Evdə ombre

Dəbli ombre saç görünüşünə nail olmaq əslində çox asandır. Populyarlığını qoruyan, saç trendləri arasında ilk sırada yer alan ombreni evdə də etmək mümkündür. Necə? Təbii ki, ombre saç boyaları ilə.

İlk addım: Ombre effekti ver
Əvvəlcə saçları darayın və ortadan iki yerə ayırın. Sonra ombre saç boyası qutusunun içərisində olan qarışımı hazırlayın. Boya hazır olduqda qutunun içərisindən çıxan fırçanı boyaya batırın və diqqətlə saç uclarına çəkməyə başlayın.

Boyanı fırçayla yuxarıdan aşağıya doğru çəkin. Ombredəki pilləli açılan görünüşün meydana gəlməsi üçün üzə yaxın saçların daha yuxarı hissələrinə, başın arxasında qalan saçların isə yalnız uc qisimlərinə tətbiq etməyə çalışın.
Davamı →

Saç boyasını dəridən necə təmizləyək?

Əksər xanımlar saçlarını evdə özləri boyayır. Amma bu zaman dəridə boya ləkəsi qalır. Bəs bu ləkəni asanlıqla necə təmizləmək olar?

Spirt və qab şampununu qarışdırın
Makiyaj təmizləmə pambığına, ya da qulaq çöpünə spirt sürtün, sonra bir damcı qab şampunu əlavə edin. Hazırladığınız pambığı dərinizdəki saç boyası ləkələrinə ehmalca sürtün və daha sonra yuyun.

Qabartma tozu və sabun
Qabartma tozu ölü dəriləri yox etmə xüsusiyyətinə malikdir. Üç yemək qaşığı qabartma tozu və bir yemək qaşığı duru sabunu qarışdırın. Sonra bir çitlə dərinizə yavaşca sürtün. Ləkələrin yox olduğunu görəcəksiniz.
Davamı →

Hamiləlikdə saça qulluq

Hamilə ikən saç boyamaq olar?
Hamilə ikən ilk 3 ay həkimlər saç boyamağı məsləhət görmür. Boyanın içində olan ammonyak kimi kimyəvi maddələr uşağınıza və sizə zərərə verə bilər. Adətən saç boyası başda 30-40 dəqiqə boyunca qalır. Bu müddətdə boyada olan zərərli maddələr saç dərisinə sürətlə nüfuz edir və az miqdarda da olsa qana keçir. Beləliklə, bu zəhərli maddələr ana qanından dölün qanına düşə bilər. 
 
Hamilə ikən saç kəsdirmək olarmı?
Hamilə ikən qadınlar adətən saç kəsdirməz. Bəzi insanlar orqanizmə girən maddələrin uşağa fayda vermək yerinə saça fayda verəcəyinə inanır. Lakin saçınıza gedən maddələrlə uşağınıza gedən maddələrin bir-biri ilə əlaqəsi yoxdur. Son dərəcə səhv olan bu davranış ananı mənfi mənada təsirləndirə bilər. Həkimlərin fikrincə, hamilə ikən saç kəsdirməyin heç bir mənfi yönü yoxdur. Əksinə, hamiləlik dövründə onsuz da çox həssas olan qadınlar uzanmış və baxımsız saçlarla özlərini mənfi düşüncələrə sürükləyə bilərlər.
Davamı →

Saçları ildə neçə dəfə boyamaq olar?

Alimlər araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, qadın saçlarını il ərzində 5 dəfədən artıq boyamamalıdır. Əks halda qadında süd vəzi xərçənginin riski artır. Nəzərinizə çatdıraq ki, süd vəzi xərçəngi qadınlar arasında ən yayılmış xərçəng növüdür. Hər il dünyada 1 mln. artıq qadına bu diaqnoz qoyulur.

The Australian xəbər verir ki, statistikaya görə qadınların bir çox hissəsi ayda 1 dəfə saçlarını boyayır. Bu zaman əksər qadınlar kimyəvi boyalardan istifadə edir. Bu hal ekspertlər tərəfindən çox mənfi qarşılanır.

Mütəxəssislər qadınlara tərkibində təbii komponentlər (xına, basma, itburnu) olan boyalardan istifadə etməyi tövsiyə edirlər. Belə boyalar sağlamlığa heç bir ziyan vurmur və eyni zamanda kimyəvi boyalardan fərqli olaraq saçların vəziyyətinə də çox yaxşı təsir edir — qidalandırır, möhkəmləndirir.
Davamı →

Saçlarını evdə boyayanlara 7 təklif

Saç rəngləmək bəzi xanımlar üçün adətən stress atmaq vasitəsidir. Daim saç rəngi dəyişən xanımlar hər boyama üçün salona getmək yerinə evdə özləri və ya yaxın birinə boyatdırmağı seçərlər. Bu seçim salonda boyama xərclərindən xilas olmaq üçün də yaxşı seçimdir.  Ancaq yaddan çıxarmamaq lazımdır ki, saçlarınızda köklü dəyişiklik edəcəksinizsə, bunu evdə etməyiniz olduqca çətindir və axtardığınızı tapmaya bilərsiniz. Bunun üçün salona, işini çox gözəl bilən saç ustasının yanına getməyiniz lazımdır. Saçlarınıza bir neçə ton dəyişiklik edəcəksinizsə, bunu evdə həll etmək mümkündür. Elə isə saçlarınızı evdə rəngləyəcəksinizə, bu təkliflər sizin üçündür.

