Makiyajsız gözəllik

Gözəllik yalnız makiyaj demək deyil. Sağlam həyat tərzi yaşamaq təbii gözəlliyin təməlidir.
 
Yuxusuz qalmayın!
Yetərincə yatmaq çox vacibdir. Yorğunluq gözlərin çökməsinə, gözlərin solğun görünməsinə gətirib çıxarır. Bu səbəbdən də çalışın ki, gün ərzində 8 saat mütləq yatasınız.
 
Soyuq suyun əhəmiyyəti
Üzü soyuq su ilə yumaq dərini təravətləndirər. Eyni zamanda yorğunluğu  aradan qaldırıb dərinizə canlılıq qatar.
 
Gün ərzində tələb olunan qədər su qəbul edilməlidir. Belə olmadıqda orqanizmdə su-duz tarazlığında pozulma halı baş verə bilər. Çalışın ki, gün ərzində kifayət qədər su içəsiniz.
 
Davamı →

Üz dərisinə qulluq

Dərinin tonuslaşdırılması – onun diqqətlə təmizlənməsindən sonra aparılır. Bu məqsədlə lasyon və ya tonikdən istifadə olunur. Bu vasitələrin təsiri nəticəsində dəridə aşağıdakı müsbət dəyişikliklər baş verir: dəri daha canlı və təravətli olur; dəri dezinfeksiya olunur; dəridəki məsamələr daralır; dəri yumşalır; dərinin turşu-qələvi balansı (pH-balans) normallaşır; dəridə olan iltihab keçib gedir və s.

Dərinin su balansının normal olması onun normal xarici görünüşünü təmin edir. Bu balans pozulduqda müəyyən müddət keçdikdən sonra dəridə aşağıdakı fəsadlar ola bilir: dəri öz möhkəmliyini və elastikliyini itirir; dəri qabıq verir; dəridə mikroçatlar əmələ gəlir və s. Bunların nəticəsində isə dəridə qırışlar əmələ gəlir.

Dəri aşağıdakı səbəblərə görə öz nəmliyini itirir: dəriyə düzgün qulluq edilməyəndə; günəş şüalarının və küləyin təsirindən; ətraf mühitin ekoloji çirklənməsindən və s. Yadda saxlamaq lazımdır ki, quru dəri öz nəmliyini daha asanlıqla itirir.

Dərinin nəmliyini daimi olaraq bərpa etmək tələb olunur. Bu məqsədlə nəmləndirici krem və maskalardan istifadə olunur. Yadda saxlamaq lazımdır ki, yaz və yay aylarında nəmləndirici vasitələr gündüz saatlarında, payız və qış aylarında isə axşam saatlarında istifadə olunmalıdır. Kremi çəkdikdən 20-30 dəqiqə sonra onun qalıqlarını mütləq yumşaq salfet ilə təmizləmək lazımdır. Nəmləndirici kremi makiyajdan qabaq özül (“baza”) kimi də istifadə etmək olar.

Nəmləndirici kremlərdən savayı, nəmləndirici maskalar da (həm satışda olanlar, həm də ev şəraitində hazırlanan) gözəl effekt verir.


Ardı →

Gözətrafı sahəsi üçün maskalar

Gözətrafı sahələrə də maskalar etmək lazımdır. Yuxarıda qeyd etdiyimiz kimi, üz nahiyəsinə maskalar çəkərkən gözətrafı sahələrə onları çəkmirlər. Ancaq bu sahələrin də əlavə nəmləndirilməyə və qidalandırılmaya xeyli ehtiyacı vardır. Kosmetik firmalar məhz bu sahələr üçün xüsusi maskalar buraxır. Aşağıda ev şəraitində hazırlanan müxtəlif maskalar təqdim olunur. Bu maskalar həftə ərzində 2 dəfə istifadə oluna bilər.

