Saç soyuqdəyməsi

Saç köklərinin batması əlaməti ilə başlayan saç soyuqdəyməsinin qabağı alınmazsa, saç tökülməsinə qədər gətirib çıxarır. Saç soyuqdəyməsi saç dərisində qaşınma, yanma və ağrıya səbəb olur. Bu xəstəlik ən çox saçların sıx yığılmasından qaynaqlanır. Saçlar sıx yığıldığıı zaman həm saç köklərinə, həm də saç dərisinin hava almasına mane törətmiş olarsınız. Bu vəziyyətdə saç köklərində qopmalar və tökülmələr meydana gəlir.

Saçların soyuqdəyməsinin digər səbəbi isə duşdan sonra qurudulmayan saçlardır. Hər gün saça fen çəkilməsi və ya jele sürtülməsi isə saç soyuqdəyməsinin əmələ gəlməsinə səbəb olan digər faktorlardandır.

Saçların soyuqdəyməsinin müalicəsi necədir?
— Hamamdan sonra saçlar dəsmal ilə qurudulmalı, 2 və ya 3 saat sonra çölə çıxılmalıdır;
— Xüsusilə saçlar çox möhkəm, saç dərisini sıxacaq şəkildə yığılmamalıdır;
— Kişi və qadınlar jele, ya da buna bənzər kosmetik məhsullardan tez-tez istifadə etməməlidir;
— Zülal və vitaminlərlə zəngin və qüvvətli qidalanmalısınız;
Ardı →