Sürrealizm və Salvador Dali

Əslində dahilik çətin, qarışıq, anlaşılmaz olanı insan üçün sadələşdirmək, əlçatan eləməkdir. Sürrealistlər isə çətini asanlaşdırmaq yerinə qəlizləşdirir, tamaşaçını çıxılmazlığa salır.

XX əsr avanqard cərəyanlarının ən sonuncusu olan sürrealizm fransız dilində “realizmdən üstün» anlamındadır. Bu cərəyan Avstriya psixiatrı Ziqmund Freydin nəzəriyyəsi, irrasionalizm (duyğuları idrakın əsas özəlliyi kimi qəbul edən fəlsəfi təlim) və alogizmə (məntiqsizlik, idrakı inkar edən düşüncə tərzi) söykənir. Adıçəkilən cərəyan ötən yüzilin 20-ci illərində Fransada ədəbiyyatçılar arasında yaranıb. Ədəbiyyatda Luis Araqon, Pol Elüar və başqaları bu cərəyanın ilk nümayəndələri sayılırlar.

Z.Freydin “şüurdan instinktə keçid üçün azad assosiasiya nəzəriyyəsi” üzərində qurulan sürrealizm XX yüzildə ən məşhur və uzunömürlü sənət cərəyanlarından biridir. Bu cərəyan I Dünya müharibəsi illərində psixiatriya sahəsində işləyən və Freydin düşüncələriylə yaxından tanış olan Andre Breton tərəfindən sistemləşdirilib. 
Davamı →

Sürrealistlər instinktləri, xəstə əhvalları, sayıqlama, qarabasma və yuxuları bədii yaradıcılığın başlıca qaynağı və estetik prinsipi sayırdılar. Sürrealizmə əcaiblik, gerçəkliyə uyuşmayan məntiqsiz düşüncə tərzi daha xarakterikdir. Bu cərəyanın əsas istəyi instinktin idrakdan üstünlüyünü göstərməkdir.
Davamı →

Sürrealizm

Sürrealizm (fr. surrerealisme – realizmin fövqü) – XX əsrin bədii mədəniyyətində avanqard cərəyan. Ötən əsrin 20-ci illərində Fransada təşəkkül tapmışdır. Yazıçılardan G.Appoliner («sürrealizm» terminini ilk dəfə o, işlətmişdir), L.Araqon, P.Elüar, R.Desnos və başqaları bu cərəyanın baniləri hesab olunurlar.Sürrealistlər instinktləri, xəstə əhvali-ruhiyyəni, sayıqlama, dəhşətli qarabasma və eybəcər röyaları bədii yaradıcılığın başlıca mənbəyi və estetik prinsipi sayırdılar. Sürrealizmə qəribəlik,irrosionallıq,standartlara cavab verməmək xarakterikdir.Bu dövrdə şair və rəssamlar müharibənin dəhşətlərindən təsirlənib şüurdankənar arzular dünyasına yönəlmişdilər.Bu cərəyanın müxtəlif növlərinin olmasına baxmayaraq,əsas məqsədi instiktin yaradıcı qüvvəsinin və şüurdan üstün olmasının azadlığıdır.Sürrealizmin banilərindən birinin fikrincə «ruhi xəstələr əsil sürrealistlərdir».

Ardı →

Salvador Dali haqqında

Salvador Dali: «Dəlilərlə mənim aramdakı yeganə fərq, onların dəli, mənimsə, dəli olmamağımdır»
Məşhur rəssam Salvador Dalinin (1904-1989) uşaqlığı mənəvi travmalarla keçmişdi. 6 yaşında sətəlcəmdən ölən qardaşından 3 il sonra dünyaya göz açmışdı. 1973-cü ildə qardaşını, uşaqlığını bu sözlərlə yada salırdı: «Anadan olan kimi, büt kimi sitayiş edilən bir ölünün ayaq izlərindən iməkləməyə başladım. Məni sevdiklərində belə, əslində onu sevirdilər, bəlkədə məndən daha çox sevirdilər...Bu mənimçün həyatımın böyük bir yarası idi». Valideynlərinin ona qoyduqları ad da qardaşının adıydı — Salvador. Rəssam mərhum qardaşına çox oxşayırdı, sanki onun əkiz tayıydı.

Ardı →

Sürrealizm və ya zaman itginləri

Zal olduqca nəhəng və işıqlı idi. İçəridə iki nəfər adam olsa da, o biri zallar sakit və melanxolik ingilis aristokrat kütləsi ilə dolu idi. Bu zalda isə bir eynəkli, ucaboy bir oğlan və Cənab Holtzdan başqa heç kəs görünmürdü. Eynəkli cavan divarda sıraca 3-cü gələn "Əriyən saatlar" şəklinə tərəf bir qədər əyilmiş və gözlərini ora yaxınlaşdırıb elə zilləmişdi ki, guya o, bu saat şəklin sirrini tapıb «Found!» qışqıracaq.

Ardı →

Salvador Dali və La persistencia de la memoria

Elə sənət əsərləri var ki, məsələn, «Mona Liza» kimi sözün həqiqi mənasında baxılmağa və haqqında məlumat öyrənməyə dəyər. Bu səbəbdən ən çox xoşuma gələn bir əsərlə Salvador Dalinin “Yaddaşın əzmi” (və ya “Yaddaşın sabitliyi”) əsəri ilə başlamaq istədim.
La persistencia de la memoria – Bu əsər eyni zamanda “Əriyən saatlar” kimi də məhşurdu.
1931-ci ilə aid olan bu rəsm əsəri 1932-ci ildə 250 ABŞ dolları müqabilində satılıb. 
Ardı →