— Xirda-xırda doğranmış cəfərini iki nəmləndirilmiş pambıq diskinin üzərinə qoyaraq qapalı şəkildə olan gözlərinizin üstünə qoyun. 15 dəqiqədən sonra onları götürərək bu sahə üçün nəzərdə tutulan krem sürtün.

— Kəsilmiş üzüm giləsini yüngül hərəkətlərlə göz qapaqlarına sürtmək olar.

— Xiyar şirəsi gözətrafı sahəni yaxşı tonuslaşdırır. Bu məqsədlə 10-15 dəqiqə müddətinə göz qapaqlarının üzərinə nazik doğranmış xiyar dilimləri qoymaq olar.

— 1 çay qaşığı xiyar şirəsinin üzərinə 1 çay qaşığı quru süd əlavə edərək qarışdırın. Alınan qarışığı göz qapaqlarının üzərinə sürtərək 10 dəqiqə keçdikdən sonra ehtiyatla nəm tamponla xaric edin.

— Badam və ya ərik yağını gözətrafı sahələrə sürtərək, onun yaxşı sorulması üçün barmaqlarınızın yumşaq ucları ilə dərini yüngülcə döyəcləyin.


Ardı →

Sağlam və təmiz dəri

Dərimizin sağlam və gözəl olması bizim gözəlliyimizin ilkin şərtlərindəndir. Dərinin quru olması dərinin vaxtından tez qocalmasına səbəb olur. Bunun üçün sabundan uzaq durmaq lazımdı.
Sabun dərinin qurumasına səbəb olur və bununla da dəri vaxtından tez qocalır və qırışır. Ona görə vacib olmadığı zaman sabundan uzaq durmaq lazımdı.
Gecələr yatmamışdan ən azı 1 saat əvvəl üzünüzdən makiyajı tam olaraq təmizləyib, üzünüzü iliq su ilə yumanız məsləhət görülür. Sonra isə üzünüzə nəmləndirici gecə kremi çəkmək lazımdı. Yatmamışdan əvvək kremi üzünüzdən salfetka ilə silməlisiniz.

Makiyaji dərinizdən silmədən yatmayın. Çünki üzümüzdə qan dövranı gecə vaxtı daha çox olur. Bu vaxtı dərimiz hər şeyi daha çox canına çəkir, yəni dəri üzərində olan makiyaj, gün ərzində dəri üzərinə yığılmış toz, təmizlənmədikdə gecə vaxtı dəriyə hopur. Bu isə dəridəki məsamələrin çirk və tozla dolmasına səbəb olur. Beləliklə, dəridə sızanaqlar və civzələr yaranır. Dəri nəfəs ala bilməyəndə, yəni dəri ona lazım olan oksigeni ala bilməyəndə tez qocalır, yəni elastikliyini itirir və qırışır.

Həmçinin bax: Üz dərisinə gündəlik qulluq 

 


Davamı →

Sağlam gözəllik üçün məsləhətlər

-Dırnağınızın dərisinin yumşaq olması üçün vanna qəbul etdikdən sonra hər gecə yatmazdan öncə 1 şüşə E vitaminini yağı ilə ayaq və əl dırnaqlarınızın ətrafındakı dəriyə yaxşıca vurun.

-Dərini təmizləməkdən ötrü 1 litr qatıq, 1 qaşıq günəbaxan yağı və 2/3 çay qaşığı limon şirəsini birlikdə qarışdırıb qapalı qabda soyuducuda saxlayın. Həmin qarışıqdan gecə-gündüz 1 çay qaşığı qədər götürüb üzünüzə vurun.

-1 qaşıq buğda toxumunun yağı, 1 qaşıq küncüt yağı, 1 qaşıq yapon gülünün yağı, 1 qaşıq E vitamini yağını qarışdıraraq dərinizin ləkəli nahiyələrinə gündə 2 dəfə vurmaqla istədiyinizə nail ola bilərsiniz.

