Kilsənin parçalanması: katoliklik və pravoslavlıq

1054-cü ildə xristian kilsəsi katolikliyə və pravoslavlığa bölündü və bölünmə hələ də qüvvədə qalır. Roma papası ilə Konstantinopol patriarxının münasibətləri necə idi? XI əsrdə xristianlıq hansı rolu oynayırdı və “böyük sxizma” niyə baş verdi? Katoliklər və pravoslavlar bir-birilərini niyə lənətləmişdilər? Kilsənin parçalanmasında siyasət hansı rol oynamışdı və latınlarla bizanslıların ənənələri nə ilə fərqlənirdi?
Bu və digər suallara kilsə tarixçisi Pavel Kuzenkov cavab verir.

Davamı →

Səlib yürüşləri

Xaç və ya Səlib yürüşləri (lat. Expeditio sacra, ərəb. الحملات الصليبي‎‎,fr. Croisades,ing. Crusades, isp. Cruzadas) — Qərbi Avropa ölkələrinin Fələstini və başqa əraziləri istila etmək məqsədilə XI-XII əsrlərdə Yaxın Şərqə hərbi səfərlərinin ümumiləşdirilmiş adı.

Səbəbi


Daha əvvəlki əsrlərdə Roma İmperiyasını yox edərək, Qərbi Avropanı istila etmiş və burada bir neçə krallıq quraraq, mərkəzi hakimiyyəti tam şəkildə əllərində cəmləşdirmiş barbar krallıqlarının çökmə dövrü başlamışdı. Hakimiyyət artıq mərkəzdənqaçma siyasəti nəticəsində get-gedə parçalanmış, daha əvvəl kralların əlində olan iqtidar indi daha çox yerli feodalların əlində cəmləşmiş, onlar da mərkəzi hökuməti tanımaq istəməyərək, özlərinin arzuları ilə istədiklərini etməyə başlamış, daha əvvəl “Hakimi-Mütləq” olan krallar indi yalnız “bərabərlər arasında birinci” statusuna qədər enməsi prosesi baş vermişdi. Bu hadisələrin nəticəsində də feodalların bir-biri arasında baş verən müharibələrin sayı çoxalmış, insan itkiləri artmışdı.
Davamı →

Xristian kilsəsinin parçalanması.Səlib yürüşləri

Xristian kilsəsinin parçalanması. Kilsənin qüdrətinin artması. XI əsrin ortalarına qədər xristian kilsəsi vahid kilsə hesab edilirdi. Qərbi Roma kilsəsinin başçısı Roma papası idi. Bizansda isə kilsənin başçısı Konstantinopol patriarxı idi. Şərqi Avropanın bir çox ölkələri, o cümlədən Serbiya, Bolqarıstan və Kiyev Rus dövləti xristianlığı Bizansdan qəbul etmişdilər. Lakin Roma papası bu ölkələrin kilsələrini özünə tabe etmək istəyirdi. Papa və patriarx xristian kilsəsinə ağalıq və onun gəlirini bölüşdürmək uğrunda mübarizəyə başladılar. Nəticədə 1054-cü ildə xristian kilsəsi Qərb və Şərq kilsələrinə parçalandı. Qərb kilsəsi katolik (ümumdünya kilsəsi), Şərq kilsəsi isə pravoslav (həqiqi din) kilsəsi adlanmağa başladı. Bundan sonra hər iki kilsə müstəqil oldu.


Ardı →

I Riçard Aslanürəkli

Dünya tarixində «Aslan ürəkli Riçard» kimi məşhur olan ingilis kralı II Henrixin oğlu Fransanın Akvitaniya vilayətində doğulmuşdur. Bütün dünyada ləyaqət və alicənablıq rəmzi olan Riçardın(1157 — 1199) həyatı gərgin vuruşlarda, döyüşlərdə və intriqalarda keçmişdir. O zaman Fransanın bəzi hissələri İngiltərənin əlində idi. Belə vilayətlərdən biri Fransanın cənub-qərb əyaləti olan Akvitaniya idi. Bu vilayəti və hersoq dərəcəsini ona atası bağışlamışdı. Lakin kralın üç oğlu vardı. Oğullar ataya qarşı qiyam qaldırdılar. Çünki böyük oğul bir varis kimi tezliklə kral olmaq, kiçik oğlu da öz payını almaq istəyirdi. Riçard da qiyamçı qardaşlarına qoşuldu.


Ardı →

Harun Yəhya "Qlobal Massonluq"

TAMPLİYERLƏRDƏN QƏDİM MİSİRƏCƏN
Xaçlılar (Səlibçilər)

Masonluğun tarixini araşdıran ekspertlərin əksəriyyətinin fikrincə, onun kökü Səlib yürşlərinə qədər gedib çıxır. Düzdür, masonluq rəsmən 18-ci əsrin əvvəllərində İngiltərədə qurulub, amma əslində onun gizli tərəfləri dediyimiz kimi, 12-ci əsrə gedib çıxır. Həmin dövrdə masonluğun yaranmasında «Tampliyerlər ordeni» adlandınlan Cəngavərlər qurumunun böyük rolu olub. «Yeni Masonluq sistemi» adlı kitabımızda Tampliyerlərin tarixini incəliklərinə qədər vermişik. Buna görə də onlann üzərində çox durmayacağıq. Bu kitabda masonluğun mahiyyətini, dünyaya göstərdiyi təsiri dahà dərindən araşdıraraq, «Qlobal Masonluğ»un nə olduğu-nu ortaya çıxaracağıq.
Ardı →