Namazın sünnələrində fərqlilik

Digər ibadətlərdə olduğu kimi namaz hökmlərində də  bəzi fərqliliklər var. Təkbir əsnasında əllərin səviyyəsinin iki cür olması, qiyamda əllərin vəziyyətinin üç cür olması, təhiyyatın oxunuşu, oturuşda ayaqların halı və sair sünnələrin iki və daha çox şəkli var.
Ən əsası odur ki, namaza dair bu müxtəlif sünnələr hər biri müsəlmanlar tərəfindən eyni vaxtda yerinə yetirilmiş olur. Həzrət Peyğəmbərin namaza dair bu fərqli sünnələri məzhəblər vasitəsilə eyni vaxtda işlənmiş olur. Məsələn, əllərin bağlanmasına dair (üç-dörd bağlanma şəkli) bir neçə rəvayətlə nəql edilmişdir ki, möminlər onların hər birini eyni vaxtda tətbiq edirlər. 
Davamı →

Xümsün xərclənməsi

Məsələ 1843: Xüms iki hissəyə bölünməlidir: onun yarısı seyidlərin hissidir. Belə ki, xüms fəqir, yetim və ya səfərdə möhtac qalmış seyidlərə verilməlidir. Onun digər yarısı İmamın (ə.s.) payıdır ki, onu bu zamanda gərək camiüş-şərait müctəhidə versinlər ya da onun icazə verdiyi bir yerdə xərclənməlidir. Lazım ehtiyat odur ki, o müctəhid, ümumi cəhətləri bilən ələm müctəhid olmalıdır.
Məsələ 1844: Xüms verilən yetim seyid, gərək fəqir olsun. Lakin səfərdə çətinliyə düşmüş seyidə, vətənində fəqir olmasa da, xüms vermək olar.
Davamı →

Xümsün hökmləri

Məsələ 1760: Yeddi şeydə xüms vacib olur:
  1. Qazanc.
  2. Mədən.
  3. Xəzinə.
  4. Harama qarışmış halal mal.
  5. Dənizə baş vurmaqla əldə olan cəvahirat.
  6. Döyüş qəniməti.
  7. Məşhura əsasən, zimmi kafirin müsəlmanlardan satın aldığı yer; bunlarla bağlı olan hökmlər qarşıda genişcə açıqlanacaqdır.

Davamı →

Əfəndimizin (sav) həyası

Utancaqlıq və utanma da demək olan həya sufi terminologiyasında Allah qorxusu və Allah sevgisi ilə Onun istəmədiyi şeylərdən çəkinmək mənasına gəlir.Belə bir hissin insan təbiətində olan həya duyğusuna söykənməsi,o şəxsi ədəb və ərkan mövzusunda daha təmkinli edər.


Ardı →

İnsanlardan bir insan olma

O,öz işini özü görməyi sevirdi.Dostları bütün işin görməyə hazır olmalarına baxmayaraq,bunu istəməzdi.Evdəykən,paltarlarını yamar,evi süpürür,keçiləri sağar,dəvələri bağlar və yemlərini verirdi.
Həmdə,ayaqqablarını  və deşik su xırbalarını təmir edər,qulluqçularada yardım edərək onlarla birlikdə xəmir yoğururdu.
Bazardan aldıqlarını özü daşır,birisi:
Ardı →

Peyğəmbər Sevgisi

Allah-Təala onu bütün aləmlərə rəhmət olaraq göndərdi və bütün bəşəriyyəti o iki Cahan Günəşinin (s.ə.s) sevgisi hörmətinə xəlq etdi. Quranın qəlbi olan Yasin surəsindəki Yasin kəlməsi Rəsulallahın (s.ə.s) adlarından biridir və «Ey mənim məhəbbət dəryamın dalğıcı olan Həbibim!» deməkdir. Bəli, Haqq- Təala bütün peyğəmbərlərinə adları ilə müraciət etdiyi halda Rəsuli-Əkrəmə «Həbibim!» dedi. 
Sevginin böyüklüyü sevilən üçün edilən fədakarlıqlarla ölçülər. İnsan şüuru Allahın Rəsulullaha olan ölçüsüz sevgisinin böyüklüyünü bütünlüklə dərk etməkdən acizdir. Elə bir sevgi ki, o sevginin hörmətinə bütün bəşəriyyət, aləmlər xəlq oldu… Elə bir sevgi ki, «Məhəmməd hörmətinə» deyərək, bağışlanmaq diləyənlərin günahı bağışlandı… Elə bir sevgi ki, «Məhəmməd hörmətinə» deyilərək, edilən dualar, arzular geri çevrilmədi… Əlbəttə ki, biz bu fövqəladə sevgini dərk etməkdən acizik! 
Ardı →

