Sulla

Yoxsullaşmış zadəgan ailəsində anadan olmuş Sulla gəncliyində kef və əyləncəyə qurşanmışdı. Sonralar qohumlarının dövləti ilə varlanması nəticəsində konsul Marinin yanında kvestor olmuşdur. Mari ilə birlikdə Afrikaya Yuqurta üzərinə getmiş, döyüşlərdə cəsurluğu və təşəbbüskarlığı ilə diqqəti cəlb etmişdir. Addımbaşı kvestor patrisiyə paxıllıq edən plebey Mari öz ikinci konsulluğunda leqat, üçüncüsündə isə hərbi tribun idi. Sulla hələ leqat ola-ola tektosaqların başçısı Kupillanı tutub əsir gətirmiş, hərbi tribun olanda isə farsları Romanın müttəfiqinə çevirmişdi. Mari paxıllığından artıq bu gənc, mavigöz cavana heç bir iş tapşırmırdı.


Ardı →

Kutuzov

Kutuzov haqqında çox yazılıb. Əgər onun haqqında nələrsə hələ yazılmayıbsa bu təkcə sərkərdənin mürəkkəb və çətin həyat yolu və ya ömrün qəhrəmanlıq səhifələri ilə bağlı deyil, bizim nəzərimizcə Kutuzovlar kimi məşhur bir nəslin mənşə məsələsinin düzgün həlli də əvvəldə qeyd etdiyimiz həmin cəhətlərdən az əhəmiyyət kəsb etmir.
Rus nücəbasının «Məxməri kitab»ında Kutuzovların ulu babasının almanların içindən çıxaraq Aleksandr Nevskinin yanında xidmətə girməsindən danışılır. Bu «alman əsilli» məsələsi şöhrətli ailələrin o zaman öz soylarına şərəf-şan artırmaq məqsədilə qoşduqları uydurmalar idi, belə nağıllara tez-tez təsadüf edilirdi. Çünki türk əslini etiraf etmək bir növ cinayəti və onun xəcalətini boynuna çəkmək qədər həqarətli idi.


Ardı →

Armini

Qədim german tayfalarının qəhrəmanı. Xerusk tayfaları ordularının komandanı Siqimerin oğlu Armini(e.ə.16-21) idi. O dövrün ənənələrinə uyğun olaraq Romada tərbiyə alıb gənc yaşlarından imperator Avqustun qoşununda qulluq etmişdi. Üzdə özünü imperiyaya sadiq göstərsə də, imperatorun şəxsən ona yaxşı münasibətinə baxmayaraq, Romada döyüş qaydalarının və hərbi taktikanın bütün sirlərini öyrənəndən sonra Germaniyaya qaçmışdı.


Ardı →

Admiral Nelson

Horatsio Nelson keşiş oğlu idi. Ümumiyyətlə, onların bütün qohum-qardaşları kilsə xadimləri idilər. Ona görə belə ailədən dənizçi çıxması gözlənilməz idi. Lakin bu işdə sözsüz gəmi kapitanı olan dayısının mühüm rolu olmuşdu. Onun balaca Horatsioya 7 yaşında ikən itirdiyi anasının dənizçi olan ulu babalarının macəraları haqqında söhbətləri də unudulmaz təsir bağışlamışdı. Buna görə 12 yaşı olanda Horatsio dayısı Sanqlinqin kapitan olduğu «Trayemfom» keşikçi gəmisində qulluğa girdi. Lakin dayısı onu Hindistana gedən ticarət gəmisinə düzəltdi. İki il çəkən bu səfərdən qayıdan 15 yaşlı Nelson artıq mahir dənizçi idi.


