Süd vəzi xərçəngi riskini azaldan qidalar

Qidalı lifləri ilə zəngin olan məhsulların qəbulu artıq çəkidən azad edir, şəkərli diabet, ürək-damar sistemi, ağ ciyər xəstəliklərinin riskini azaldır.

İngiltərə alimləri tərəfindən keçirilən yeni araşdırmalar sübut edib ki, yeniyetmə və cavan yaşlarında çoxlu miqdarda qidalı liflərlə zəngin olan məhsulların qəbulu böyük yaşlarda süd vəzi xərçənginin riskini xeyli azaldır.

Medical Daily xəbər verir ki, alimlər 90 min qadın haqqında olan məlumatları (həyat tərzi, qidalanma, sağlamlıq və s.) analiz ediblər. Nəticədə məlum olub ki, yeniyetmə dövründə tez-tez meyvə-tərəvəz və digər qidalı liflərlə zəngin olan məhsulları qəbul edən qadınlarda süd vəzi xərçənginin riski bu qidaları az miqdarda qəbul edən qadınlarla müqayisədə 12-19% daha azdır. Alimlər bunun səbəbini hələ ki bilmir. Lakin onların fikirinə görə, qidalı liflərin çoxlu miqdarda qəbulu qanda estrogen hormonlarının səviyyəsinin aşağı düşməsinə səbəb olur ki, bu da xərçəngin ehtimalını azaldır.
Davamı →

Çəyirdəyi meyvəsindən faydalı

Meyvə çəyirdəkləri adətən tullanır. Lakin müasir elmi araşdırmalar göstərir ki, bir çox meyvələrin çəyirdəkləri və tumları hətta bu meyvələrin özündən də faydalıdır. Alimlər bu meyvələri çəyirdəklərlə birlikdə yeməyi tövsiyə edir. Lakin udduqdan əvvəl çəyirdəkləri yaxşı çeynəmək lazımdır. Bu çəyirdəklərin tərkibində olan faydalı maddələrin orqanizmə düşməsini təmin edəcək. Həmçinin meyvə çəyirdəkləri bağırsaqları yaxşı təmizləyir, bağırsaqların fəaliyyətini yaxşılaşdırır.

Qarpız tumları
Qarpız tumlarının tərkibində olan sink və selen mineralları kişilər üçün xüsusilə xeyirlidir. Belə hesab olunur ki, qarpız tumları kişi orqanizminə «təbii viaqra» kimi təsir edir — potensiyanı (kişi gücü) artırır. Həmçinin tumlar prostat vəzinin sağlamlığını qoruyur, spermanın keyfiyyətini yaxşılaşdırır. Həmçinin qarpız tumları qanda şəkərin səviyyəsini aşağı salır və dərinin vəziyyətini yaxşılaşdırır.

Yemiş tumları
Yemiş tumları ta qədimdən güclü afrodiziak kimi tanınır. Afrodiziak cinsi aktivliyi və həvəsi stimullaşdıran və artıran maddədir. Məhz bu səbəbdən yemiş tumları qədim vaxtlardan kişilərdə potensiyanın zəifələməsi, prostat vəzi xəstəlikəri zamanı istifadə olunurdu. Yemiş tumları öd və sidikqovucu təsirə malikdir, orqanizmi qurdlardan təmizləyir.
Davamı →

Toyuq bulyonunun faydaları

İlk növbədə nəzərinizə çatdıraq ki, yalnız kənd toyuğundan bişirilmiş bulyon insan orqanizmi üçün xeyirli ola bilər.

Müasir quşçuluq fermalarında yetişdirilən broyler toyuqların bulyonunu xeyirli adlandırmaq olduqca çətindir. Məsələ burasındadır ki, belə toyuqların yetişdirilməsi zamanı müxtəlif kimyəvi maddələr istifadə olunur — hormonlar, külli miqdarda sintetik vitaminlər, antibiotiklər, konservantlar və s.

Son illər Avropa ölkələrində keçirilmiş elmi tədqiqatlar nəticəsində belə toyuqlardan bişirilmiş bulyon və suplarda çoxlu miqdarda ağır metallar aşkar olunub. Bu metallar orqanizmdə toplanaraq orqanizmin daim zəhərlənməsinə səbəb olur, qara ciyər və böyrəklərin fəaliyyətinə mənfi təsir edir.

