Doğuşdan sonra sağlamlığınız qeydinə qalın

Doğuşdan sonra ananın bədənində, emosional vəziyyətində yaranan dəyişikliklərlə yanaşı həyatında da ciddi yeniliklər baş verir. Körpəyə lazımi qədər qayğı göstərdiyi halda özünün sağlamlığını ailəsinin rahatlığı naminə ikinci dərəcəli ünsürlərə aid etməyə başlayır.

Qeyd etmək lazımdır ki, sizin ailəniz üçün mühüm olmağınız və ailənizin sizə ehtiyacları danılmazdır. Lakin sağlamlığınız və əhvalınız qaydada olmazsa ailəniz də qaydada olmayacaqdır. Məhz bu səbəbdən özünüzə diqqətli yanaşın.

Doğuşdan sonra ilk həftələr bunu etməyiniz isə daha mühüm əhəmiyyət kəsb edir. Dünyaya gətirdiyiniz körpənin sizə ehtiyacı çoxdur. Məsləhətlərimizə riayət edərək daha tez və asan bərpa olarsınız.

Dəstəkvə kömək: ehtiyacınız olduğu halda yaxılarınızdan, ailə üzvlərinizdən və dostlarınızdan kömək istəməkdən çəkinməyin. Onlar sizə həm ev işlərində həm də körpəni əmizdirməkdən başqa qalan bütün işlərdə yardımçı ola bilərlər. Vaxt gələr siz də onlara yardım əlinizi yetirərsiniz. Çəkinməyin yardım istəyin. Bütün anaların doğuşdan sonra köməyə ehtiyacı var. Bu tamamilə normaldır. "Özüm üçün vaxt" anlayışını həyatınıza və gündəlik cədvəlinizə daxil edin. Qısa zaman müddəti olsa belə bu vaxtı sizi rahatladan və əhvalınızı yüksəldən istənilən fəaliyyətlə (uzanmaq, oxumaq, gəzintiyə cıxmaq)məşğul ola bilərsiniz.


Ardı →

Çobanyastığının faydası

Çobanyastığı insanın sağlamlığı üçün ən faydalı bitkilərdən biri sayılır. Çobanyastığı çox güclü antiseptik, mikrob- və virusəleyhinə xüsusiyyətlərə malikdir.

Angina, faringit zamanı çobanyastığı dəmləməsinin istifadəsi çox yaxşı effekt verir. Bunun üçün 1 xörək qaşığı quru çobanyastığı 1 stəkan qaynar suda dəmlənir, süzülür və gün ərzində bir neçə dəfə qarqara kimi istifadə olunur.

Təbii ki, çobanyastığı dəmləməsi (bütün digər xalq təbabəti vasitələri kimi) yalnız köməkçi müalicəvi vasitə kimi (xəstəliyin həkim tərəfindən təyin olunmuş əsas müalicəsi ilə paralel olaraq) istifadə edilə bilər.

Diş ağrısı, diş və damaq iltihabları, digər ağız boşluğu iltihabları (stomatit və s.) zamanı da çobanyastığı dəmləməsi çox yaxşı ağrısızlaşdıran və iltihabəleyhinə təsir edir.
Ardı →

Qida sənayesində istifadə olunan boyaq maddələrinin ziyanı

Artıq uzun zamandır ki, qida və içkilərin daha iştahalı görkəmi üçün istifadə olunan boyaq maddələri, qida sənayesində aktiv fəaliyyət göstərir.

Lakin yaxın zamana qədər,heç kimi onların ziyanlı tərəfi narahat etməyib. Buna səbəb odur ki, əvvəllər boyaq maddələrini meyvə, tərəvəz, giləmeyvə və bitki kökləri kimi təbii xammaldan istehsal edirdilər.

Təbii boyaq maddələrinin tərkibində boyayıcı piqmentlər, orqanik turşular, ətirli maddələr və vitaminlər olduğundan, insan orqanizmi onlara tam olaraq uyğunlaşıb. Baxmayaraq ki, onlarda son dərəcə mümkün olan konsentrasiya var, onlar insan orqanizmi üçün təhlükəsizdir.

Müasir dövrdə isə, daha çox istifadə olunan süni boyaq maddələri — təbiətdə olmayan, suda həllolunan orqanik birləşmələrdir. Qida dəyəri olmasa bele, insan orqanizmi üçün kifayət qədər təhlükəli hesab edilirlər. Hal hazırda qida sənayesində E100-E199 markalı boyalar aktiv istifadə olunur.

İngiltərədə aparılan araşdırmalar nəticəsindı bəlli olunmuşdur ki, Е102, E104, E110, E122, E124, E129 kimi boyaq maddələri uşaq və böyüklərin orqanizminə mənfi təsir göstərir. Səbəb ola biləcəyi əlamətlər:
Ardı →

Yeməkdən sonra edilən səhvlər

Yemək yedikdən sonra bəzi səhvlərə yol veririk. Çoxumuz yeməkdən dərhal sonra çay və ya qəhvə içirik. Kişilər isə adətən siqaret çəkirlər. Halbuki, bunların hər biri sağlamlığımız üçün olduqca təhlükəlidir. 

