Paris sülh konfransı

Birinci Dünya müharibəsi Antanta dövlətlərinin və ABŞ-ın qələbəsi ilə qurtardı. 1918-ci il noyabrın 11-də Fransanın Kompyen şəhərində qalib dövlətlərlə Almaniya və onun müttəfiqləri arasında barışıq haqqında saziş imzalandı. Bundan 2 ay sonra, 1919-cu ilin yanvarında Parisdə beynəlxalq sülh konfransı işə başladı. İyirmi yeddi qalib dövlətin nümayəndələri Fransanın paytaxtına gəldilər. Konfransdakı bütün işləri əslində ABŞ prezidenti V.Vilson, Fransanın baş naziri Klemanso (konfransın sədri) və İngiltərənin baş naziri Lloyd Corc həll edirdilər. Almaniyanın və digər məğlub dövlətlərin (Avstriya — Macarıstan, Osmanlı imperiyası və Bolqarıstan) nümayəndələri dəvət edilməmişdilər.
Davamı →

Axmaq elçi

Sülh müqaviləsinin imzalanması üçün Padşah öz elçisini uzaq ölkəyə yollayır. Bu səyahətdən mənfəət əldə etmək qərarına gəlmiş elçi, həmin ölkə ilə ticarət əlaqələri olan bir neçə dostuna xəbər göndərir. Onlar isə öz növbəsində səyahəti gecikdirməyi xahiş edir və sülh müqaviləsi imzalanacağından yeni sifarişlər verərək, bütün planlarını dəyişirlər. Nəyahət elçi yola düşəndə onun çatdırmalı olduğu sülh müqaviləsinin imzalanması üçün artıq çox gec olur və nəticədə müharıbə başlayır. Həm padşahın, həm də elçini ləngiməyə vadar edən insanların bütün planları isə alt-üst olur.


“Bizim həyatımızda yeganə vacib bir şey var: öz həyatımızı olduğu kimi yaşayaraq – bizə verilmiş missiyanı həyata keçirtmək. Lakin, biz hər zaman bizə lazım olmayan işlər ilə məşğul olaraq, öz arzularımızı məhv edirik.”


 


Paolo Koelho -nun“Maktub” kitabından

Davamı →