Bu qidaların girdiyi evə xəstəlik girmir

Gül kələmi
Qaraciyər üçün faydalıdır. Kalsium, A, C və E vitaminləri ilə zəngindir. Antioksidant təsiri vardır.

İspanaq
Hüceyrələri yeniləyir. Fol turşu, C vitamini, kalium və maqnezium ilə zəngindir.

Qarpız
A, C vitamini və yüksək miqdarda likopendən ibarətdir. İnfeksiya və sərbəst radikalları azaltmağa yardımçı olur.
Davamı →

Möcüzəli goji meyvəsi

Bütün dünyada goji meyvəsi sürətlə arıqlamağa kömək edən meyvə kimi tanınır. Bu olduqca faydalı meyvəni bəzən zirinclə səhv salırlar, lakin bu tamam fərqli bitkilərdir. Goji meyvələri əsasən Çində yetişdirilir. Satışda qurudulmuş şəkildə goji meyvəsini tapmaq olar.

Goji kiçik yumşaq meyvələri olan, illər boyu Tibetdə kol formasında bitən bitkidir. Tibetlilər yüz illərlə gojidən hazırladıqları dərmanı böyrək və qaraciyər müalicəsində istifadə ediblər. Bu meyvə eyni zamanda sağlamlıq baxımından inanılmaz faydalara malikdir.
Davamı →

Bağırsaqları təmizləməyin ən sadə yolu

Məlumdur ki, bir çox xəstəliklərdən xilas olmaq üçün bağırsaqları qalıqlardan, nəcis daşlarından və parazitlərdən kifayət qədər təmizləmək lazımdır. Bunun nəticəsində bağırsaqda həyat fəaliyyətinin zəhərli qalıqları olan 15 kq-dan çox nəcis daşları yığılır və bunlar da tədricən qanımızın zəhərlənməsinə səbəb olmaqla vücudumuza bərpa olunmayan zərər yetirir. Bununla çirklənmiş bağırsaqlar tez-tez qəbizliyə səbəb olur, maddələr mübadiləsinin pozulmasına, şəkərli diabet, allergiya, artıq və ya çatışmayan çəkiyə, orqanizmdə filtr rolu oynayan böyrək və qara ciyərin xəstəliklərinə, eşitmə və görmə xəstəliklərinə, dəri, dırnaq, saç çatışmazlığına, sistem xəstəliklərinə, artritdən tutmuş xərçəng xəstəliklərinə qədər şərait yaradır.

İmalə etməklə yalnız yoğun bağırsağın kiçik bir hissəsini(40-50 sm) təmizləmək mümkündür. Bağırsaqların xüsusi cihazların köməyi ilə yuyulması isə kifayət qədər bahadır, vaxt aparır və bağırsaqların mikroflorasına zərər verir.
Davamı →

Ailənin rasionunda süzmə

Tarix boyu süzmə süfrəmizin ayrılmaz bir hissəsinə çevrilmişdir. Ən çox uşaqların əlavə qidaya başlamaqları səbəbilə evdə, təbii süddən, sevə-sevə hazırlanan süzmənin faydalarını bölüşmək istəyirik. Süzmə olduqca faydalı və az kalorilidir. ( 100 qr-da təxminən 60-80 kKal). O parazit bakteriyaları aradan götürür, mədədə olan mikrafloranı yaxşılaşdırır və immuniteti artırır. Hələ qədim zamanlardan səyyahlar özləri ilə bu məhsulu qurudulmuş halda uzun yola götürürdülər, çünki həm doyumlu, həm faydalı, həm də gec xarab olan məhsullardandır.

Üstəlik süzmə istənilən zaman az miqdarda suyla qarışdırıldıqda yenidən qatıq ola bilər və yaxud ona lap çox su əlavə etsək, sərinləşdirici bir ayran əldə edə bilərik.
Davamı →

Darçınlı qatıq

Ən sağlıqlı qidalardan biri olan qatığa darçın tökülərsə, necə olar?
Xoş qoxusu və iştaha azaldan xüsusiyyəti ilə darçın metabolizmi sürətləndiricisi olan qatıqla birləşdikdə orqanizmimizdə nələr baş verər?

Müxtəlif xəstəliklərə faydası olan darçın qatıqla qarışdırıldıqda mükəmməl bir aroma ilə pəhriziniz zamanı istifadə edəcəyiniz qida halına gəlir. Orqanizmin ehtiyacı olan sink və dəmiri qarşılayan bu qida aclığın qarşısını alır, metabolizmi sürətləndirir, arıqlamağa kömək edir, təzyiqi tənzimləyir, insanı daha gümrah edir.
Davamı →

Sümüklər üçün faydalı qidalar

Uzun müddət hesab edilirdi ki, sümük toxumasının möhkəmlənməsi üçün əsas mənbə kalsiumdur. Sən demə, təkcə kalsium yetərli deyildir. Sümüklərin möhkəmlənməsi və inkişafı üçün kalsiumla bərabər, fosfor, maqnezium, sink, mis, vitamin, mineral maddələr, zülal və yağ turşuları lazımdır. Bu maddələr yalnız bir-biri ilə əlaqəli şəkildə heyrətamiz səmərə verir!