Duş qəbul etmək — Yeməkdən dərhal sonra duş qəbul etmək bədən üçün yaxşı fəaliyyət sayılmır. Duş qəbul edən zaman əl, ayaq və bədənin qan dövranı sürətləndiyi üçün mədə ətrafındakı qan dövranı zəifləyir. Bu isə həzmsizlik probleminə yol açır.

Qaçmaq və yatmaq — İnsanların çoxu yeməkdən sonra gəzməyin faydalı olduğunu düşünür. Ancaq mütəxəssislər yürüşə yeməkdən ən az bir saat sonra çıxmağı tövsiyyə edir. Yeməkdən dərhal sonra yürüşə çıxsanız, aldığınız qidalar həzm edilmir. Yeməkdən dərhal sonra yatmaq isə həzm sistemindən problemə, dolayası ilə qastritə səbəb olur.

Çay və ya qəhvə — Bu səhvi etməyən yəqin ki, yoxdur. Mütəxəssislər çay və qəhvəni yeməkdən 2-3 saat sonra içməyi tövsiyyə edir. Əks halda içilən qəhvə və çay bədənin dəmir almasına mane olur və hemoqlobini aşağı salır. Qan azlığının ən böyük səbəbi yeməkdən sonra çay və qəhvə qəbul etməkdir.
Ardı →

Aeroterapiya

Aeroterapiya təmiz havanın insan orqanizminə dozalanmış təsiri deməkdir.

Bu tip müalicə növü heç kim üçün əks göstərişli sayılmır. Ağ ciyər, ürək, qan, hüceyrələr və ümumiyyətlə bütün orqanların ehtiyac duyduğu oksigeni, insan yalnız havadan alır. Xüsusən dəniz havası çox xeyirli sayılır, onun həm yüksək ionlaşdırılmış, həmçinin duz və ozonla zəngin olmasıdır.

Mənfi emosiya yaratmayan bu sadə prosedur insan orqanizminin möhkəmlənməsini təmin edir. Bu prosedur xüsusən çox xəstələnməyə meyilli olan insanlar üçün xeyirli sayılır.

Hava vannaları — insan bədənin tam və ya müəyyən hissəsinə təsir edən dozalanmış havadır. Bu kimi vannaların sistematik və düzgün qəbulu, sinir sisteminin tonusunu qaldırır, insanın xəstəliyə qarşı mübarizəsini artırır. Bu müalicəvi praktika xüsusən uşaqlar üçün olan kurortlarda geniş istifadə olunur.
Ardı →

İnfarktdan sonrakı həyat tərzi

İnfarktdan sonra adi həyat tərzinə qayıtmaq olarmı? Qəti şəkildə “bəli” və ya xeyir” demək çətindir.
Buna hər bir halda fərdi şəkildə yanaşmaq lazımdır: çünki biri yükdaşıyan fəhlə işləyir, digəri isə iş gününü yazı stolu arxasında keçirir. Əlbətdə ki, birinci şəxsə öz adi işi ilə məşğul olmaq asan olmayacaq, ikinci şəxsə isə az bir səbəb mane ola bilər. Bundan başqa infarktın özü və onun fəsadları da hər bir şəxsdə fərqli olur.

Miokard infarktından sonra bərpa prosesi bir neçə ay müddətində davam edir. Hadisələri qabaqlamağa çalışmayın. Heç bir halda nəyin hesabına olursa-olsun tez bir zamanda əvvəlki həyat tərzinə, iş rejiminə qayıtmağa tələsməyin! Bununla siz özünüzə yalnız ziyan vurmuş olarsınız! Miokard infarktından sonra həkim nəzarəti altında xüsusi müalicəvi bədən tərbiyəsi (“qaçan yol” qurğusunda gəzmək, velotrenajorda məşğələ və s.) ilə məşğul olmaq orqanizmə özünü bərpa etmək üçün çox yaxşı kömək edir.

Açıq havada, əvvəlcə qısa müddətli, daha sonralar tədricən artırılan piyada gəzintilər, müəyyən vaxtdan sonra isə hovuzda üzmək və pillələrlə hərəkət etmək də çox xeyirli hesab edilir. Hətta, pillələr ilə hərəkət aktiv həyata qayıtmaq üçün yaxşı sınaq (test) da hesab edilə bilər: əgər xəstə döş nahiyyəsində ağrı, təngnəfəslik hiss etmədən, orta templə binanın 4-cü mərtəbəsinə qalxa bilirsə, demək bərpa prosesi müvəffəqiyyətlə keçir.
Ardı →

Velosiped sürməyin 5 faydası

İstər evdə, istər idman salonunda velosipedə minmək kalori yandırmaq və formaya düşmək üçün çox yaxşı bir yoldur. Eyni zamanda ucuz bir məşqdir. Evinizə bütöv bir məşq dəsti almaq baha başa gələ bilər, amma bir velosipedlə lazım olan hər şey əlinizin altındadır. Velosipedə minməyin sizə uyğun məşq olub-olmadığını öyrənmək istəyirsiniz? Budur, sizə velosipedə minməyə başlamaq üçün 5 səbəb:

Məşq və ya yol velosipediylə arıqlayın
Velosipedə minmək kalori yandıraraq çəkinizi azaltmaq üçün çox faydalıdır. Böyük əzələlər işlədiyi üçün 65 kilo çəkisi olan bir qadın bir saat ərzində orta sürətli velosipedlə təxminən 500 kalori yandırmış olur. Həm də velosipedə minmək oynaqların həddindən artıq yük qaldırmadığı üçün hər yaşda olan insanlar üçün ideal bir məşqdir. 

