Saçları zeytun yağı ilə qoruyun


Bəzi saçlar hava şəraiti, yaxşı qulluq edilməmə, düzgün məhsullardan istifadə edilməməsi nəticəsində vaxtından əvvəl tökülür və sağlam görünmür.

Əslində evdə edə biləcəyiniz bir neçə formulla bu problemdən xilas ola bilərsiz.

Qurumuş və korlanmış saçlar üçün ən yaxşı həll yolu zeytun yağıdır.

2 xörək qaşığı zeytun yağını isidin, bunu yavaş-yavaş saçınıza sürtün.

Daha yaxşı effekt üçün isti suda islatdığınız bir dəsmalı sıxdıqdan sonra yaylıq kimi başınıza sarıyın.

Dəsmal soyuduqdan sonra dəsmalı bir-iki dəfə isidib eyni şeyi təkrarlayın.

Başın yağı yaxşıca özünə çəkməsinə çalışın. Tez qırılan saçlar üçün çox yararlıdır. 


Davamı →

Saçlarını evdə boyayanlara 7 təklif

Saç rəngləmək bəzi xanımlar üçün adətən stress atmaq vasitəsidir. Daim saç rəngi dəyişən xanımlar hər boyama üçün salona getmək yerinə evdə özləri və ya yaxın birinə boyatdırmağı seçərlər. Bu seçim salonda boyama xərclərindən xilas olmaq üçün də yaxşı seçimdir.  Ancaq yaddan çıxarmamaq lazımdır ki, saçlarınızda köklü dəyişiklik edəcəksinizsə, bunu evdə etməyiniz olduqca çətindir və axtardığınızı tapmaya bilərsiniz. Bunun üçün salona, işini çox gözəl bilən saç ustasının yanına getməyiniz lazımdır. Saçlarınıza bir neçə ton dəyişiklik edəcəksinizsə, bunu evdə həll etmək mümkündür. Elə isə saçlarınızı evdə rəngləyəcəksinizə, bu təkliflər sizin üçündür.

Saç boyama çəkməcəsi
Əgər saçlarınızı daim evdə rəngləməyi düşünürsünüzsə, bu rəngləmə üçün bir çəkməcə ayırın. Burada saçlarınızı boyayarkən geyinəcəyiniz köynək, dəsmal, daraq, saç ayırma aləti, broş, saç boyasını qarşdırmaq və saça çəkmək üçün fırça, əlcək və bir qab mütləq olmalıdır.

Vazelin
Saçlarınızı boyamağa başlamadan əvvəl saçlarınızın bitdiyi yerdən başlayaraq alınınıza və qulaqlarınıza vazelin çəkməyi məsləhət görürük. Boyaya bulaşmış olsa da, vazelinlə birlikdə təmizləmək çox asan olacaqdır.

Saçları ayırmaq
Boyayarkən saçları ayırmaq çox vacibdir. Əgər saçlarınızı tünd bir rəngə boyayırsınızsa, mütləq boyun hissəsindən ayırmağa və boyamağa başlayın. Boyun hissəsi digər hissələrə nisbətən rəngi daha gec götürəcəkdir. Əgər sarı bir rəngə boyayacaqsınızsa, ön hissədən başlaya bilərsiniz. Çünki təbii sarı saçlarda ön hissələr daha açıqdır.

Çirkli saç
Saçlarınıza boya çəkəcəyiniz zaman ən az bir gün əvvəl yumanızı məsləhət görürük. Saçlarınız çox təmiz olduğundan məsamələriniz açıq olacağı üçün dəriniz buna görə təsirlənə bilər. Çirkli saç təmiz saçlara nisbətən rəngi daha tez götürür.


Ardı →

Saçqırandan qurtulmağın yolları


Xanımların əksəriyyəti haçalanmış, süpürgəyə bənzər saç ucları problemindən əziyyət çəkirlər. Saçlara saçqıran düşməsi nəticəsində bir çox xanımlar uzun, düz saçlarını quru, cansız saçlara qurban verirlər.

Saç diblərinin vəziyyəti
Saçların hər gün şampunla yuyulması sonda saçların qurumasına səbəb olur. Saç dibinin vəziyyəti saçların parlaq çıxmasına kömək edir.

Saçları açıq havada qurudun
Saçların saç feni ilə yüksək istilikdə qurudulması tez qurumasına kömək olsa da, uclarını korlayır. Saçları fenlə qurudarkən aşağı temperatura qoyun və feni çox yaxından tutmayın. Ən yaxşısı, saçların öz təbii halı ilə qurudulmasıdır.


Ardı →

Saçları parıltılı edən maska


Hər bir Qadın saçlarının parıltılı və gözəl olmağını istəyir. Bu maska məhz bunun üçündür.