1. Tərəvəz (zülal, dəmir, kalsium, K və C vitaminləri mənbəyi).
Bitkilərin, xüsusən orqanik bitkilərin tərkibi kalsium, maqnezium, kalium, dəmir və başqa mineral maddələrlə zəngindir. Yaşıl tərəvəz, o cümlədən kələmin bütün növləri, kahı, xardal yarpağı, rukkola, cəfəri, vəzəri sümüklərin möhkəmlənməsi üçün xüsusi dəyər kəsb edir. Yalnız ispanaq və manqold istisna təşkil edir:
Davamı →

Balıq və yəhudilər

Balıq yəhudi mətbəxi, dini və yəhudi fəlsəfəsinin rəmzlərindən biridir. O, Tövratda da səmavi bayram simvollarından biri sayılır. Balıq bürcü isə yəhudilərdə həmişə ən xeyirxah zodiak işarəsi kimi qəbul olunub. Bu, bəlkə də onunla bağlıdır ki, iudaizm dinində balığın pis gözlərdən qoruduğuna inanılır. Bundan başqa, yəhudilərin fikrincə, göz qapaqları olmayan balıq Allahın ayıq gözüdür.

Tanexe, Talmud və Kabbala — yəhudi mistikasında balığa müxtəlif aspektlərdən baxılır və bizim müzakirə çərçivəmizdən kənara çıxırlar. Bu yazıda biz balığa yalnız kulinariya obyekti kimi baxmışıq.

Biz sağlam olmaq üçün qidalar vasitəsilə zülallar, yağlar, karbohidratlar, mineral və bioloji aktiv maddələr, o cümlədən vitaminlər qəbul etməliyik. Balıq isə C vitamini və karbohidratlar istisna olmaqla, bütün bu maddələrin ən yaxşı mənbəyidir.
Davamı →

Qida dəyərini necə artırmaq olar?

Avstraliyalı sağlam qidalanma mütəxəssisi Fiona Tak yemək məhsullarının qida dəyərini artırmaq üçün üzərinə limon sıxmağı məsləhət görüb. Yumurta qabığını limon suyunda saxlayın. Sizə qəribə gəlməsin. Bu, kalsium və mineral faizini artırmağın ən əlverişli yollarından biridir.

Təzə limon suyunu sıxdıqdan sonra boş yumurta qabığını onun içinə qoyun və soyuducuda bir gecə saxlayın. Yumurta qabığındakı minerallar limon turşusuna hopacaq. Həzm sistemini yaxşılaşdırmaq və qidaların yaxşı udulması üçün limon suyunu səhərlər ilıq suyla qarışdırıb için. Meyvələrin üzərinə limon suyu və ya sürtgəcdən keçirilmiş limon qabığı əlavə edin. Meyvələrin üzərinə limon suyu sıxmaq onları C vitamini ilə zənginləşdirir.
Davamı →

Qabıqlı yeyin!

Dietoloqlar qabıqları ilə yeyilən bir sıra qidaların xərçəng riskini azaltdığını bildirirlər. Onlar meyvə və tərəvəzlərin qabıqla yeyildikdə daha çox vitamin ehtiva etdiyini bildirirlər. Həmçinin bu vasitə ilə enerji artır və xərçənglə mübarizədə təsirli olur.

Kivi
Kivinin tüklü səthi antioksidantar, anti-xərçəng, anti-allergiya və iltihaba qarşı maddələrlə zəngindir. Qabıq özündən 3 qat daha çox antioksidant ehtiva edir.

Ananas
Ananasın kənarında tikanlı səth deyil, qalın çəyirdəkli hissəsi istifadə edilə bilər. Lif və C vitamini sayəsində həzm sistemində ölü toxumaları tez təmizləyir və mədəni qoruyur. Ananasın tumunu əzib içkilərə qataraq, istifadə edə bilərsiniz.
Davamı →

Min illik şəfa və gənclik iksiri

Bahalı vitamin, mineralları və kremləri bir kənara buraxmağın zamanı gəldi. Çünki bütün bunları əvəz edəcək daha sağlıqlı bir alternativ var. «Təbiətin multivitamini” adlandırılan sümük suyu cildin, sümüklərin, immun və həzm sisteminin ən yaxşı qoruyucusu hesab edilir.

Tibbin atası olan Hippokrat xəstəliklərin bağırsaqlardan başladığını deyib. Buna görə də bədənimizi müalicə edərkən ilk növbədə bağırsaqlardan başlamalıyıq. Bağırsaqların müalicəsində ən effektiv üsul isə sümük suyundan istifadə etməkdir.
Davamı →