Süd məhsullarının hansı zərərləri var?

Hər gün istifadə etdiyimiz süd məhsulları təkcə ləzzətli deyil, həm də çox faydalı qida mənbələridir. Lakin sağlamlığımıza təsirləri hər zaman müsbət olmur. Bu məqalədə süd məhsullarının potensial zərərləri və bunların insan sağlamlığına təsiri barədə ətraflı məlumat veriləcək.


Davamı →

Kifli pendir

Kiflənmiş deyib keçməyin, çox bahalı pendir növüdür rokfor. Modern.az-ın məlumatına görə, bir çoban sayəsində kəşf olunan pendir sonralar Fransada kralların pendiri kimi məşhurlaşır. Bu gün də pendiri və şərabı ilə məşhur Fransada şərabın yanına yaraşan ən gözəl pendir sayılır. Yumşaqlığı və ağızda əriyən dadı ilə şöhrətinə şöhrət qatılıb.
Əfsanəyə görə, çox qədim zamanlarda bir çoban Fransanın cənubundakı Roquefort-sur-Soulzon qəsəbəsi yaxınlığındakı  mağaralardan birində çörəyini və pendirini unudub gedir. Bir neçə həftə sonra yenidən yolu o tərəflərdən düşən çoban çörək-pendirinin kifləndiyini görsə də, pendirdən yeyir. Və bu kiflənmiş pendirin çox ləzzətli olduğunu kəşf edir. Elə o zamandan da kiflənmiş pendir yeyilməyə başlayır.
Davamı →

Südlü yeməklərin hazırlanma texnologiyası

Süd çox qiymətli qida məhsuludur. Onun tərkibində orqanizmin həzm prosesini qaydaya salan qidalı maddələr var. Südü müxtəlif yaş qruplarında olan insanlar qida rasionuna daxil etməlidirlər. Süd, xüsusən uşaqlar və yaşlılar üçün çox qiymətli qida məhsuludur. Təbii inək südünün tərkibinə zülal, A, B, B2, PP, C, D vitaminləri daxildir. Süd təkcə gözəl içki deyil, ondan həm də yağ, kəsmik, xama, qatıq, şirin kəsmik və s. qidalı ərzaqlar hazırlamaq olar.
İnsanlar təkcə inək südündən deyil, keçi, qoyun, camış, at, dəvə, maral kimi digər ev heyvanlarının südlərindən də istifadə edirlər.
Davamı →

Qaymaq

Qaymaq südün üstünə yığılan yağlı hissəsidir. Süd zavodlarında qaymaq əldə etmək üçün sentrafuqadan istifadə edilir.

Yaxşı qidalanmış camış südünün 35%-ini qaymaq təşkil edir. Təbii südü bişirdikdən yarım saat sonra onun üst hissəsində nazik təbəqə əmələ gəlir. Təbii yolla ev şəraitində qaymaq əldə eləmək üçün bişirilmiş südün ən azı 10-12 saat soyuq yerdə saxlanmılması lazımdır. Mütəxəssislər qaymaq əldə etmək üçün üstündə ən azı 1 sm qalınlığında qatı təbəqə əmələ gələnə qədər südü sakit vəziyyətdə saxlamağı məsləhət bilir.
Davamı →

Süd məhsulları alarkən nələrə diqqət etmək lazımdır?

Süd və süd məhsulları insanların geniş istifadə etdiyi əvəzsiz qidalardandır. Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara görə, süd yaxşı stimulyatordur və orqanizmə daxil olan başqa qida maddələrinin mənimsənilməsini artırmağa köməklik edir.

Açıq şəraitdə satılan süd məhsulları gigiyenik baxımdan insan orqanizmində zərərli xəstəliklərə səbəb ola bilər. Ona görə də süd və süd məhsulları alarkən qablaşdırmanın üzərində aşağıdakı məlumatların olduğuna diqqət etmək lazımdır:
Davamı →

Süd məhsullarının soyuducuda saxlanması

Sağlıqlı qidalanmağın ilk şərti süd və süd məhsullarından istifadə etməkdir. Tərkibinə görə tez xarab ola bilən bu qidalar alındıqdan sonra soyuq yerdə mühafizə edilməlidir. Amma bəzən o məhsulları soyuducuda saxlamağımıza rəğmən, yenə də xarab olurlar.

