mətbəxdə istifadə ediləcək nə varsa…
Ət məsələsini arada toyuqla və ya balıqla əvəz etmək də məsləhətdir. Sonra da nəyi bazardan, nəyi marketdən alacağınızı çeşidləyirsiniz. Əksər ərzaqları topdansatış yerlərindən, özü də həftəlik alırsınız. Təbii ki, bazardan da eləcə…
Əmin olun ki, belə etsəniz, həm süfrəniz zəngin və bərəkətli olar, həm də qənaətin necə böyük sərvət olduğunu gözünüzlə görərsiniz. 
Unutmayın, varlı olmaq çox şeyə sahib olmaq deyil, əlindəki az şeydən çox şey əldə edə bilməkdir. Qənaət, həm də ailədə böyüyən uşaqlar üçün misilsiz tərbiyədir. Dediklərimizə qulaq verin, faydasını görəcəksiniz..
Davamı →

Ruzini Yalnız Allahdan istə!

Bİr ölkənin bir padşahı olur.O,çox rəhimli insan idi.Bir dəfə padşah qərara alır ki,öz məmləkətində yaşayan insanların həyat tərzini öyrənsin.O,öz libasın dəyişib.adi insanlar kimi geyinir və öz məmləkətinin ərazisində gəzintiyə başlayır.Bazar,dükanlarda satılan malların ucuz və ya baha olmasını öyrənir,gəzə-gəzə gəlib bir bazarın qarşısında dilənçilərin diləndiyini görür.2dilənçi onun marağını cəlb edir.O.dilənçilərə yaxınlaşarkən,dilənçilərin birinin Allahdan ruzi istəməsini,digərinin isə padşahdan ruzi istəməsini eşidir.Padşah maraq içində padşahdan ruzu istəyən dilənçiyə yanaşır və soruşur:
-«Siz niyə ruzini Allahdan deyil,padşahdan istəyirsiniz?»
Dilənçi cavab verir:
-«Allah uzaqdadır,dövlətli padşahsa yaxındadır.Allahın ruzusu gec gələr,padşahın göndərdiyi isə tez çatar,çünki,o,yaxındadır»deyib,padşahı tərifləyir.
Padşah özünü biləməzliyə qoyub,ikinci dilənçiyə yaxınlaşıb,soruşur:
-«Siz niyə yaxınlıqda padşahı qoyub,uzaqda olan gözə görünməz Allahdan istəyirsən?»
Dilənçi cavab verdi:
-«Elə padşahın da ruzusun Allah verir»
Padşah geri qayıdır,vəzir,vəkillərini çağırıb,padşahı tərifləyən dilənçiyə pay aparmağı tapşırır.O,əmr edir ki,bir qazan aş bişirib,yanına gətirsinlər.
Padşah gizlində aşın altına qızıl pullar düzür və onu tərifləyən dilənçiyə göndərir.nökər aşı aparıb,padşahı tərifləyən dilənçinin qarşısına qoyub,deyir:
-«Bu,padşahdan sizə hədiyyədir.»
Nökər gedən kimi dilənçi qazanın qapağın açır və orda isti aşın buğlandığını görür.Qaşqabağını töküb:"Əh,bunu hər gün yeyirəm də«deyib,qazanı Allaha yalvaran dilənçinin qarşısına qoyur.O biri dilənçi:»Allah payı halaldır" deyib,qazanı götürüb,evinə aparır.
Evdə aşı qaba çəkərkən,aşın altından çıxan qızıl pulları görürlər.

Bu hekayə ruzinin yalnız Allah tərəfindən göndərildiyini göstərir.
Davamı →