Bilqo (bir parça)

Avqustun son günləri idi. Hava isti olsada axşam düşəndə bir az yağış yağdığı üçün xəfif sərinlik duyulurdu. Səmaya ala-bula buludlar səpələnmişdi. Yol yorğunu olan Bilqo ayaqlarını sürüyə sürüyə evə tərəf gedirdi. Sakit idi, dah doğrusu sakit görünürdü. Əynindəki mavi don ona çox yaraşırdı. Bilqo gözəl qız idi, ancaq qəribə soyuq baxışları onun gözəl üzünə ifadəsizlik verirdi. Təbiətcə sakit və mülayim olsada xətrinə dəyən bir adamıda cavabsız qoymazdı. Evə çarəsiz gedirdi, “işdən çıxıb evə getmək adətini kim çıxarıb görəsən” fikri indi hər addımında beynindən idırım vuran kimi gəlib keçirdi. Birdən ağlına gəldiki bu sualı kiməsə versin. Yan-yörəsinə baxıb gördükü düz ona tərəf  əlli ya əlli beş yaşlarında bir kişi gəlir. Müəllimə də oxşayırdı həkimə də.

-Bağışlayın müəllim, sizdən bir söz soruşmaq istəyirəm, olar?

Kişi qəribə baxışlarla Bilqonu süzdü. Heçnə başa düşməyən insanlar kimi gözlərini böyüdüb ona yaxınlaşdı.

— Hara gedirsiz, əgər sirr deyilsə? Sualı verdiyi an başa düşdüki yenə gicliyi tutub. Ancaq artıq gec idi.


Ardı →