Fibroadenom

Fibroadenomalar, döşün ən tez-tez rastlanan xoş xassəli şişlərdəndir. Ümumi olaraq 20-40 arası yaşlarda görülür, ancaq bəzən daha böyük yaşlarda da çıxabilir. Bütün cəmiyyətdə 10% rastlanır.


Müayinə zamanı asanca əllə hiss edilir, çünki ətrafdakı toxumalardan kənarları diqqətə çarpacaq dərəcədə ayrılmış, yumrudur və yaxud lobyaya bənzəyir. Bəzən birdən çox lobullu (yumru) da ola bilər. Müayinə zamanı səthinin düz olması, ətrafdakı toxumaların yapışıq olmaması və əlin altından asanlıqla sürüşə bilən hərəkətli quruluşu ilə asan hiss edilir.


Ardı →

Mastopatiya

Mastopatiya (Kistalar, makrokistalar, fibrikistalar, fibrokistik mastopatiya)

Kistalar, süd vəzisi toxumasının içində yaranan maye ilə dolu olan torbaladır. Bu torbalar əslində genişlənmiş süd kanallarında çox tez-tez rastlanır: bir mərci boyundan qoz boyuna qədər dəyişən genişlik və həcmdə ola bilərlər.

Süd vəzisi kistaları qadınların doğa bileceyi dövrdə, yəni ən çox 30-40 yaşlar arasında görülür, klimaksdan sonra tamamilə yox olurlar. Hər aybaşıdan əvvəlki dövrdə, qadın vücudu hamiləliyə hazırlanır: uşaqlıq və döşlərdə dəyişikliklər ortaya çıxır. Hamiləlik həyata keçmədiyi zaman, aybaşı qanaxması başlar və döşlərdə genişlənmiş süd vəzisi və kanalları normal vəziyyətinə qayıdır. Süd vəzilərində və kanallarındakı genişlənmələr bəzən qalıcı ola bilir. Onlar fibrokistalardır və hər qadının süd vəzisində rastlana bilən tamamilə zərərsiz kistalardır.

Ardı →