Özümüzə doğru

Həyat çox qısadı. Amma hamımız onu sonsuz bilib yaşayırıq. İnsanlara bağlanmaqdansa, əşyalara bağlanırıq. Söhbət etmək yerinə susmağı seçirik. Ən yaxınlarımızla belə vaxt keçirəndə mobil telefonlara öncəlik veririk. Birlikdə danışmağı, əylənməyi, dərdləşməyi, paylaşmağı unuduruq. Beləliklə də hamı özünü yalnız hiss edir.

Davamı →

Səbr neməti

“Yalnız (dünyada Allah yolunda çəkilən çətinliklərə) səbir edənlərə axirətdə saysız-hesabsız mükafat veriləcəkdir”. (əz-Zümər 10)
Aləmlərin Rəbbi olan Allaha şükürlər və həmd-sənalar, Onun haqq rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Dünya həyatı hər gün yeni oyunlarla, bəlalarla, müsibətlərlə və bunların doğurduğu vicdan rahatsızlığı ilə üzərimizə yürüməkdədir. Belə qeyri-bərabər şəraitdə əməllərimizin ilahi nəzarət sisteminin sağlam aləti olan ədalət tərəzisindəki müvazinətini sabit saxlamaq qulluq sahiblərindən olduqca böyük məharət tələb etməkdədir. Bütün bu çətinliklərə sinə gərməyə müqtədir olan səbir bərəkətini ruhumuza hakim kəsməyə nail olmasaq, bəla və çətinliklərin şiddətli təsiri altında vurnuxan nəfsin əbədi səadətimizə qənim kəsilmiş üsyankar təbiətinə təslimiyyətimiz qaçınılmaz olacaqdır.
Davamı →

Sevgisizlik dünyanı məhv edir

Pislik, haqsızlıq, kədər, bədbinlik. sıxıntı, tənhalıq, qorxu, stress, inamsızlıq, vicdansızlıq, narahatçılıq, qəzəb, qısqanclıq, kin, narkomaniya, əxlaqsızlıq, qumar, fahişəlik, aclıq, yoxsulluq, oğurluq, dava-dalaş, düşmənçilik, cinayət, müharibə, qarşıdurma və zülm… Bütün bunlar, demək olar ki, hər gün qəzetlərdə və televiziyada rast gəlinən, gündəlik həyatda qarşılaşdığımız problemlərdir.

İnsanların və xalqların xilas olmaq istədiyi, hər sahədə mübarizə apardığı bu cür pisliklər, qarışıqlıq dünyada əsrlərdən bəri hakimdir. Bunun üçün qədim Yunanıstana və ya Böyük Roma İmperiyasına, Çar Rusiyasına və ya iki böyük dünya müharibəsinə, böyük ictimai hadisələrə səhnə olan XX əsrə nəzər salmaq kifayətdir. Ancaq hansı əsrə baxsaq, dünyanın hansı guşəsinə getsək, bu mənzərə dəyişmir. Çünki keçmişdə olduğu kimi, dövrümüzdə də bu cür pisliklərin mənbəyi dünyadakı ən böyük problem olan sevgisizlikdir.

İslam “silm” və “salam” kökündən törəmiş sözdür. “Silm” sülh, təhlükəsizlik, əmin-amanlıq və sevgi, “salam” isə xoşbəxtlik, salamatlıq və təhlükəsizlik mənalarını verir.

Axırzamanın ən mühüm problemlərindən olan sevgisizlik və inamsızlıq dövrümüzdə insanların çatışmayan cəhətidir. Bu gün dünyada baş verən müharibələrin, qırğınların, yardımlaşmadan qaçmağın, qısaca desək, dünyadakı əxlaqi pozuntunun səbəbi budur. İnsanlar dünyanın hər yerində bir-birlərinə etibar etmədən qorxu içində yaşayırlar. Qorxu mühitində sevgi olması, əlbəttə, qeyri-mümkündür. Dövrümüzdə heç kimin bir-birinə salam verməməsi, salam verənin salamının ardında pis niyyət axtarılmasının kökü də sevgisizlik mühitinin meydana gətirdiyi inamsızlıqdır.


