Üzdəki səpkilər nədən xəbər verir?

Üzün fərqli hissələrində çıxan sızanaqların səbəbi daxildəki xəstəliklərdir. Aparılan araşdırmalar üzün müxtəlif nahiyyələrində çıxan sızanaqların sağlamlıqla bağlı yaranan problemlərin xəbərçisi ola bildiyini aşkarlayıb.

Bu sızanaqlar hansı xəstəliyin əlamətidir və çıxma səbəbi nədir?
Stress, yuxusuzluq, həzm sistemi, qaraciyər ilə problem yaşayan insanlarda sızanaqlar daha çox alında müşahidə edilir.
Davamı →

Kişilərin sızanaq problemi

Əksər insanlar sızanaqlardan bir xeyli narahatdırlar. Əslində bu çətinlik yalnız qadınlara aid deyil. Həmçinin kişilər də sızanaqlarla, civzələrlə mübarizə etmişdir ya da edir. Bu yazı elə həmin şəxslər üçündür.

Sızanaqdan “necə xilas olum?”, “sızanaq maskaları nələrdir?” kimi suallara cavab axtarırsınızsa doğru yazını oxuyursunuz.


Əvvəl səhv bildiklərimizlə başlayaq!
Davamı →

Sızanaqların müalicəsi və qidalanma

Sızanaqlar yalnız yeniyetmələrin problemi deyil. Müxtəlif yaşda olan insanlar bu problemlə üzləşir. 
Bir çox hallarda qidalanmaya müəyyən dəyişikliklər etdikdə sızanaqlardan daha asan və tez qurtulmaq mümkün olur.

Mütəxəssislər artıq çoxdan təsdiq ediblər ki, qəbul etdiyimiz qida dərinin vəziyyətinə böyük təsir edir. Bu səbəbdən insan düzgün qidalanmadıqda, hətta ən bahalı sızanqlar əleyhinə olan krem və losyonlar lazım olan effekt vermir.

Beləliklə, sızanaqlardan qurtulmağın əsas şərtlərindən biri düzgün və sağlam qidalanma, dərinin vəziyyətnə mənfi təsir edən qidaların qidalanmadan çıxarılmasından ibarətdir. Bunu dedikdə kosmetoloqlar nəyi nəzərdə tutur?

— İlk növbədə şəkər və müxtəlif şirniyyatlardan (müxtəlif konfetlər, şokolad və s.) imtina etmək lazımdır. Onların əvəzinə bal, quru meyvələr və s. kimi təbii şirniyyatları yemək olar. Təbii ki, belə şirniyyatların qəbulunu da müəyyən dərəcədə məhdudlaşdırmaq lazımdır.

— Alqollu içkilərin qəbulu da sızanaqların əmələ gəlməsinə səbəb ola bilər. Məsələ burasındadır ki, alkoqol qara ciyərin fəaliyyətinə çox mənfi təsir edir. Nəticədə qara ciyər orqanizmdə olan ziyanlı birləşmələri tam şəkildə zərərləşdirə bilmir və bu birləşmələr qanda yığılaraq dərinin vəziyyətinə çox mənfi təsir edir.
Ardı →

Portağal maskası

Sızanaqlar dərinin bütün gözəlliyini pozmaqla əhvalımızı da korlayır. Bəs qış aylarında onlardan xilas olmaq üçün nə etməli?

Əgər xroniki sızanaq problemi yaşayırsınızsa, bu maskanı mütləq edin. Hər dəri tipinə uyğun olan maskanın tərkibində kimyəvi maddələr olmadığı üçün allergiya yaratmır.

Ərzaqlar və hazırlanması:
Bir ədəd portağal qabığını sürtgəcdən keçirin, sonra yaxşıca əzib krem halına gətirin. İçinə bir çay qaşığı portağal suyu əlavə edib, yenə qarışdırın. Sonra bir çay qaşığı karbonatı əlavə edib qarışdırın. Bu maskanı hər gün sızanaqların üstünə çəkin.


Davamı →