Maskanı hazırlamaq üçün 1 ədəd yumurta ağı, 1 xörək qaşığı çətənə yağı, 1 xörək qaşığı badam və ya jojooba yağı, 1 xörək qaşığı bal, 1 xörək qaşığı alma sirkəsi lazımdır. Onları yaxşı qarışdırdıqdan sonra saça sürtüb daramaq lazımdır.

15 dəqiqədən sonra maskanı yumamaq şərtilə ikinci dəfə həmin maskadan saçlarınıza sürtün və 2-3 saat gözləyin. Sonra saçlarınızı yaxşıca yuyun.
Davamı →

Saçları qalın və hamar edən maska


Nazik saçlar xüsusi qulluq tələb edir. Onlara çox həssas yanaşmalısınız.

Bu maska bal, konyak və zeytun yağından ibarətdir. Hamısından eyni ölçüdə götürüb qarışdırıraq saçlarınıza çəkin. Saçlarınızı polietilen papaq və ya dəsmalla örtün. 1,5-2 saat gözlədikdən sonra limon suyu əlavə edilmiş ilıq su ilə saçlarınızı yumalısınız.

Qeyd: Bu maska 10 gündə 1 dəfə olmaq şərtilə istifadə edilə bilər.
Davamı →

Saçlara qulluq- sadə tövsiyələr

Saçların sağlam olmasında əhəmiyyətli faktorlardan biri saç tipinə uyğun gələn məhsullarından istifadə edilməsidir. Bunun üçün ilk nöbədə saç tipini müəyyənləşdirmək əsasdır.  Saçların incəliyinə, qalınlığına, normal  olmasına da diqqət edilməlidir. 

Bəzi insanların saç dərisi yağlı olur. Həmin insanlarda saçların uc qisimləri saç dərisinə nisbətən quru olur. Saç dərisinin necəliyi müəyyən edildikdən sonra saç dərisinin növünə görə  şampundan istifadə etmək olar.
Quru saç ucları üçün isə lazımi məhsullar seçilməlidir. Saçları yuduqda sabundan istifadə etmək olmaz. Bu saç tellərinin qurumasına və üstündəki kiçik canlı hüceyrələrin ayrılmasına səbəb olur.

Saçları möhkəm tokalarla yığmaq, saç teli hüceyrələrinin sıxışmasına gətirib çıxarar və saçları qırır. Saçları  gərgin bir şəkildə yığmaq müəyyən bir zamandan sonra alında və gicgahlarda saç tökülməsi probleminə səbəb olar.  Bu baxımdan açıq buraxaraq saç telləri və dəri hüceyrələrinin hava almasını təmin etmək  lazımdır.

Saçları daradıqda nəmli və ya yaş olması da önəmlidir. Çünki, saçların quru halda daranması onların qırılmasına və zaman içində qurumasına səbəb olar. Bundan əlavə saçlara zərər verməyən saç daraqları və ya fırçaları almaq da vacibdir. 


Ardı →

Saçların düzgün daranması

Saçların sağlam və parlaq olması üçün keyfiyyətli bahali kosmetik vasitələr və gündəlik salon prosedurları bəs etmir.

Nə qədər inanılmaz olsa da, saçların sağlam olması üçün ilk əvvəl onların düzgün daranması vacibdir. Belə ki, bu prosedur gündəlik bir prosedur olduğuna,görə onun necə baş verməsindən çox şey asılıdır.

Daranma prosesinin saçlarınıza ziyan deyil, xeyir gətirməsi üçün bir neçə qaydaya əməl etmək lazımdır:

Ən başlıca qayda saçların sulu və nəm halda daranmasının qadağan olduğunu bilməkdir. Bu halda onlar sudan ağırlaşaraq asanlıqla zədələnir və qırılırlar. Ümumiyyətlə isə mütəxəsisslər saçları yuyulduqdan 8 saat sonra darnmasını məsləhət görürlər. Buna səbəb o zaman ərzində onların təbii yaxmasının təzələnməsi və bərpa olmasıdır.

Əgər saçlarınız qısadırsa, onları dibdən uca daramaq, uzun saçları isə uclarından başlayaraq dibə qədər daramaq lazımdır. Bir çox trixoloqlar saçları darayıb sonradan uzərindən (dibdən-uca) sığal çəkmək lazım olduğunu iddia edirlər. Bu prosedur ən az 40 dəfə edilməlidir(bir darayib, bir sığal çəkmək). Bu prosedur gündə 2 dəfə edilməlidir.
Ardı →

Saçqıranlardan necə azad olmalı?

Müasir dövrdə daimi olaraq istifadə etdiyimiz fen və saçlarımıza çox böyük ziyan vuran digər əlamətlər, kövrək və zəif saçların olmasına gətirib çıxardır.

İlk növbədə müşahidə etdiyimiz problemlərdən biri saçqıranların üzə çıxmasıdır.

