Əvvəllər hər şey daha gözəl, hər kəs daha səmimi idi

Əminəm ki, bu cümləni eşitməkdən çoxumuzun qulağı qabar olmuşdur. Hər kəs keçmişin gözəlliyindən dəm vurub, “gözəl zamanlarda” yaşağamağın qüruru ilə öyünür. Bəs niyə əvvəllər hər kəs daha səmimi, sevgilər daha pak, dostluqlar daha dürüst idi?
Əlbəttə ki, belə sualları cavablandırmaq üçün keçmiş və indiki zaman arasındakı fərqlərə quşbaxışı baxmağı nisbətən bacarmaq lazımdır. “Əvvəllər hamı daha “səmimi” idi.” Bəlkə buna məcbur idilər?!

Davamı →

Özünü aldatma, səmimi ol!

Ozunu aldatma, səmimi ol!Bu məqalədə insan şəxsiyyətinin gizli meyarlarından biri olan səmimiyyətdən bəhs etmək istəyirəm. Səmimiyyətin nə olduğunu bir neçə sadə cümlə ilə izah edək: İnsanın daxili ilə xarici aləminin bir olması. Süni hərəkətlər etməmək. Dürüst olmaq. Özünü olduğundan fərqli göstərməmək. İnsanlardan əsl düşüncələrini gizlətməmək. Qəlbindəki hisslərini qarşısındakı insana olduğu kimi söyləmək. Təbii olmaq.

Lakin bəzi insanlar səmimiyyət məfhumunu düzgün qiymətləndirmirlər. «Səmimi olduğum üçün hər zaman haqsızlığa məruz qalıram.» "İnsanlar səmimi olmağımdan istifadə edir." və s. kimi düşüncələrdə olanlar, əlbəttə ki, yanılırlar. Çünki səmimiyyət elə bir gücdür ki, bunun insanlar üzərində dərin təsir oyatmaması mümkün deyil.

Səmimi insanın hərəkətləri, danışığı, gülüşü, baxışı, bir sözlə, hər şeyi çox təbiidir və bundan da təsirlənməyən insan çox azdır. Amma bəzi insanlar da vardır ki, səmimiyyətin qazandırdığı gözəllikləri süni hərəkətlərlə əldə etməyə çalışırlar. Məsələn, ürəyi istəmədiyi halda, hər zaman gülərüz olurlar ki, insanlar onların haqqında yaxşı düşünsünlər. Desinlər ki, optimistdir, mehribandır, ətrafa müsbət enerji saçır və s.


Ardı →

Səmimiyyətsizliyin danışıqdakı əksi

Danışma tərzi də, insanların səmimiyyətsizliklərini biruzə verən mövzuların ən diqqət çəkənidir.Belə insanlara Quran ayələri xatırladıldığında söz və davranışlarıyla təslimiyyətləri dərhal görünən möminlərin əksinə, səmimiyyətsiz şəxslər çox vaxt Quran əxlaqıyla uyğun olmayan bir üslubda danışmağa başlayırlar.İnsanın özünü ifadə etməsində sanki bir ayna vəzifəsi görən danışıq üslubuna, Allah Quranda "Əgər Biz diləsək, sənə onları əlbəttə göstərərik, beləliklə onları simalarından tanıyarsan. And olsun, sən onları, sözlərin söyləniş tərzindən də tanıyarsan. Allah, əməllərinizi bilər." (Məhəmməd Surəsi, 30) ayəsiylə diqqət çəkir. Bu şəxslərin danışıqlarındakı qüsurlar bir neçə şəkildə ortaya çıxır. Bunlardan əsaslarını belə sıralaya bilərik:
Davamı →

Səmimiyyət!!!

Səmimiyyət,bu söz,bu məvhum zəmanəmizdə çoxlarına yaddır.İnsanlarin faizi baxımından əksəriyyət bu sözü eşidəndə və yaxudsəmimi insana rastlayanda «avamdır» deyə düşünürlər.Halbuki keçmiş zamanlarda bu «avamlar» saf insanlardan olurdu və avam deyərək deyil,saf ləqəbiylə qiymətləndirilərdilər.


Bəli,hərkəsin subyektiv fikirləri vardir.Əksəriyyət tamamilə razi və yaxud da əksinə,mənimlə razi olmaya bilər.Ancaq səmimi insanlar əhatəsində olmaq hər kəsin arzusudur.Səmimi olanı aramaq lazım deyil o insan gözlərindən taninir,bundan da anlaşılmazsa ünsiyyətdə olmaq kifayətdir.Bu tip insanlar həm UCA YARADANIMIZIN sevimli qulu olur həm də mənəvi dəyərlərə malik olmaqla yanaşı ruhu qidalanar psixoloji baxımdan saqlam olar. Səmimi olaq ki qarşımıza belələri çıxsın. Atalar nahaqdan deməyiblər «Nə tökərsən aşına o çıxar qaşığına!!!»....


müəllif cahandar


Davamı →