Ayaqqabı alarkən diqqətli olun

ayaqqabılarBaxırsan ki, ucuz ayaqqabıdır, görünüşü də gözəl. Ancaq bu gözəl ayaqqabının tərkibində orqanizm üçün hansı təhlükə mənbələrinin “yatdığından“ xəbərimiz yoxdur. Əslinə qalsa keyfiyyətsiz ayaqqabı baha da olur, ucuz da.
Yəni demək olmaz ki, bahalı ayaqqabıların hamısı keyfiyyətli olur. Bahalı mal da zay, keyfiyyətsiz çıxır. Ancaq bir həqiqət var: “Ucuz ətin şorbası olmaz“. Bəzən qiymətinə, zahiri görünüşünə aldanıb aldığımız sintetik ayaqqabılar, necə deyərlər, canımıza cəllad kəsilir. Belə ayaqqabılarda xərçəng xəstəliyi ehtimalı olduğu da aşkar edilmişdir.
Araşdırma apararkən məlum olmuşdur ki, bu növ ayaqqabıların istehsalında plastik materiallardan, həmçinin orqanizm üçün həyati təhlükə daşıyan, zahirən dəriyə oxşayan sintetik materiallardan istifadə olunur. Bu növ ayaqqabılar ağciyər, qaraciyər və böyrəklərdə xərçəng xəstəliyinin meydana çıxmasına səbəb olur. Hava buraxmayan, ayağı tərlədən, göbələk xəstəliyi əmələ gətirən ayaqqabılar sağlamlığa böyük zərbə vurur. Ona görə də ayaqqabı alanda diqqətli olmaq, sintetik materiallardan qaçmaq, təbii dəridən tikilmiş ayaqqabılara üstünlük vermək lazımdır. 


Davamı →

Rahat yuxu üçün

şirin yuxularYuxu insanın ən əhəmiyyətli ehtiyaclarından biridir. Sağlam olmaq üçün təkcə yediyimiz yeməyin keyfiyyəti, işlərimizin normal qaydada getməsi, yüksək əhvali- ruhiyyə və s. kifayət etmir. Normal, şirin, dərin yuxu sağlam yaşamaq üçün önəmli rol oynayır.

Yatarkən sizi sıxmayan, narahat etməyən geyimləri seçin. Çoxlu çay içmək də yuxunun “qaçmasına” səbəb olur.

Yatmazdan əvvəl 15-20 dəqiqə təmiz havada gəzin, dərindən nəfəs alın, ağır məşqlər etməyin, detektiv filmlərə baxmayın. Şam edərkən yüngül yeməklərə üstünlük verin. Yatmamışdan ən azı 3 saat əvvəl süfrədən qalxmağa çalışın. Yataq otağını çox isti etməyin. Yatmazdan əvvəl ilıq duş qəbul edin. Otaq səssiz, təmiz və havalandırılmış olmalıdır.


Ardı →

Yorulmayasınız

Tez yorulursunuz? Elə isə, bu təklifləri həyata keçirməyə çalışın: 

  1.  Gündə nə qədər kalori aldığınızı öyrənin. Ləbləbilərdən, şokoladlardan bir müddət əl çəksəniz, həm çəkiniz azalar, həm də orqanizminiz zərərli maddələrdən təmizlənər. 
  2.  Nanə çayı için. Nanənin tərkibində mentol olduğundan əhvalınız yüksələcək, həzmi asanlaşdıracaq. Yeməkdən sonra içəcəyiniz 1 stəkan nanə çayı orqanizminizi toksinlərdən azad edəcək və özünüzü gümrah hiss edəcəksiniz. 
  3. Hər səhər üzünüzü yuduqdan sonra soyuducudakı buz parçaları ilə boynunuzu, üzünüzü dairəvi hərəkətlərlə masaj edin. 
  4.  Portağal qabığından istifadə edin. portağalın qabığını odda qurudub, içinə bir az tabaşir tozu və bir az da mixək əlavə edərək, toz halına salın, sonra dişlərinizi bu tozla fırçalayın. Belə etsəniz, dişlərinizdə sarı qalmayacaq. 
  5. Alma yeyin. Hər gecə yatmazdan əvvəl 1 ədəd alma yemək faydalıdır. Həzmdə probleminiz varsa, almanın özünü deyil, suyunu da içə bilərsiniz. 
  6.  Gözünüz yorğundursa. dəsmalın arasına sürtgəcdən keçirilmiş alma, yaxud iki dilim çiy kartof qoyub, bir neçə dəqiqə göz qapaqlarınızın üzərində saxlayın. 
  7.  Sağlam dırnaqlara və saça sahib olmaq üçün lazım olan dəmir və A, B, B12, C, E vitaminləri ən çox balıq, taxıl, düyü, çörək, yumurta, pendir və fındıqda olur. Bu məhsulların tərkibində orqanizm üçün faydalı olan beta karotin də var. 
  8. Zeytun yağı yaddaşsızlığın qarşısını alır. 
  9. Meyvə-tərəvəz sularını çiy olaraq hazırladıqda qida dəyərləri olduğu kimi qalır və vitamin baxımından itkiyə məruz qalmır.

