Sümük suyunun faydaları

İnsanlar onurğa və oynaq ağrıları zamanı qülükozamin xondroitin tərkibli sintetik dərman preparatlarından istifadə edirlər. Ancaq bu baxımdan ən gözəl təbii qida sümük ( sümüklü ətin) suyudur.  Sümük suyu  oynaqların, immun və həzm sisteminin ən yaxşı qoruyucusu hesab edilir, osteoartrozda, osteoxondrozda, sümüklərin travmatik zədələnmələrində,  paradontopiyada, poliartritdə olduqca faydalı qidadır. Sümüklü ətin uzun müddət az odda bişirmək kolagen, qlutamin, prolin, qlisin kimi aminositlərin üzə çıxmasını təmin edir.
Kalsium, maqnezium, fosfor, kükürd kimi minerallar sümük suyunun tərkibində bədənin asanlıqla qəbul edəcəyi formada olur. Sümük suyunun daha dadlı olması üçün əlavə olaraq bura 2-3 qaşıq alma sirkəsi, sarımsaq və cəfəri qatmaq sümük suyunu daha dadlı və faydalı edir.
Davamı →