Hər səhər bir qaşıq bal

Bal həqiqətən çox güclü müalicəvi və profilaktik vasitədir. Səhər acqarına 1 çay qaşığı bal yemək xüsusilə faydalıdır.

1. Bal həm orqanizmin ümumi immunitetini, həm də ağız boşluğunun selikli qişalarının yerli immunitetini möhkəmləndirir ki, bu da bizi qripp və soyuqdəymə xəstəliklərindən qoruyur.

2. Bal bağırsaqlara antiseptik təsir edir, burada yaşayan zərərli mikrobları öldürür.
Davamı →

Xaşxaş faydalıdır

Bir çox insanlarda xaşxaş yalnız narkotiklərlə assosiasiya edilir. Lakin bu bitkinin dəymiş toxumları orqanizmə heç bir narkotik təsir etmir. Əksinə onlar çox faydalıdır.

Xaşxaş bütün dünyada kulinariyada geniş istifadə olunur. Xoş dadından əlavə xaşxaşın çox qiymətli müalicəvi xüsusiyyətləri də var. Xaşxaş antioksidantlar, flavonoidlər, antosianlar, orqanik turşular, vitaminlər və minerallarla zəngindir.
Davamı →

Faydalı cütlüklər

Amerika jurnalı Nutrition xəbər verir ki, bəzi məhsulları birlikdə istehlak etmək lazımdır ki, onlar biri birinin faydasını artırır.

1. Alimlər fikir veriblər ki, balıqla sarımsağın birlikdə istehlakı xolesterolu daha yaxşı aşağı salır.

Davamı →

Sarımsaq yağı

Sarımsaq yağı əsl təbii dərmandır. Sarımsaq yağı bir çox xəstəliklər və pozulmalar zamanı müalicəvi və profilaktik vasitə kimi istifadə oluna bilər.

Bu yağın güclü antiseptik, mikrob və virus əleyhinə xüsusiyyətləri var. Yağ soyuqdəymə və qrip xəstəliklərinin güclü profilaktik vasitəsidir.

Sarımsaq yağı təbii antibiotikdir. Onun tərkibində olan bioloji aktiv maddələr bağırsaq çöpü, difteriya, vərəm çöpü, stafilokokk, streptokokk və s. kimi ziyanlı bakteriyaları öldürmək xüsusiyyətinə malikdir.

Sarımsaq yağı damarlar üçün çox faydalıdır — onları daha elastik və möhkəm edir, təmizləyir, aterosklerozun qarşısını alır.
Davamı →

Orqanizmi toksinlərdən təmizləyən içki

Hazırda dünyada demək olar ki, əksər insanlar piylənmədən və artıq çəkidən əziyyət çəkirlər. Buna görə müxtəlif plastik əməliyyat, idman, pəhriz kimi üsullara əl atırlar. Arıqlamağın ilk şərti düzgün və sağlam qidalanmaqdır.

Cəfəri tərkibindəki birləşmələr sayəsində arıqlamaq üçün ən təsirli vasitələrdən biridir. Antioksidant və fitokimyəvi xüsusiyyətləri sayəsində orqanizmi toksinlərdən təmizləyir, həddindən çox iştah və şirniyyat istəyini kəsərək formanı qorumağa kömək edir.

Bununla yanaşı cəfəri və limon birlikdə istifadə olunduqda çəki itirmə daha qalıcı olur. Çünki limon da içərisindəki vitamin və minerallar sayəsində tam bir sidik qovucudur. Həzm sisteminin mütəmadi işləməsini təmin edir və şişliyi aradan qaldırır.
Davamı →

Sağlam qidalanma uşaqları xoşbəxt edir

Sağlam qidalanma çəkidən asılı olmayaraq uşaqların daha sakit olmasına səbəb olur. İsveçin Höteborq Universitetinin nəzdində fəaliyyət göstərən Salqrensika Akademiyasının alimlərinin apardığı araşdırma nəticəsində rafinə edilmiş şəkər və yağın istifadəsinin məhdudlaşdırılması və meyvə-tərəvəz istehlakının artırılması uşaqlarda özünəhörmət duyğusu yaratdığı məlum olub.

Bununla yanaşı, həmin qidalar sayəsində balacaların özlərini güclü hiss etməsi, emosional problemlərlə üzləşməməsi, yaşıdları və ailələri ilə daha yaxşı münasibət qurduğu aşkarlanıb.
Davamı →

Çia toxumu

Çia toxumu saçları və dırnaqları yaxşılaşdıran, dərini cavanlaşdıran nadir və faydalı bitki növüdür.
Bu sehrli toxumu hələ qədim dövrlərdə maya və ink tayfaları yüksək qiymətləndirirdi. Və bu gün elm sübut edib ki, onlar haqlı olub! 

Çia toxumları bir növ müasir bitki kimi görünür, lakin onlar artıq min ildir mövcuddur. Bəsləyici dəyəri o qədər yüksəkdir ki, keçmişdə onlardan pul kimi istifadə edilib. Çia toxumları yağ turşularıyla, zülallarla, antioksidantlarla və dietik liflərlə zəngindir. Onlar mayeni udmaq kimi böyük qabiliyyətə malikdir, bu da orqanizmin hidratlaşması üçün ideal vasitədir.
Davamı →

Əncirli süd

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz əncirli südün inanılmaz faydalarını bilirdinizmi?

Əncirin insan sağlamlığına möcüzəvi faydaları ilə yanaşı, qurudulmuş ənciri südün içərisində saxlayıb içmək iki qat daha faydalıdır. 

Əncirlə südün birlikdə qarışımından alınan ləziz qida orqanizmi zəngin vitaminlərlə təmin etməkdən əlavə qəbizlik, öskürək, boğaz ağrısı kimi bir çox xəstəliklərin də qarşısını alır. Qəbizlik üçün əncirli südü necə istifadə etməli?
Davamı →

Dəniz kələmi

Dəniz kələminin (dəniz yosunları) tərkibi yod, manqan, kobalt, fosfor, dəmir və kaliumla zəngindir.
Tərkibindəki bu qiymətli mikroelementlərə, vitaminlərə görə o, demək olar bütün bitkilər arasında ən faydalısıdır.

Ona görə də bu faydalı qida məhsulunu təkcə dəniz kənarında yerləşən ölkələrin əhalisi deyil, dünyanın əksər yerlərində insanlar ondan sağlamlıq üçün faydalı olan müxtəlif xörəklər hazırlayır, dəniz kələmini çiy, qurudulmuş, qaxac edilmiş, konservləşdirilmiş və duzlu halda yeyirlər.
Davamı →

Sidr qozu

  • Flora
Rusiyanın Sibir reqionunda yaşayan insanlar hər zaman möhkəm sağlamlığı ilə seçilir. Rusiyada hətta belə deyim də var — «Sibir sağlamlığı». Sibirlilərin fikrinə görə bunun əsas səbəbi sıx meşələr və təmiz havadır.

Sidr ağacı Sibir meşələrinin rəmzidir. Bu ağac əsl şəfa mənbəyidir. Sidr ağacı havaya müalicəvi fitonsidlər buraxır ki, bu da nəfəsalma sistemini möhkəm və sağlam edir. Ağacın qabığı və iynəyarpağı da müalicəvi məqsədlərlə geniş istifadə olunur. Sidr ağacı faydalı qozu ilə da məşhurdur. Əslində «sidr qozu» kimi tanınan məhsul qoz deyil, sidr ağacının qozasının içində olan toxumdur. Bir belə qozanın içində 150-yə qədər «qoz» var.
Davamı →