Ardı →

Trayan

Min illik Roma imperiyası tarixdə doğrudan da unikal hadisədir. Dünyada görünməyib ki, bir şəhər bu qədər yüzilliklər ərzində dünyanın yarısına ağalıq etsin. Bu parlaq tarixin eniş-yoxuşları, şərəf və triumflarla bərabər rüsvayçılıqları da çox olmuşdur. Ancaq bizim məqsədimiz rüsvayçılıqları deyil, şərəfləri, daha dəqiqi, ölkəsinə şərəf gətirənlərin əməllərini açıb göstərməkdir. Bu cəhətdən Roma imperatoru Trayanın həyatı gözəl nümunə sayıla bilər.
O, İspaniyada romalı ailəsində anadan olmuş, atası ilə Romanın İudeya və Parfiya hərbi kompaniyalarında sıravi bir legioner kimi iştirak etmişdi. İmperator Narva bu gənc konsulu oğulluğa götürmüş, Reyndə döyüşlərin komandiri kimi göstərdiyi rəşadətə görə ona «Germanski» titulunu vermişdi. 98-ci ildə Narvanın ölümündən sonra Trayan imperator seçilib, ilk növbədə quruculuq işlərinə başlamış məhkəmə sistemini qaydaya salıb təkmilləşdirmiş, yeni küçələr və kanallar çəkdirməklə kommunikasiya sistemini bərpa etmiş, Romanı yeni əzəmətli tikintilərlə bəzəmişdi. Bunlar onun texniki işləri idi. Lakin Trayan tarixə onlardan daha artıq ölkədə siyasi-mənəvi mühitin təmizləməsi ilə daxil olmuşdu.


Ardı →

Alkiviad (e.ə. 450 - 404)

Alkiviad qədim zadəgan nəslinə məxsusdu. Atası beotiyalılarla Xeroneya döyüşündə həlak olmuşdu. O, Periklin də yaxın qohumu idi. Uşaqlıq və gənclik illərində hədsiz yaraşıqlı olan Alkiviad istər-istəməz hamıda rəğbət oyadırdı. Onun saysız himayədarları və tərbiyəçiləri vardı. Sokrat onu bir çox təhlükəli yollardan qorumuş, gənc və qabiliyyətli oğlanın düzgün tərbiyə olunmasında əsas rol oynamışdı. Əvəzində Alkiviad da filosofa öyrəşib onunla birgə özünü sərt həyat tərzinə alışdırmışdı. Hələ yeniyetmə ikən Sokratla bərabər Potideya döyüşündə iştirak etmiş, onunla bir çadırda qalıb çiyin-çiyinə vuruşmuşdu. Döyüşün gərgin vaxtında Sokrat yaralanan Alkiviadı ölümdən qurtarmışdı. Bütün bunların nəticəsində Alkiviad həm də gözəl natiqlik məharəti qazanmışdı. Buna görə hələ erkən yaşlarından siyasi fəaliyyətə başlayanda onun gələcəyinə şübhə edən çox az idi.


Ardı →

Napoleon Bonapart

Fransanın görkəmli yazıçısı Anna Luiza Stal bir gün Napoleona rast gəldikdə: «İmperator həzrətləri, portretinizi mənə yadigar olaraq verməyinizi xahiş edirəm.» Napoleon üzərində öz şəkli olan pulu cibindən çıxarıb ona vermiş və demişdi: «Buyurunuz, bu da mənim portretim!»
Bir dəfə Taleyrana xəbər verdilər ki, Napoleonun oğlu artıq özü yeriyə bilir, hətta hərdənbir qaçmaq da bacarır. Bu hadisə, Napoleon ordusunun Rusiyada məğlubiyyətə uğrayıb geri çəkildiyi 1812-ci ilin axırında baş vermişdir. Taleyran bu xəbəri eşidib demişdi: — Çox qəribə hadisədir ki, ata ilə oğul eyni zamanda qaçmaq öyrənirlər.
Boyda kiçik olan (164 sm) Napoleon dəmir iradə sahibi kimi hamını özünə tabe edə bilirdi. Öz qüvvəsinə inam o qədər güclü idi ki, nəyi isə bacarmayacağı, nəyin isə öhdəsindən gələ bilməyəcəyi fikri onun üçün ağlasığmaz idi.


Ardı →

Makedoniyalı İsgəndərin həyatından


Bir dəfə İsgəndərə xəbər çatdırırlar ki, onun əsgərləri pis bir əhval-ruhiyyədədirlər, növbəti döyüşdən sonra əllərinə keçən hər şeyi qarət edib, öz aralarında bölməyi planlaşdırırlar. İsgəndər bunu eşidib deyir:
— Bunun harası pisdir. Demək onlar qabaqcadan qələbə qazanmaq əhval-ruhiyyəsindədirlər.
Bir dəfə Dara üzərində qələbələrin birindən sonra küçə ilə gedərkən, İsgəndər ona çatmalı olan qızıl
Ardı →