Hər bir problemdə olduğu kimi bu problemdə də ilk növbədə orqanizmin ümumi vəziyyətinə nəzər salmaq məsləhət görülür. Dırnaq və saçların vəziyyəti ,sağlamlığın nə halda olmasından xəbər verən dəqiq indikatordur. Saçqıranlar adətən vitamin çatışmazlığı,qeyri düzgün qidalanma, qidalı maddələrə olan çatışmazlıqların nəticəsi ola bilər. Məhz buna görə problemi daxildən həll etmək lazımdır.

Beləliklə, ilk olaraq gündə 2-3 lt su içmək lazımdır, belə ki, orqanizmdə su çatışmazlığı saçların quru və kövrək olmasına səbəb olur. Səhərlər ac qarına 1 çay qaşığı zeytun yağı içmək həmçinin məsləhətdir. Belə ki, gözəl saçlara sahib olmaq istəyirsinizsə bitki yağlarının nə qədər önəmli olmasını bilməniz şərtdir. Saçları yuduqdan sonra isə adı su ilə deyil, müxtəlif bitki məhlulları ilə yaxalamanız yaxşı olar.
Ardı →

Saçlarınıza füsünkar parlaqlığı təbii yollarla qazandırın

Evdə asan bir şəkildə hazırlayacağınız müalicə-qulluq metodları ilə, saçlarınızın rəngini təbii yolla aça və onlara füsünkar parlaqlıq qazandıra bilərsiniz.

Limon- Təbii bir şəkildə saç rəngini  açan və saça gün işığı  kimiparlaqlıq bəxş edən vasitələrdən biri limondur. Bir saç spreyi şüşəsinin dörddə birini təzə sıxılmış limon suyu ilə şüşəni geri qalanını isə suyla doldurmaqla bu qarışığı baş dəriniz islanmayacak qədər tətbiq edin. 30 dəqiqə keçəndən  sonra  çöldə günəş işığının altında dayanaraq limonlu suyu 2 saat saçınızda saxlayın. Limonlu su dərininin qabarmasına səbəb olduğundan təmas anında günəş işığına çıxmamaq məsləhətdir. Bu saçların qurumasına səbəb olduğu üçün qarışığın istifadəsindən  əvvəl və istifadədən sonra saçları kremləmək lazımdır.

Zeytun- Zeytun yağının mükəmməl bir saç bəsləyicisi olduğunu eşitmişik.  Ancaq bəzilərinin bu təbii vəsaitin saç rəngini açdığından və ona daimi, füsünkar, günəş işığı kimi parlaqlıq qazandırdığından xəbərlərsizdilər. Bol miqdarda zeytun yağı sürdükdən sonra saçınızı yaxşıca darayın. Bu şəkildə bir saat günəşdə dayandıqdan sonra saçınızı durulanın. Saçlarınızda təbii bir işıldama ilə yanaşı, onların nəmli və cazibəli olduğunun fərqinə varacaqsınız.
Ardı →

Saçlar üçün ən faydalı qidalar

Sağlam və parıltılı saçlara sahib olmaq üçün həm xaricdən, həm də daxilən onlara xüsusi qulluq göstərməlisiniz. Saçlara faydalı olan hər bir qida onların daha parıltılı və sağlam olmasına xidmət edir.

Pomidor: Tərkibində bol miqdarda C vitamini olan pomidor saçların inkişaf etməsində əsas rol oynayan kollagenin yaranmasında böyük rol oynayır. Pomidoru pürə halına gətirirək saçlara maska kimi də çəkə bilərsiniz.

Qoz: E vitamini və Omega3-lə zəngindir. Qoz saçları qidalandırıb daha tez uzanmasına şərait yaradır. Həmçinin saç tellərinin qalınlaşmasına yardım edir.

Kivi: Sağlam saçlara sahib olmaq istəyirsinizsə, kivi yeyin. Çünki kivinin tərkibində saçları gücləndirən C vitamini var. C vitamini dəri sağlamlığının da qeydinə qalır.

Yerkökü: B və A vitamini sayəsində saçları qoruyur. Saçlara parıltı bəxş edib onları kökündən gücləndirir.

Yumurta: Gündəlik protein ehtiyacını gün ərzində yumurta ilə ödəmək lazımdır. Eyni zamanda saçın diblərini möhkəmləndirir.

Yaşıl noxud: Əgər saçlarınız tökülürsə, yaşıl noxuda üstünlük verin. Çünki tərkibindəki bol miqdarda B vitamini sayəsində saçların uzanmasını sürətləndirir, saçın diblərinin nəfəs almasına şərait yaradır.

İspanaq: Saç dərisinin sağlamlığını qoruyur. Kəpək və göbələk kimi problemlərin yaranmasına mane olur.

Brokoli: Bu möcüzəli tərəvəzin salatını hazırlaya bilərsiniz. B1 və C vitamini ilə zəngindir. Uzun saçlı xanımlar saçlarını onun sayəsində qoruya bilərlər.
Davamı →