Əfəndimizin (s.a.v.) təvazökarlığı

Təvazö,üzü yerdə olma və təvazökarlıq mənalarına gəlir ki,təkəbbürün ziddidir.Onu insanın Haqq qarşısında yerinin şüurunda olub ona görə davranması və xalq arasındakı vəziyyətini də bu anlayışa görə qiymətləndirirb,özünü insanlardan bir insan və ya varlığın hər hansı bir parçası qəbul etməsi də şərh edə bilərik.

Əfəndimizin (s.a.v.) təvazökarlığı da fətanətinin ayrı bir ölçüsü olaraq ulduz kimi nurlanmaqdadır.O,şöhrəti artıb hər kəs tərəfindən qəbul edildikcə,təvazökarlığı daha da dərinləşmişdir.Təvazökarlıq,sanki,Onunla birlikdə doğulmuş kimi idi; ömrünün sonuna qədər də inkişaf edərərk dəvam etdi.«Kim təvazökarlıq etsə,Allah onu ucaldar,kim də təkəbbürlük etsə,özünü böyük aparsa bu,onu alçaldar,»-deyən və dediyini ən yaxşı şəkildə tətbiq və təmsil edən Odur (s.a.v.).


Ardı →

Peyğəmbərin ailə üzvləri ilə münasibəti

Hz.Peyğəmbər (aleyhissalatu vəssalam) ailə üzvləri ilə söhbət edərdi.Əfəndimiz ailəsinin üzvlərinin hər biri ilə şəxsən və baş-başa xüsusi söhbət etdiyi  kimi,onların hamısı ilə söhbətlər də edərdi.Zövcələri ilə keçirəcəyi söhbətləri bir əsasa bağlamışdı.Hər səhər məsciddən çıxdıqdan və ikindi vaxtı namaz qıldıqdan sonra,həyat yolaşlarının hər birinə tək tək baş çəkər,müəyyən bir müddət onlarla söhbət edərdi.Xüsusilə də ailə üzvlərini cəm şəkildə bir yerə yığmaq məqsədi ilə,hər axşam söhbət edərdi.Bu yığıncaqlarda Rəsulullahın,zövcələrinə «xürafə»deyilən ibrətli hekayələr belə danışdığı,hamısını güldürdüyü və zarafatlar da etdiyi rəvayət edilmişdir.
Ardı →

Sünnəni necə başa düşməli?

Sünnə həm də tamamlayıcı metoddur; bu metoda görə, iman biliklə, vəhy də ağılla tamamlanır ki, Allah təalanın da dediyi kimi «Nur üzərində nur»  olsunlar. Bu metoda görə, qanunvericilik təlim-tərbiyə ilə tamamlanır. Təlim-tərbiyə yaradır, təsis edir, istiqamətləndirir. Qanunvericilik isə qoruyur, təhkim edir, islah edir, cəzalandırır. Qanunvericilik tərbiyə, tərbiyə də qanunvericilik olmadan bir iş görə bilməz. Peyğəmbər (Ona Allahın xeyir-duası və salamı olsun!) tərbiyəyə və qanunvericiliyə eyni gözlə baxmışdır.
Bu metoda görə, güc hüquqla, hakimiyyət Quranla, dövlət dəvətlə tamamlanır. Allah Quranla çağırmadığını hakimiyyətlə çağırır. Kimi ki, hüquq qorumur, ona güc arxa çıxır. Dəvətə mane olanları dövlət tərbiyə edir. Hər məqamın öz hökmü var, — səhvə yol vermək olmaz.


Ardı →