Davamı →

Günə gümrah başlamaq üçün

Hər kəs səhərlər gümrah və dincəlmiş vəziyyətdə yuxudan oyanmaq istəyir. Bunun üçün:

Hər gün eyni saatda yuxudan oyanın.
 Həftəsonunun yuxu cazibəsinə qapılmamaq çox çətindir. Amma bir təhər iradənizi toplayıb həftə içi oyandığınız saatda oyanmağa diqqət göstərsəniz, bədəninizin buna alışmasına köməkçi olarsınız. Buna alışan bədən də hər gün eyni gümrahlıqda, yorğun olmadan oyanmağa meylli olacaq.

Zəngli saatı təxirə salmaqdan imtina edin.
Bunu etməyən var məgər? Səhər zəngli saat çalanda, 5 dəqiqə, sonra daha bir 5 dəqiqə arxaya qururuq, o qısa yuxudan möhtəşəm bir kef almağa çalışırıq. Halbuki aparılan bir çox araşdırmaya görə, bu təxirə salmalar əsnasındakı qısa yuxular dərin olmadıqları üçün bizi yorğun etməkdən başqa bir işə yaramırlar. Bu səbəbdən də zəng çalınan kimi dərhal qərarlı olmaq və oyanmaq gərəkdir.


Qalxan kimi bir stəkan su.
Yuxu əsnasında bədənimiz su itirir və bu vəziyyət bizi həddindən artıq halsız edir. Əgər səhər oyanan kimi bir stəkan su içsəniz, bunun bədəninizə verəcəyi enerjini və ruhunuza verəcəyi sevinci dərhal hiss edəcəksiniz. Səhərlər su içmək eyni zamanda maddələr mübadiləsinin də sürətlənməsini təmin edəcək.

Ardı →

Daim formada qalmaq istəyənlər üçün

Yay fəslinin ən böyük problemlərindən biri artıq çəkidir. Artıq çəkidən azad olmaq üçün saysız hesabsız pəhrizlər, hərəkətlər, idman və s. var. Ancaq bütün bunları yerinə yetirmək uzun müddət vaxt və səbr tələb edir. Artıq çəkidən azad olmaq üçün vaxtında görülən kiçik tədbirlər isə sizi bu problemdən azad edə və hər fəslin, xüsusilə yayın kefini çıxarmağa imkan verə bilər. Bu addımlar sayəsində siz daima formada qala biləcəksiniz.

1.Porsiyaları kiçildin
Qadağan olunan şeylər insanları cəlb edir. Özünüzə qadağalar qoymaq yerinə hər şeydən az-az dadın. Bununla da sizdə məhrumiyyət duyğusu yaranmayacaq və artıq çəkidən azad olmaq üçün stimul yaranacaq.
Ardı →

Uzunömürlülük

Uzunömürlülük problemi, daha doğrusu, insan ömrünün artırılması 2 məsələni nəzərdə tutur. I məsələ taktiki adlandırılan məsələni bu gün həll etmək lazımdır; bu insanların çoxuna təbiət tərəfindən təyin olunmuş həddə qədər yaşamağa imkan verə bilər. II məsələ — strateji məsələ, indi yox, gələcəkdə həll olunmalıdır — bu məsələ bu həddi irəli çəkmədə təbiətin özündə dəyişiklik etməkdən ibarətdir.
İnsan ömrünün həddini nə hesab etmək olar? Bəlkə diqqətimizi uzunömürlülük üzrə "çempion" 168 il yaşamış Şirəli Müslümova cəlb etməliyik? Xeyr, alimlər hesab edirlər ki, bu düzgün olmazdı. Ona görə yox ki, qocalar öz yaşlarının təyin olunmasına çalışırlar. Məsələ burasındadır ki, bu cür «uzunömürlülük» çox nadir hadisədir, çünki 130-150 yaşına çatmış insanlara milyon illər ərzində nadir hallarda rast gəlinir. Burada təsadüfi faktorların təsiri də ola bilər, yaxud bu sadəcə «təbiətin səhvi» ola bilər. Bir çox alimlər, həmçinin uzunömürlülük problemi ilə məşğul olan məşhur tədqiqatçı İ.V.Davidovski insan ömrünün həddinin 100-110 il olduğunu hesab edir. Digər xarici və vətən alimləri bu həddin 90-100 il olduğunu qeyd edirlər.


Ardı →