Ardı →

"Zibil maşını" qanunu

Qadın tələsik bir taksiyə mindi.Təcili hava limanına getməli idi.Sağ zolaqda gedirdilər ki,birdən sağ tərəfdən bir maşın qarşılarına çıxdı.
Taksi sürücüsü onunla toqquşmamaq üçün var gücü ilə əyləcə basdı.Taksi bir qədər sürüşsə də,maşınla toqquşmadan dayandı.Bu vaxt maşının sürücüsü başını şüşədən çıxardı və həm qışqırmağa,həm də söyməyə başladı.Taksi sürücüsü isə sakit bir şəkildə gülümsədi və heç bir şey demədən yoluna davam etdi.Qadın taksi sürücüsünün bu hərəkətinə bir məna verə bilmədi.Ona görə də «Niyə belə hərəkət etdiniz?Adam az qala maşınınızı əzəcəkdi.Üstəlik,ikimizi də xəstəxanalıq edəcəkdi»,-deyə soruşdu.
 
Taksi sürücüsü gülümsəməkdə davam edərək «Zibil maşını» qanunu" — dedi.Qadın: «Zibil maşını» qanunu?" — deyə soruşdu.Çox güman ki,taksi sürücüsünün nə demək istədiyini başa düşməmişdi.Və taksi sürücüsü izah etməyə başladı:
«Bəzi insanlar zibil maşını kimidirlər.Hər tərəfdə özləri ilə zibil gəzdirirlər.Ancaq onların bu zibilləri bizim bildiyimiz zibillərdən deyil.Onların bu zibilləri ürəklərində,beyinlərində yığıb saxladıqları „kin,nifrət,qəzəb,bir az da əlacsızlıq,çarəsizlik,ümidsizlik“ zibilləridir».Onlar bu zibillərin hərəsini bir yerdən yığırlar.Təbii ki,onları boşaltmaq üçün bir yerə ehtiyac hiss edərlər.Bu «yer» bəzən mən,bəzən siz,bəzən də başqası ola bilər.Yaxşısı budur,bu zibilləri öz üzərinizə götürməyin.Ancaq o zibilləri daşıyanlar üçün dua etməyi də unutmayın.Sonra da öz yolunuza davam edin.Çünki heç birimizin onların zibillərini götürməyə,sonra da evimizdəki,küçəmizdəki,iş yerimizdəki....insanlara "ötürməyə" haqqımız yoxdur.

«Ailəm» jurnalı
Davamı →

Səbr haqqında

Ey iman gətirənlər!Səbr və dua ilə (namazla Allahdan)kömək diləyin.Çünki Allah səbr edənlərlədir(onların dostudur).   (Qurani Kərim)
Səbrli olmağı bacaran gec-tez öz istəyinə çatacaq.   (Onore de Balzak)
Təkcə düşmənlərinə qalib gələn igid deyil,özünü ələ almağı bacaran da igiddir.   (Demokrit:Qədim Yunan filosofu.)
Səbr ən zəiflərin və ən güclülərin silahıdır.   (Leşek Kumor:Polyak aforizm ustadı)
İnsan öz səbr və dözümüylə tauna da qalib gələ bilər.   (Napoleon Bonapart:Fransız imperatoru və sərkərdəsi.)
Çox səbr lazımdır ki,səbirli olmağı öyrənəsən.   (Yarob Mixael Reynqold Lents:Alman şairi.)
Səbr insana əvvəlcə zəhər kimi görünür,lakin buna öyrəşəndən sonra bal olur.Səbri olmayanlar nə qədər də yoxsuldurlar.   (Uilyam Şekspir:İngilis şairi və dramaturqu.)
Səbri ,hövsələni unudan insan,
Ağıldan,şüurdan açmasın dastan.   (Nizami Gəncəvi:Azərbaycan şairi və mütəfəkkiri.)
Davamı →

Allahım mənə "yox" dedi

Bizlər daim Allaha dua edərkən ondan sevgi, xoşbəxtlik, səbr, dözüm diləyirik. Daha sonra isə Allahın bizim arzularımızın yerinə yetməsi üçün yaratdığı şəraitə təəccüblənirik...
1. Mən Allahdan qürurumu almağı xahiş etdim, O isə «yox» dedi. O dedi ki, qüruru almırlar, ondan imtina etmək lazımdır.
2. Mən Allahdan yatağa məhkum olunmuş qızımı müalicə etməyi dilədim, Allah isə mənə «yox» dedi. O dedi ki,
Ardı →