Hələ uzaq keçmişdə insanlar yemək zamanı, adətən bir yerə yığışar, yemək yeyə-yeyə öz gündəlik təcrübələrindən danışar, olub-keçənlərdən, ordan-burdan söhbət edərdilər.
Cəmiyyətin özəyi olan ailənin getdikcə möhkəmlənməsi insan sığınacaqlarının təkmilləşməsi ilə əlaqədar. Sığınacaqlarda qida qəbulu üçün xüsusi yerlər də ayrılırdı. Mədəniyyət inkişaf etdikcə tədricən nahar üçün otaqlar ayrılır, masa, süfrə, və sairə anlayışları yaranır və süfrə qaydalarına əməl olunmağa başlanırdı.
Hər şeydən əvvəl, insanlar mühüm bir nəticəyə gəlir ki, süfrə arxasında oturmazdan əvvəl əllər təmiz olmalıdır, çünki yemək əllə yeyilir. Bu vərdişin nə vaxtdan başlandığını demək çətin olsa da, insanın mədəni dövrünə aid olduğu ehtimal edilir. Tədqiqatçılar bu hadisənin başvermə vaxtını istər Şərq xalqları, istər Amerika hinduları, istərsə də digər xalqların nümayəndələri, ümumilikdə hamı üçün eyni zaman müddətində götürürlər.
Ardı →