Yağlı saçlarla mübarizə

Saç tez yağlanır və siz hər gün saç yumaqdan bezmisiniz?
Tez yağlanan saçların həlli bu yazıdadır.

Heç şübhəsiz qadınların ən böyük problemlərindən biri də tez yağlanan saçlardır. Biz sizin üçün bu problemin həllini araşdırın onların həlli yollarını tapmışıq. 
 
  • Duş alanda suyun çox isti olmamasına diqqət edin. Soyuq olmasa belə, ilıq su ilə duş almağa çalışın. İsti su baş dərisini qurudur, buna qarşılıq olaraq dəri daha çox yağlanır. 
     
  • Saç tipinə uyğun şampun seçin. Tez yağlanan saç dərisinə kremli şampun işlətsəniz, daha tez yağlanmasına səbəb olar. 

Ardı →

Saç tökülməsinə qarşı maska

Saçlarınız tökülürsə, bu maskadan mütləq istifadə edin. Çünki saçlarınızın daha sağlam olmasını təmin edəcək. 

Möhkəm və parlaq saçlara sahib olmaq istəyirsinizsə, evdə çox rahatlıqla bu maskanı hazırlaya bilərsiniz. 

Tərkibi:
1 st zeytun yağı 
1 qədər şüyüd
1 darçın çubuğu
1 çay qaşığı quru maya

Hazırlanması:
Quru mayadan başqa bütün ərzaqları bir qaba yığın və 5 dəqiqə qaynadın. Qaynadıqdan 15 dəqiqə sonra quru mayanı üzərinə əlavə edin və yaxşıca qarışdırın. Bu qarışığı 2 ssat saçınızda saxladıqdan sonra saç tipinizə uyğun olan şampunla yaxşıca qarışdırın. Bu maskanı həftədə 3 dəfə etsəniz, saçlarınızın tökülməsinin qarşısını almış olacaqsınız.
Davamı →

Saç problemləri

Bayırda olarkən saçlarıma pis qoxular hopur
İşləyən qadınlar belə bir problemlə qarşı-qarşıya qalırlar. Otaqda siqaret çəkildiyində saçlara bu qoxunun hopmaması qeyri-mümkündü. Ancaq bu qoxunu yox etmək mümkündür. Saçınızı bir az isladın, sonra güclü bir şəkildə darayın. Saçınızı yaxşıca havalandırdıqdan sonra bir az ətir vurun.

Saçlarım çox uzundur və heç bir şəklə girmir
Uzun saçlara forma vermək çətindir. Bir az daha həcmli və dalğalı görünməsini istəyirsinizsə saçlarınızı yuyub nəmini aldıqdan sonra bolluca muz vurun. Ardından qalın bigudilərlə saçınızı sarıyın.Yarım saat gözlətdikdən sonra bigudiləri açın və barmaqlarınızla düzəldin.
Ardı →

Jennifer Anistonun gözəl saçlarının sirri

Jennifer Aniston
Saçların qırılması tez-tez rast gəldiyimiz problemlərdən biridir. Jenifer Eniston 2-3 gündən bir saçının ucunu kəsdiyini və beləcə saç qırıqları ilə mübarizə apardığını deyib. 

Saç qırıqlarının əsas səbəbi bədənin susuz qalması və saçların yetərli nəmi qəbul etməməsidir. Bundan xilas olmaq üçün bol su için. Qırıqların azaldığının şahidi olacaqsınız. 
Ardı →

Saçlara qulluq

 Saçları isti su ilə yumayın, bu onları həssas edir.

* Saçları qışda hər gün yumaq məsləhət deyil (bunu yayda da etməyin).Kondisioneri saçınızda 15-20 dəqiqə saxlamaq lazımdır, baxmayaraq ki qutunun üstündə 1-3 dəqiqə yazılıb.
* Küçəyə yaş saçla çıxmayın.Əlbəttə, saçınız buza dönməyəcək, amma ucları tez qırılan və haçalanan ola bilər.
* Haçalanmış ucları isti qayçı ilə kəsmək məsləhətdir.Belədə saç zədələnmir və bir sıra qidalandırıcı xüsusiyyətini saxlayır.Proseduru 4 aydan bir etmək lazımdır.Nəticəni birinci prosedurdan sonra görə bilərsiniz.
* Şampundan 2 etapda istifadə edin: Birinci etapda saçınızı bir damla ilə yuyun, ikincidə isə bir az çox .Sonda saçınızı limon suyu və ya sirkəylə yaxalayın.
* Qışda normal saçlar daha çox zədələnir.Buna görə də normal saçlara malik xanımlar quru və yağlı saç üçün olan kondisionerləri qarışdırıb istifadə etsələr yaxşıdır.


Davamı →

Saçları necə qorumalı?

Kim deyə bilər ki, bu gün insanları ən çox maraqlandıran nədir? 
Bəlkə xərçəng xəstəliyinin dərmanının tapılmasıdır, ümumdünya maliyyə böhranının qarşısının alınmasıdır, bəlkə nüvə silahlarının məhdudlaşdırılmasıdır? Yox, yenə də yox. Böyük alman yazıçısı Remark hələ XX əsrin əvvəllərində yazırdı ki, insanları I Dünya müharibəsindən çox adi diş ağrısı narahat edir. Bəli, insan ictimai problemlərdən danışsa da, şəxsi problemlərlə yaşayır, onu yalnız öz «qapısını döyən» problemlər maraqlandırır. Məsələn, bu gün kişiləri daha çox maraqlandıran saçların erkən tökülməsinin qarşısını almaq, qadınları maraqlandıran isə artıq çəkidən azad olmaqdır. Doğrudur, istisnalar, xüsusi hallar da olur, amma biz ümumidən danışaq, birincidən başlayaq. Hazırda saçların tökülməsi kişilərin, bəzən hətta qadınların əsas problemidir. Bundan istifadə edən televiziya və qəzetlər də bar-bar bağırır, problemin qarşısını almaq üçün cürbəcür metodlar və dərmanlar təklif edir.
Ardı →

Saçların 9 problemi və həlli yolları

Saçlarım çox cansızdı və tökülür — Saçların cansız olmasının bir çox səbəbi ola bilər ancaq ən böyük səbəbi qeyri-kafi qan dövranın olmasıdır. Bu, eyni zamanda sizinn saçlarınızın tökülməsinə də gətirib çıxarır. Bunun problemdən qurtulmağın ən faydalı yolu qan dövranını artırmaq üçün gündə iki dəfə saç dərinizə barmaqlarınızla masaj edin. Əmin ola bilərsiniz ki, faydasını görəcəksiniz.  Daramaq da fərqli bir masaj üsuludur.


Saçlarım çox matdır heç parlamır — Saçlarınız bir neçə ayda bir, əlavə qulluq etməlisiniz. Müxtəlif kosmetik saç maskalarından istifadə edə bilərsiniz. Saç tipinizə ən uyğun olanını seçsəniz daha yaxşı olar. Ancaq diqqət yetirməniz 1-2 şeylərdə varki məsələn maskanı saçlarınızı yuduqdan sonra etməyin. Çünki çox maska sürtmək saçları daha da matlaşdırır.


Ardı →