ƏN BÖYÜK SƏHV HANSIDIR?

Belə bir kritik bir sual ortaya çıxır: həyatda insanın ən böyük səhvi nədir?...Hansı səhv, ən böyük və nəticəsi ən ağır səhvdir?..

Cavab: Həyatda insanın ən böyük səhvi, öz səhvini qəbul etməməsidir!..Bəli, bəli, ən böyük səhv, məhz budur!...Bütün səhvlərin başlanğıcı məhz, budur-öz səhvini qəbul etməmək və ya görməzdən gəlmək!...

İzah edək.


Tutaq ki məsələn mağazadan bir əşya almısan. Amma bu əşya, keyfiyyətsiz çıxıb...Və məlum olub ki sənin, tutaq ki texnologiya barədə biliklərin yetərli deyil...Amma bu, sənə xoş gəlmir...Yetərsiz olduğunu, savadının bu sahədə az olduğunu qəbul edə bilmirsən, deyirsən ki «yox e, mən hər şeyi bilirəm, həmçinin də texnologiyanı da..» Və öz yetərsizliyini də evdə belə əsaslandırırsan ki «bu əşya, özü zavodskiy defektdir, problem məndə deyil»…
Davamı →

TƏCRÜBƏ

«Təcrübə», bəzi hallarda insanların öz səhvləri və suçlarını kamuflaj etmək üçün istifadə etdikləri çox əlverişli bir «günah keçisi»dir. Əgər «təcrübə» olmasaydı yəqin ki günahlarını üstünə yıxacaq başqa bir şey tapacaqdılar. Necə ki məsələn bir tələbə ya da şagird, dərs oxumursa və bunun üçün bəhanə olaraq «müəllimin dərs keçməməsi»ni kullanırsa, «təcrübə» də eynilə bütün həyatda insanların istifadə etdikləri «dərs keçməyən müəlim» obrazıdır...

«Təcrübə», bir kabus kimi insanları təqib edərək onların inkişafını əngəlləyir və həyatlarına ciddi mənfi təsir kəsb edir. Eynilə «mentalitet» kimi, «təcrübə» də insanları yanıldır; onlara yanlışı düz, pisi yaxşı kimi göstərən ümumişlək və universal bir mexanizm rolunu oynayır. Necə ki məsələn bir kişi, öz qadınına qan uddurursa və bunu «mentalitet»lə əsaslandırırsa, eyni şəkildə insanlar həyatın demək olar ki bütün sahələrində dəfələrlə eyni palçığa batdıqları halda; hər dəfə, palçığa batmamağı deyil, palçığa batmağın normal olmasını özlərini inandıraraq; yol vermiş olduqları ən kobud səhvləri belə, təbii və normal bir hal kimi qəbul edirlər və nəticədə də o səhvi düzəltmək bir yana qalsın daha böyük səhvlərin qapısı açılır və ümumi həyat keyfiyyəti mənfi etkilənir.
Bəli, «təcrübə», eynilə «mentalitet» kimi, insanlara səhv bir «danışmanlıq xidməti» və ağılsız bir “rəhbər” rolunu oynayır; bu “rəhbər”, onları hər dəfə səhvə aparır lakin rəhbər olduğu üçün hər dəfə də onun sözü dinlənilir. Amma bu səhv və ağlsız “rəhbər”i yaradan da elə insandan başqası deyil. İnsanlar, qardan adam düzəldib onu qar adamı sandıqları kimi, öz səhvlərindən də «təcrübə» adlı bir “rəhbər” düzəldib onun ardıyca gedirlər...

