Ev şəraitində süd vəzilərini müayinə etmək

Unutmayın, erkən aşkarlandıqda süd vəzi xərçənginin qarşısını almaq mümkündür! Ayda bir dəfə 10 dəqiqə vaxt ayıraraq süd vəzinizdə baş verən hər hansı dəyişikliyi vaxtında aşkarlaya bilərsiniz.

Hər bir xanım öz-özünə süd vəzilərini müayinə etməyi bilməli, hətta bunu adi bir iş halına salmalıdır. Əgər bilmirsə, öyrənməli və utanmamalıdır. Bu, vacib və mütləqdir. Süd vəzilərini ayda bir dəfə olmaqla, mütəmadi olaraq müayinə etmək lazımdır.
Davamı →

Süd vəzisi müalicəsinin diaqnostikası

Süd vəzisi xərçənginin erkən diaqnostikası üçün istifadə olunan əsas metodlar ultrasəs müayinəsi və mammoqrafiyadır. Mammoqrafiyada şübhəli kütlə və ya sahə (mikrokalsifikasiya) tapıldığı zaman kütlənin vəziyyətinə görə iynə biopsiyası və ya cərrahi biopsiya həyata keçirilir. Kütlənin forması və ya halı müəyyən edilə bilmədiyi hallarda biopsiyadan əvvəl və ya yerinə MR da aparıla bilər.


Ardı →

Süd vəzisi xərçənginin simptomları

Süd vəzisi xərçənginin müalicəsində müvəffəqiyyət şansı və bu xəstəliyin sağalmasının əsas şərti erkən diaqnozdur. Xərçəng daha bir neçə mm diametrə sahib olduğu zaman belə mammoqrafiyada görülə bilər. Bu vəziyyətdə müalicənin nəticələri şox müvəffəqiyyətli olur. Buna görə də tez-tez süd vəzisi müayinələrinə gələn xəstələr şox şanslıdırlar. Xərçəng simptomları ortaya çıxdığı zaman şiş ən az 1 sm və ya daha böyük ölçülərə çatmış olur. Buna baxmayaraq, xəstəliyin tamamən sağalma ehtimalı hələ də vardır. Buna görə də, davamlı mammoqrafiyalar, ultrasəs müayinəsi və həkim müayinəsinə gəlməkdən başqa, hər qadının öz süd vəzisi haqqında məlumatının olması da çox vacibdir. Qadınlar özlərini müayinə edərkən aşağıdakılara diqqət etməlidirlər:


Ardı →

Süd Vəzisi Xərçəngi Nədir?

Bədənimizdə hər hüceyrənin müəyyən uzunluqda ömrü var. Hüceyrələrin yaşama müddəti, nüvələrindəki genetik materialda yazılıdır. Yaşlanan hüceyrə, toxumadakı işi qurtarandan sonra ölür. Bu prosesin son hissəsinə “planlı hüceyrə ölümü” deyilir. Xərçəng hüceyrələrinin digər hüceyrələrdən fərqi,  “planlı hüceyrə ölümü” programından xaricə çıxıb, idarə edilməz şəkildə çoxalmalarıdır.


Ardı →