Əvvəlcə bildirək ki, bu məhsulları saxlamaq üçün soyuducunun temperaturu 4-6 dərəcə arasında olmalıdır. İstifadə etdiyiniz miqdarı ayırıb qalanını plastik olmayan qablarda mühafizə etməlisiniz. Həmçinin soyuducuda saxlayacağınız məhsulları hava ilə təmas etməyən qablara yerləşdirməlisiniz. Soyuducuya geri qoyacağınız məhsul, təmiz və fərqli bir qabda saxlanmalıdır. Məhsullarınızı qətiyyən eyni qabda saxlamayın.
Davamı →

Süd və ağartı məhsullarının hazırlanması və saxlanılması

Ümumiyyətlə südün tərkibində 30-a yaxın vitamin var. Bundan başqa, süd, zülal, lipid, mineral maddə, mikroelement və müxtəlif fermentlərlə zəngindir. Azərbaycan mətbəxinin misalında süddən hazırlanan bəzi yemək və ərzaqlar haqqında söhbət açaq.

Qədimdə həkimlər ilk növbədə xəstədən soruşardılar ki, onun inəkdən, camışdan nəyi var və xəstə hər gün südlü yemək yeyirmi? Xəstənin tez sağalması üçün həkimlər ona təzə may balı ilə kərə yağı və ya süd yazardılar. Süd yeməyi sağlamlığın və uzunömürlülüyün rəmzidir. Bu gün də istər şəhər sakinləri, istərsə də kənd əhli, səhər-axşam, bəzən isə günorta yeməklərində də süd ərzaqlarından, eləcə də süddən hazırlanan yeməklərdən faydalanır. Qoyun pendiri, kəsmik, qatıq düzgün qidalanmanın ən əsas komponentlərindəndir.
Davamı →

Ailənin rasionunda süzmə

Tarix boyu süzmə süfrəmizin ayrılmaz bir hissəsinə çevrilmişdir. Ən çox uşaqların əlavə qidaya başlamaqları səbəbilə evdə, təbii süddən, sevə-sevə hazırlanan süzmənin faydalarını bölüşmək istəyirik. Süzmə olduqca faydalı və az kalorilidir. ( 100 qr-da təxminən 60-80 kKal). O parazit bakteriyaları aradan götürür, mədədə olan mikrafloranı yaxşılaşdırır və immuniteti artırır. Hələ qədim zamanlardan səyyahlar özləri ilə bu məhsulu qurudulmuş halda uzun yola götürürdülər, çünki həm doyumlu, həm faydalı, həm də gec xarab olan məhsullardandır.

Üstəlik süzmə istənilən zaman az miqdarda suyla qarışdırıldıqda yenidən qatıq ola bilər və yaxud ona lap çox su əlavə etsək, sərinləşdirici bir ayran əldə edə bilərik.
Davamı →

Köhnəlmiş südün 10 istifadə qaydası

Südünüz dadını dəyişəndə başqa əlac olmadığı üçün zibilliyə atırsınız. Halbuki dadını dəyişmiş, köhnəlmiş südü də istifadə etmək olar.

Xəmir işləri
Köhnəlmiş və dadını dəyişmiş südü xəmir işlərində istifadə edə bilərsiniz. Digər ərzaqlar və bişirilmə müddəti südün pis dadını yox edəcək.

Şorbaların qatılığını artırın
Sulu xörəklərinizdə də köhnəlmiş süd istifadə edə bilərsiniz. Köhnəlmiş süd şorbalarınıza qatılıq verəcək. Ancaq miqdarına diqqət edin.

Davamı →