Xromofobiya

Klod Mone
Rəng qorxusu mənasını verən bu ifadə Yunan dilindəki iki sözün yoldaşlığından törəyib; Xromos və Fobos. Rəng və qorxu. Hələ Antik zamanlarda bəzi insanların rənglərə həssaslığı dövrün intellektuallarını xeyli düşündürmüşdü. Bəşəriyyətin “leqo” fiqurları kimi rəngarəng uşaqlıq keçdiyi Antik aləmdə Aristotel rəngləri parlaqlığına görə sinifləndirmiş, Homer məşhur dastanlarında rənglərdəki poetikliyin sıxıb suyunu çıxarmışdı. “Bürünc səma”, “Şərbab kimi qaranlıq dəniz” və s. ifadələr hələ o zamanlarda rəng və poetik tərəfəkkürün incə və ehtiyatlı tellərlə düyünlənməsindən xəbər verir.

Davamı →

Dövrümüzün modernizmi

Bir sənətçinin, düşüncə adamının qayğılandığı əsas məsələlərdən biri yeni çağı, yeni ənənələri qəbul etmək, onlar üzərində nəzəriyyə qurmaq, təməllər atmaqdı. Sənətin zaman-zaman öz içərisindən başqalaşması, dövrünə, cəmiyyətə və mövcud şərtlərə görə şəkil dəyişməsi qaçılmazdır. Modernləşmə bu baxımdan sənətin praqmatik formalarının meydana çıxdığı vaxtlardan mövcud olan anlayışdır. Bu isə Orta Əsrləri, Rennesans dövrünü, hətta 17-ci əsri də qabaqlayan zaman fasiləsidir. Yəni, modernləşmə anlayışının kökləri cərəyan olaraq modernizmdən daha əvvələ dayanır.

Davamı →