Böyümə çağı və yeniyetməlik dövründə sürətlə uzanan boy 35 yaşdan sonra eyni sürətlə olmasa da, qısalmağa başlayır.
Boy qısalmasını qadınlar daha çox hiss edirlər. Bu vəziyyətin ən əhəmiyyətli səbəbi isə qadınlarda kişilərə nisbətən daha çox rast gəlinən sümük əriməsi və qırıqlardır. Boyun qısalmasının qarşısını almaq mümkün olmasa da, gənc ikən bir sıra tədbirlərlə sümük əriməsinin qarşısını almaq mümkündür. Bunu Ortopediya və Travmatologiya Üzrə Mütəxəssis Doktor Səlim Sırrı Türkər boyun qısalmasına səbəb olan amillər və qarşısını almaq yollarından danışarkən deyib.
Qadınların sümükləri kişilərə nisbətən 5 dəfə çox əriyir
Sümük toxuması 35 yaşından sonra zəifləməyə başlayır. Hər kəsdə fərqli yöndə inkişaf edən bu zəiflik müəyyən bir səviyyəyə gəldikdə sümük əriməsi ilə müşayiət edilir. Qadınlarda sümük əriməsi kişilərə nisbətən 5 dəfə daha çox müşahidə olunur. Bunun ən əhəmiyyətli səbəbi isə klimaks dövründəən sonra estrogen səviyyəsinin düşməsidir. Sümük əriməsi sümüklərin çox asan qırılmasına, həm də boyun qısalmasına səbəb olur.
Sınıqların çoxu hiss olunmur
Sümük əriməsi ən çox bud və fəqərələrdə sınıqların əmələ gəlməsinə səbəb olur. Həmin sınıqların saylarına uyğun olaraq da boy qısalmağa başlayır. Bundan başqa, kürəkdə donqarlıq və digər duruş qüsurları da sümük əriməsinin gətirdiyi problemlər arasındadır. Bədənin fiziki şəklinin dəyişməsi və bu problemlər həyat keyfiyyətinə də mənfi təsir göstərir.
Sümük əriməsi vaxtında müalicə ediləndə boyun qısalmasını dayandırmaq mümkündür. Fəqərələrdəki sınıqların təxminən üçdə ikisində heç bir əlamət hiss olunmur. Odur ki, xüsusilə 50 yaşından sonra qadın və kişilər müəyyən fasilələrlə sümük ölçülərini hesablamalıdır.
Ardı →