Ürək sağlamlığınızı qoruyun
Məşq etmək sadəcə arıqlamaq deyil, eyni vaxda sağlam və formada qalmaq üçün də əhəmiyyətlidir. Nizamlı olaraq ürək damarlarını məşq etdirən insanlar daha uzun ömür yaşayırlar. Sağlam ağciyərlərə sahib olmaq astma kimi tənəffüs xəstəliklərinə daha müqavimətli olmaq deməkdir. Orta və ya yüksək sürətli velosipedə minmək ürək döyüntüsünün sürətini artırar və formada qalmağa kömək edər.
Ardı →

"Məktəb buterbrodu" qanunu

Bir məktəbli gün ərzində nə qədər tərəvəz yeməlidir? Hansı sıyığı hazırlamaq daha yaxşı olardı? Yeniyetməyə təzə sıxılmış meyvə şirəsi vermək lazımdırmı?

Şam yeməyi çox doyumlu olmuşsa, səhərlər həm böyüklərdə, həm də uşaqlarda iştahasızlıq müşahidə olunur. Axşamlar uşaqlar çox vaxt hiylə işlədərək ac olduqlarını desələr də, əslində bu, filmə baxmaq və ya bir qədər də oynamaq üçün valideyndən icazə almaq məqsədi daşıyır. Belə bir meyl müşahidə etdikdə, övladınızın dediyi ilə getməyin. Bu zaman o, səhər yeməyini məmnuniyyətlə yeyəcək.

İkinci variant — övladınız səhərlər yemək istəmir, çünki yuxudan gec oyanır. Oyandıqdan dərhal sonra uşağı yemək masasının arxasına əyləşdirsəniz, çətin ki, o, yemək yesin: axı orqanizm hələ tamamilə oyanmayıb. Odur ki, sadə bir qaydaya riayət etməyiniz məsləhətdir. Uşağınızı 15 dəqiqə tez oyadın və dərhal bir qaşıq bal və bir neçə damcı limon şirəsi qarışdırılmış bir stəkan ilıq su içirdin. Bu, uşağın tonusunu qaldıracaq, o, daha tez oyanacaq və özünü daha enerjili hiss edəcək. Bundan başqa, bu içki mədə-bağırsaq traktının işini canlandırır. 15-20 dəqiqədən sonra uşağın iştahası artacaq. Məhz bu vaxta da onu masa arxasına dəvət etmək lazımdır. Əksər valideynlər çox yayılmış səhvə yol verir: uşağa «qayğı» göstərərək, onun qarşısına böyük nimçədə müxtəlif yemək qoyur. Bu halda da məktəbli yeməkdən imtina edə bilər, çünki o, bütün yeməyi axıra qədər yemək lazım olduğunu düşünür. Daha yaxşı olardı ki, onun qarşısına 2-3 xörək qaşığı sıyıq qoyasınız. Səhər çağı enerji almaq üçün bu, kifayətdir. Sonradan isə, uşaq istəsə, əlavə etmək olar.
Ardı →

Nanəli yaşıl çayın orqanizmə təsiri

Təbiət bizə, sağlamlığımızda baş verən problemləri həll etmək üçün bir çox vasitələr verib.

Bu əsasən müalicəvi bitkilərdir ki, orqanizmə çox yaxşı təsir göstərirlər. Çoxları şəhərdən uzaqda bitsə də, bəzilərini daimi olaraq ətrafımzda görürük, lakin lazımı formada istifadə etmirik. Bu bitkilərdən biri «nanə»dir ki, bu məqalədə sizə onu 1 fincan çayla dəmlədikdə orqanizminiz üçün nə qədər xeyirli olacağı haqda xəbər verəcəyik...

Nanəli yaşıl çay
— İnsana gumrahlıq verir və susuzluğu yatırdır.

— Sizi yuxulu etmədən, sinir və gərginlikdən xilas edir.

— Nevroz, yuxusuzluq, miqren kimi hallarda kömək edir, sakitləşdirici və ağrıkəsici təsir göstərir. Bu bitkinin ağrıkəsici təsiri olduğundan, spazmaları da aradan qaldıra bilir. Bunlara: mədə-bağırsaq traktının spazmaları, ürək damarlarının spazmaları və baş damarlarının spazmaları aid edilir.

— Soyuqdəymə və qrip zamanı yaxşı təsir göstərir.

— Antibakterial xüsusiyyəti olduğundan, nəfəsə təravət bəxş edir.
Ardı →