-Yağlı saçları yumşaltmaq üçün 1 ədəd limon, 1/16 litr alma sirkəsi kifayətdir. Limonu yuyub dilimləyin və çəyirdəyini çıxardıqdan sonra blendrdən keçirib, alma sirkəsi ilə qarışdırın.
Saçınızı şampunlayıb yuduqdan sonra qurudun və həmin qarışığı saçınıza sürtün. 5-10 dəqiqə gözləyib təkrar saçınızı yuyun.


Ardı →

Baxımlı olun

Dərinizdə bakteriya meydana gəlməsinin qarşısını almaq, sağlamlığınızı və gözəlliyinizi qorumaq üçün davamlı olaraq dərinizə qulluq edin.
Səhər-axşam dərinizi təmizləmək üçün dəri tipinizə uyğun məhsullar seçin. Gün ərzində dərinizdə yığılıb qalan toz, tər, makiyaj qalıqları ziyanlıdır.

Sabun dərinin elastikliyini və parlaqlığını itirir, çünki dəriyə nəmlik gətirən yağı tamamilə özünə çəkir. Ona görə də sabundan həddən çox yağlı dəridə istifadə etmək olar, dəriniz quru və normaldırsa, sabunla yumayın.

Həssas dərini termal su spreyləri ilə təmizləyin, bu sular həm dərini nəmləndirir, həm də qızartıları aradan qaldırır.

Vaxtı keçmiş kosmetik vasitələr zərərlidir

Qida və dərmanlarda olduğu kimi, kosmetik məhsulların da son istifadə tarixi var. Krem, pomada, pudra və s. kosmetik məhsullar alarkən istehsal və istifadə tarixlərinə diqqət edin. Əgər istifadə tarixi keçibsə, atın, çünki belə məhsullar dəridə allergiyaya səbəb olur, qızartılar, sızaqlar əmələ gətirir.

Maskalardan istifadə
Dərinizə uyğun maskadan istifadə etdikdə onun parladığını, gərildiyini və hamarlaşdığını elə ilk gündən hiss edəcəksiniz. Çobanyastığı kökündən hazırlanmış maskalar dərinin rahatlığını təmin edir, qızartıların və qaşınmanın qarşısını alır.


Ardı →

Sağlamlığı qurban vermədən yaxşı düşünün

İndi nə qədər istəsən kosmetik məhsullar var, özü də çeşid-çeşid: gecə, gündüz kremləri, ətirlər, pudralar, pomadalar, tuşlar, saç boyaları, gellər, nələr, nələr… Çox vaxt “təki gözəl görünüm” deyə bu məhsullardan sağlamlığımıza zərbə vuraraq, necə gəldi, düşünmədən istifadə edirik. Bəs bu “gözəllik iksirləri” orqanizmdə hansı fəsadlara yol açır?
— Başlıcası bədəndən atılası zəhərli maddələrin qaraciyərdə, böyrəkdə, yağ təbəqəsində yığılmasına səbəb olur, xərçəng, astma, allergiya, ürək-damar kimi  xəstəliklər törədir. Zəhərli maddələr orqanizmə pomada, cürbəcür krem, pudra və s. vasitəsilə daxil olur.Dəri bədənin həssas orqanlarındandır. Ağız yolu ilə qəbul edilən maddələrin, bəlkə də, bir qismi xaric ola bilir, lakin dəri vasitəsilə alınanlar birbaşa qana keçir.
Bugünkü reallıq ondan ibarətdir ki, şampunlardan, dezodorant və antiperspirantlardan daha çox istifadə etmək məcburiyyətindəyik. Bu məhsullardakı zərərli kimyəvi maddələr tər vəzilərilə qana keçir.Yaxşı olar ki, qidalar qədər əhəmiyyətli hesab edilən kosmetik məhsulların təbiisindən, yəni saç boyası əvəzinə, xınadan, gözləri gözəl göstərən, həm də müalicəvi təsirə malik olan sürmədən, xoş qoxuya, rəngə görə bitkilərdən əldə edilmiş məhsullardan istifadə edəsiniz.


Ardı →