Yaddaşı necə qorumalı və - IQ-nü necə artırmalı

Gərgin iş tempi, stres, gündəlik həyatın monotonluğundan icra edilməsi vacib olan bəzi şeyləri unuduruq. Hətta bəzən bu vəziyyət ən yüksək həddə çatır.
 
Unutqanlığın qarşısını almaq üçün nələr etmək lazımdır?
 
Son illərdə “Bu aralar tez-tez unuduram” ya da “unutmuşam” sözləri ilə daha çox qarşılaşırıq. Xüsusilə də, gərgin və stresli həyat tərzi olanlar və bir neçə işi bir arada görməyə çalışanlar gün ərzində bir çox şeyi unudur. Ancaq işləri nizamlı şəkildə yerinə yetirmək və gələcəkdə demensiya (ağılın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin dərəcədə itirilməsi) kimi ciddi xəstəliklərlə üzləşməmək üçün yaddaşı gücləndirmək lazımdır.
Davamı →

Ləkələrlə mübarizə üsulları

Dəri ləkələri ilə mübarizə aparmazdan əvvəl onun yaranma səbəblərini öyrənməlisiniz. Dəri ləkələrininin səbəbi günəş işıqlarına çox məruz qaldığı və keyfiyyətsiz kosmetik məhsullardan istifadə zamanı baş verir. Güzgüdə dərinin necə yaşlandığına baxıb ağlamaq və üzünüzdə xoşagəlməz ləkələr görmək istəmirsinizsə, aşağıdakı qaydalara əməl edin.

Dəri qadınların və kişilərin ən dəyərli və həssas geyimidir. Günəş şüalarına məruz qaldığı və ucuz kosmetik məhsullar dərinin yaşlamasını sürətləndirir.

Günəş şüalarının mənfi zərərləri: Günəş qoruma kremləri çəkilmədiyi ya da dəriyə qulluq edilmədiyi zaman dəriyə ləkələr düşür. Bunun qarşısını almaq üçün xüsusən də yaz ayları girdiyi zaman dərini günəşdən qoruyan yüksək keyfiyyətli kremlər çəkmək mütləqdir.

Gözəlliyinizə gözəlik qatan kosmetik vasitlərdən yararlanan zaman keyfiyyətinə, saxlama müddətinə və tərkibinə fikir verir. Əks halda, dəriyə təsir edərək məsamələri doldurur və ləkə yaranır. Xüsusən də tonal krem və kirşan çəkərkən diqqətli olun.
Ardı →

Dırnaqda ağ xətlər niyə meydana gəlir?

«Zülal əskikliyi, kalsium, selenium, dəmir, sink kimi mineralların və folik turşusu, B12 vitaminlərinin qeyri-kafiliyindən dırnaqlarda bəzi çatışmamazlıqlar meydana gəlir. Bunlar daha çox qırılma, çatlama, kobudlaşma və təbəqələşmə şəklində də ola bilər. Ən diqqətə çarpan nümunəsi isə dəmir çatışmamazlığı anameyasında qaşıq dırnaq dediyimiz dırnağın qaşıq içi kimi çuxurlaşmasıdır».

Vitamin çatışmazlığı ilə əlaqəsi yoxdur!
Dırnaqlarımızda müəyyən vaxt ərzində ağ xətlər və ya nöqtələr çıxır. Xalq arasında vitamin qeyri-kafiliyi ilə bağlı meydana gəldiyi deyilən bu vəziyyətin vitamin çatışmamazlığı ilə bağlı olmadığını deyən Koca belə davam edir: «Bu ağ xətt və nöqtələr hər hansı bir zərbə, manikür və ya başqa bir səbəbdən dırnağın içərisinə hava qabarcıqlarının girməsi nəticəsində meydana gələr.
Bunun vitamin çatışmamazlığı ilə heç bir əlaqəsi yoxdur. Narahat olmağa heç bir səbəb yoxdur. Yalnız bizi görünüş olaraq narahat edə bilər».

Sağlam dırnaqlar üçün
Dırnaq quruluşu üçün lazımlı olan zülal və vitaminlər (Folik turşusu, B12) üçün ət və quru paxlalılar kafi miqdarda istifadə olunmalıdır.
Gündə 2-3 stəkan süd və qatıq dırnaqlar üçün lazım olan zülal və kalsium cəhətdən əhəmiyyətlidir. Dəmir çatışmamazlılığını təmin etmək üçün ət, yumurta, quru paxlalılar (dəmirin aktivləşməsi üçün C vitaminini təmin edən qidalardan alınır) və tünd yaşıl yarpaqlı tərəvəzlər süfrələrdə olmalıdır.
Gündə 5-9 boşqab müxtəlif rənglərdə təzə tərəvəz və meyvələrlə dırnaqların ehtiyacı olan vitamin, minerallar və antioksidanların alışı təmin edilə bilər. Sink təmin edən balıq və digər dəniz məhsulları həftədə 2-3 dəfə qəbul olunmalıdır. Gündə orta sayla 2 litr su mütləq içilməldir.
Davamı →

Uşaqda immunitetin zəifləməsinin əlamətləri və səbəbləri

Bəzi uşaqlar az-az hallarda xəstələnir və xəstələndikdən sonra da sağlamlıqlarını tez bir zamanda bərpa edirlər. Digərləri isə asanlıqla bir xəstəlikdən digərinə “keçir” və bunun sonu görünmür.

Bunun səbəbi isə uşaq immunitetinin vəziyyətindən asılıdır. Doğulduğu ilk günlərdən uşağın immunitetinin qayğısına qalmaq valideynlərin əsas vəzifələrindən biridir. Uşağın həyatının nə qədər sağlam və tam dəyərli şəkildə keçməsi bir çox hallarda məhz onun immunitetinin vəziyyətindən asılı olur.

Kiçik yaşlı uşaqlarda immunitetin zəifləməsinin əlamətləri bunlardır:

— Uşaq soyuqdəymə və infeksion xəstəliklərə (KRVX — kəskin respirator virus xəstəliyi, qrip) il ərzində 5 dəfədən artıq tutulur.

— Bu xəstəliklərin uşaqda hərarətin qalxmadan keçməsi mənfi əlamətdir. Bu, immun sisteminin fəaliyyətində ciddi pozulmaların olmasını sübut edir. Bu halda immun sistemi o qədər zəifləmiş olur ki, bakteriya və viruslara qarşı ciddi şəkildə müqavimət göstərə bilmir.


Ardı →

Dərini qocaldan faktorlar

Hər yaşın ayrı bir gözəlliyi olsa da, gənc və parıltılı dəri hər bir qadının xəyalıdır. Təəssüflər olsun ki, yaşlanma müddətini dondurmaq mümkün deyil. Lakin dərinin gənc qalmasını uzatmaq və qocalmasını bir müddət gecikdirmək olar. Zamanla hüceyrələrin yaranması dayanır və dəri nazikləşir. Dəri elastikliyinin əsasını və onun sıxlığını təşkil edən kollajen proteinlərinin əsası pozulur. Dəri elastikliyini və sıxlığını itirir. Nəmini qoruya bilmir və qırışlar yaranmağa başlayır. 

Mimika ilə danışmaq üçün üzün əzələlərindən istifadə edirik. Lakin zamanla  gülüşlər və mimika ilə danışmaq bizim əleyhimizə işləyir. 
Ardı →