«Təcrübə» həm də, xüsusən yaşlı bəzi uğursuz insanların kompleks hissinin ifadəsidir; onların əllərində heç bir uğur olmadığı üçün, öz gözlərinin qurdunu öldürmək və eqolarını tatmin etmək üçün ümidləri yalnız «təcrübə» yə qalıb; onlar daima «təcrübə»li olduqlarını, «gördük»lərini, «yaşadıq»larını vurğulayır və bununla da şüuraltında zəifliklərini örtməyə və ya başqalarından fərqlənməyə çalışırlar. Halbuki bununla onlar sadəcə özlərini aldadıb yetərsizliklərini öz gözlərindən uzaq etməklə qalmırlar həm də başqalarına, xüsusən də psixoloji cəhətdən tam yetkin olmayan bir çox gənclərə böyük zərbə vurmuş olurlar. Gənclərə, «Sən təcrübəsizsən» deməklə, «sən bacarıqsızsan», «zəifsən», «bacarmazsan» demək, mahiyyətcə eyni şeydir; bundan mənfi etkilənən gənclərin özlərinə inam hissi zədə alır və psixoloji olaraq ciddi şəkildə mənfi təsirlənirlər.
Əgər bu «təcrübəli» yaşlı insanların ağlı olsa idi əlbəttə onlar, nə özlərini təsdiq etdirmək üçün belə quru sözlərin («mən təcrübəliyəm», «mən görmüşəm», «mən yaşamışam» və s.) ümidinə qalmazdılar; nə də ki bu cür yanaşma ilə gənclərə ziyan verdiklərindən xəbərsiz olmazdılar. Belə ki çoxlu sayda zəki və potensiallı gənclər var ki sırf savad və bilgi azlığının verdiyi qismi psixoloji dayanıqsızlığın nəticəsində xaricdən gələn informasiyaya açıqlıq faizləri yüksək olduğu üçün onlara bu dönəmdə edilən təsirlər, sonrakı dönəm üçün həlledici önəmə sahib olur; bu gənclər, özlərinə inandıqları təqdirdə potensiallarını görüb çox böyük uğurlara nail ola bildikləri kimi, verilən mənfi təsirlər nəticəsində özgüvənləri sarsıldıqda da tam əksinə, çox başarısız da ola bilirlər...
Odur ki xüsusən yaşlı amma ağlı zəif insanlar- valideynlər, böyüklər, müəllimlər; «təcrübə», «görmək», «yaşamaq» kimi absurd inancları bir kənara qoyub həm özlərinin zəifliklərini düzəltməyin qayğısına qalmalı, həm də gənclərə mənfi təsirlərə səbəb ola biləcəklərinin fərqində olmaldırlar.

Çünki təcrübə, nə qədər önəmli bir amil olsa da əsla ağıldan daha mühüm deyildir və ona alternativ ola bilməz.  Belə ki təcrübə gördüyünü, eşitdiyini, duyduğunu bilməkdirsə; ağıl görmədiyini, eşitmədiyini, duymadığını bilməkdir. Elə isə biz bu dünyada zatən hər şeyi görə, duya, eşidə bilməyəcəyimizə görə, hiss orqanlarının və müşahidə qabiliyyətimizin təkbaşına bizə verəcəyi şey də, çox məhdud və az olacaqdır. Digər tərəfdən də zatən hiss orqanlarımızın bizə verdiyi təəssürat da yanıldıcı ola biləcəyinə görə, elə təcrübədən istifadə edə bilmək üçün də bizə başqa bir qüvvə lazımdır: Ağıl! Elə isə ağılsız bir insanın lap 100 illik bir təcrübəsi, ağıllı bir insanın məsələn 1 ilindən daha önəmli ola bilməz. Təcrübəli amma ağılsız bir yaşlı, təcrübəsiz amma ağıllı bir gəncdən daha yetkin deyildir!...

 


Davamı →

Səhv

Bir gün bir professor tibb dərsində tələbələrə bir xəstəlik haqqında danışdı və sonra da o xəstəliyi olan xəstəyə nə qədər dərman vermək lazım olduğunu soruşdu. Tələbələrdən biri ayağa qalxıb: «1000 mq », — deyə cavab verdi. Professor: «yox,cavab düz deyil » — dedi. Sonra  tələbə sualın doğru cavabını xatırladı və yenidən  ayağa qalxıb: «250 mq », — dedi.Professor tələbənin bu cavabı qarşısında əvvəlcə susdu, sonra da gözlənilmədən: "Çox təəssuf, bir az əvvəl 1000 mq dərman verdiyiniz xəstəniz öldü", — dedi. Sinifə dərin bir səssizlik çökdü.Çünki bu sözlər onlara çox böyük bir həqiqətdən xəbər verirdi:«Həyatda elə səhvlər var ki, o səhvlərdən geriyə yol yoxdur» ...

 

Ailəm jurnalı


Davamı →