Çoxlu xal faydalıdır

Bədənində, üzündə xalları və çilləri olan insanlar bundan həmişə şikayət edirlər. 

Onlardan xilas olmaq üçün çıxış yolları axtarırlar.
Bu məqalədən sonra isə bədənində çoxlu xalı olan adamlar xallı olmaları ilə fəxr edəcəklər.

Araşdırmalar nəticəsində məlum olub ki, bədənində 100-dən çox xal olan insanların əzələləri daha gərgin, ürəkləri və gözləri daha sağlam olur.

Bu adamların öz yaşıdları ilə müqayisədə 7 yaş daha gənc göründüyü iddia edilir.

Xalı çox adamların sümükləri də möhkəm olduğu üçün qocalanda o qədər də əziyyət çəkmirlər.

Qeyd edək ki, bir insanın bədənində orta hesabla 30-40 xal olur, lakin bu xalların sayı bəzi adamlarda 600-ə qədər yüksələ bilir.  


Davamı →

Məktəbsiz dahilər

Çox vaxt elmdə, incəsənətdə, siyasətdə… şöhrət sahibi olan insanların çox yaxşı təhsil aldıqlarını düşünürük.

 Ancaq tarix bizə çox pis təhsil almış ( hətta heç təhsil almamış) insanların da şöhrət sahibi olduqlarını göstərir. 


Ardı →