Saç boyama çəkməcəsi
Əgər saçlarınızı daim evdə rəngləməyi düşünürsünüzsə, bu rəngləmə üçün bir çəkməcə ayırın. Burada saçlarınızı boyayarkən geyinəcəyiniz köynək, dəsmal, daraq, saç ayırma aləti, broş, saç boyasını qarşdırmaq və saça çəkmək üçün fırça, əlcək və bir qab mütləq olmalıdır.

Vazelin
Saçlarınızı boyamağa başlamadan əvvəl saçlarınızın bitdiyi yerdən başlayaraq alınınıza və qulaqlarınıza vazelin çəkməyi məsləhət görürük. Boyaya bulaşmış olsa da, vazelinlə birlikdə təmizləmək çox asan olacaqdır.

Saçları ayırmaq
Boyayarkən saçları ayırmaq çox vacibdir. Əgər saçlarınızı tünd bir rəngə boyayırsınızsa, mütləq boyun hissəsindən ayırmağa və boyamağa başlayın. Boyun hissəsi digər hissələrə nisbətən rəngi daha gec götürəcəkdir. Əgər sarı bir rəngə boyayacaqsınızsa, ön hissədən başlaya bilərsiniz. Çünki təbii sarı saçlarda ön hissələr daha açıqdır.

Çirkli saç
Saçlarınıza boya çəkəcəyiniz zaman ən az bir gün əvvəl yumanızı məsləhət görürük. Saçlarınız çox təmiz olduğundan məsamələriniz açıq olacağı üçün dəriniz buna görə təsirlənə bilər. Çirkli saç təmiz saçlara nisbətən rəngi daha tez götürür.


Ardı →

Təbii saç boyaları

Gözəllik salonuna getməkdən bezmisinizsə, əl qabiliyyətinizi işə salınmalı olacaqsınız. Çünki saçınızı özünüz boyayacaqsınız.

1. Rəngi müəyyən edin – Əgər heç vaxt qalıcı boya çəkməmisinizsə, keçici boya alın. Beləcə bəyənməsəniz, rəngi dəyişmək asan olacaq. Dəri tonunuza uyğun və təbii saç rənginizdən 2 ya da 3 ton tünd rəng seçin. Ağ və boz saç tellərini nəzərə alsanız, bir neçə ton tünd ton saçlara yaxşı tündlük bəxş edəcək. Əks halda bu hissələrdə maraqlı narıncılıq müşahidə oluna bilər. Özünüzü hazır hiss etdiyini anda addım-addım saçları rəngləməyə başlaya bilərsiniz.

2. Saçların keyfiyyətini nəzərə alın – Saçları boyamazdan əvvəl hansı halda olduqlarını nəzərdən keçirin. Saçlar nə qədər sağlam olsa, aldığınız nəticə bir o qədər yaxşı olacaq. Buna görə də boyamazdan əvvəlki həftə saçlara yaxşı qulluq edin. İçində saçları gücləndirən B vitamini, pantenol, E vitamini, avokado və ya kakos yağı kimi nəmləndirici maddələr olan məhsulları nəzərdən keçirin. Saçınız çox korlanıb və qurudursa, o halda saçları boyamaqdan bir müddət vaz keçməkdə fayda var. Korlanmış saçları kəsdirib, bir müddət yaxşı qulluq etdikdən sonra boyamaq olar. Saçları boyadıqdan sonra ayda 2 dəfə maska tətbiq edin.
Ardı →

Saç boyamağın əsas qaydaları

boyalı saclar1. Saçları düzgün necə boyamaq olar?
Əvvəlcə saça balzam çəkin (saçı yumayın), sonra şüşə qabın içinə boyanı süzün. Hidrogen peroksidi həmin qarışığa əlavə edin. Eyni bərabərdə tağ ayırıb, boyanı saçın dibinə sürtün və gözləyin. Saçın kökü rəngini dəyişdikdən sonra boyanın qalan hissəsini saçın uclarına çəkin. Boya saçda 22–40 dəqiqə qalmalıdır. Saçlar ilıq su ilə yuyulmalıdır.

2. Saçı ilk dəfə boyadıqda nəyə fikir vermək lazımdır?
Əvvəlcə saçların tipini müəyyən edin. İlk dəfə qoyulacaq boya ilə ev şəraitində təcrübə aparmayın. Saçlarınızı professionallara həvalə edin. Yeni saç rəngi seçəndə dərinin rəngini, üz quruluşunu və üz cizgilərini nəzərə alın.

3. Yaxşı nəticəni necə əldə etmək olar?
Saçı ideal boyamaq üçün saçlar azı 2-3 gün yuyulmamış olmalıdır. 2-3 gü ərzidə saçın dibinə yığılan təbii yağ dəridə qoruyucu təbəqə yaradır. Rəng açıcı – hidrogen peroksid saçın yanmasına səbəb olursa, təbii yağ bu zərərin qarşısını alır.
Ardı →