Əsl toyuq bulyonu zülal, polidoymamış yağlı turşular, vitaminlər (B qrupu, E, PP, C, A), mikroelementlər (dəmir, kalsium, mis, maqnezium, selen) kimi xeyirli maddələrlə zəngindir.

Toyuq bulyonunda olan zülal ət bulyonunda olan zülaldan daha çoxdur.

Polidoymamış yağlı turşular ürək üçün çox vacibdir. Həmçinin bulyonun tərkibində olan peptidlər ürək əzələsini möhkəmləndirir və bərpa edir, qanda xolesterini azaldır.

Toyuq bulyonu B qrupu vitaminlərlə zəngindir. Bu vitaminlər mübadilə proseslərdə iştirak edir, sinir sisteminə çox müsbət təsir edir, orqanizmin infeksiyalara qarşı davamlılığını artırır, qanın tərkibini yaxşılaşdırır.


Ardı →

Xolesterolu aşağı salan qidalar

Xolesterolu aşağı salan qidalar haqqında nə bilirsiniz? Daha sağlam yaşamaq üçün və ürəyin düzgün fəaliyyəti üçün xolesterolun səviyyəsini azaldan qidalardan mütləq istifadə edilməlidir. Bu tip qidaların qəbul edilmə miqdarı haqqında daha ətraflı məlumat alaq.
Xolesterolu aşağı salan qidalardan nə qədər yemək lazımdır?

Paxlalı bitkilər: quru paxla, noxud, yaşıl mərci kimi qidaların tərkibi vitaminlərlə zəngin olduğu üçün xolesterolun miqdarının aşağı salınmasına yardım edir. Bir təcrübə keçirilməsi  nəticəsində məlum olmuşdur ki, hər gün bir dəfə paxlalı bitki yeyən insanların xolestrolunun səviyyəsi aşağı düşür. Paxlalı bitkilər 6 həftədə xolesterolun səviyyəsini 10% azaldır.

Quru çərəzlər: findıq, badam və qoz nizamlı qəbul edildikdə xolesterolun səviyyəsinin aşağı salınmasına yardım edir. Təkibindəki xeyli miqdarda doymamış yağ turşuları da damarların sağlam qalması üçün yararlıdır. Orta hesabla gündə 40 qr quru çərəz yeməklə, xolestrolununzun səviyyəsini nizamlamaq mümkündür.

Avokado : xolesterolun səviyyəsinin aşağı düşməsində faydalı qidalardan bir də avokadodur. Gündə  ¼ və ya ½ avokado yeməklə qandakı xolesterolun səviyyəsini azaltmaq mümkündür.

Şokolad : südsüz, yəni acı şokolad tərkibindəki antioksidantlar sayəsində ürəyin sağlam fəraliyyətinə yardım edir. Kakaonun tərkibindəki antioksidantlar faydalı xolesterolun səviyyəsinin qalxmasını təmin edir. Gün ərzində 30 qr acı şokolad yeməklə ziyanlı xolesterolun artmasının qarşısını almaq mümkündür.

Soya məhsulları : soya məhsulları tərkibindəki proteinləri  sayəsində xolesterolun miqdarını aşağı salır. Bu tip məhsullardan gündəlik istifadə etməyiniz məsləhətdir. Gündə 25 qr soya zülalının qəbul edilməsi, ziyanlı xolesterolun səviyyəsinin azalmasına gətirib çıxarır.
Davamı →

Saç tökülməsinin qarşını alan 7 qida

Daima tökülən saçlarınız sizi narahat edir? Bəlkədə artıq qida rasionunuza diqqət etməyinizin vaxtı çatıb. Çünki bəzi qidalar saçların tökülməsi ilə əla mübarizə vasitəsidir. 
Sizlərə  saç tökülməsinə qarşı olan 7 qidanı təqdim edir. 

1. Çərəz 
Sağlam saçların Omega-3 yağlarına ehtiyacı var. Çərəzdəki bu yağlar saçları qoruyur, sink isə onların tökülməsinin qarşısını alır. 
Ardı →