Gəzinti arıqladır

Ona çox enerji sərf etmədən nəticəsinin hiss etmək mümkündür.

Yeriş orqanizmə müsbət təsir göstərib, əzələ tonusunu qaldırıb, sümük toxumasını gücləndirib, hərəkətin koordinasiyasını inkişf elətdirib, maddələr mübadiləsini stimullaşdırır. İlk növbədə yeriş ürək damarının(miokard) işini stimullaşdırır. Tibbi olaraq sübut edilmişdir ki, insan gün ərzində 1 saat yeridikdə ürək damar sistemi xəstəliklərinə tutulma ehtimalı 78 % aşağı düşür. O, həmçinin öz növbəsində çəkini azaldaraq, sinir sisteminə yaxşı təsir edir.

Yaxşı formada olmaq üçün insan gün ərzində minimal olaraq 3 km gəzməlidir. Bu isə sağlamlığınıza vaxt ayırmaq gərək olduğuna gətirir. Bunu etmək üçün səhər saatlarında 7 -8, axşsam saatlarında isə 16-18 ən yaxşı vaxt sayılır. Məhz bu axşam saatlarında orqanizm yenidən aktiv fazada olaraq, fiziki gücü daha yaxşı qəbul edir. Əgər belə fitnessdən effekt görmək istəyirsinizsə o zaman həftədə 3 gün buna sərf edin. Əgər daha yaxşı nəticə istəyirsinizsə o zaman gündəlik olaraq yerişə vaxt ayırın.

Yerişi 2 növə bölmək olar: tez və sakit yeriş. Sakit yeriş daha çox yaşlı insanlara xas olaraq, orqanizmi sadəcə olaraq yaxşı formada saxlamağa köməkçi olur. Həmçinin bu halda məşqin vaxtını 90 dəqiqəyədək uzatmaq mümkündür. Tez yürüşdə isə əzələlər yüklənərək, sümük toxumasını gücləndirir. Bu iki növü istək və əhvalınızdan asılı olaraq dəyişə bilərsiniz. İstəyiniz olarsa vaxt aşırı qaçışa da keçid edə bilərsiniz.
Ardı →

Plastik qabların ziyanı

Alimlərin rəyinə görə plastikdə olan birləşmələr, xərçəng xəstəliyi daxil olmaqla, sağlamlıq üçün bir çox problemlər yaradır.

Son zamanlar mütəxəsisslər, plastikin tərkibində olan A bisfenolundan çox danışırlar. Onların fikrinə görə, o, hormonal fona təsir edir və bir çox xəstəliklərin yaranmasına səbəb olur. Qıda məhsullarının qablaşdırılması üçün istifadə olunan bütün materiallar, plastik qablar və hətta uşaq butulkaları kimi gündəlik istifadə etdiyimiz əşyaların tərkibində A bisfenolu vardır.

Bu gün üçün, A bisfenolunun orqanizmdə çox miqdarda olması, xərçəng şişlərinin inkişafı, ürək-damar və endokrin sisteminin iş pozğunluqları və hətta 2-ci tip şəkər xəstəliyinin inkişafı üçün, katalizator rolu oynadığı rəsmi olaraq sübut olunub. Az miqdarda isə bu maddə zərərsiz sayılır.

Lakin, unutmayın ki, bu maddənın orqanizmdə yığılması acınacaqlı nəticəyə gətirə bilər. Bu zərərli maddənin orqanizmə olan təsirinin azaltmaq üçün, plastik qablardan təmamilə imtina etmək lazımdır. Aldığınız hər bir məhsulu, plastik qaba deyil, şüşə və ya farfor qablara yerləşdirin. Xüsusən də, plastik qabda yemək qızdırma, bu qablarda cızıq və ya çat olduqda istifadə etmək orqanizmin sağlamlığı üçün çox təhlükəlidir.
Davamı →

Portağallı və lavandalı masaj yağı

Gərginliyi aradan qaldırmağın ən asan yolu masajdır. Xüsusən də xoş qoxulu bitki yağları ilə edilən masajın faydası və təsiri özünü həmin dəqiqə göstərir.

50 qram küncüt yağı
10 qram lavanda yağı
16 qram portağal çiçəyi yağı
2 ədəd darçın çubuğu

Bunların hamısını bir bankaya yığın. Sonra 1 ədəd portağalın qabığını sürtgəcdən keçirib içinə əlavə edin. Əldə edilən məhlulu 2-3 gün işıqlı yerdə saxlayın. Darçın çubuqları və portağal qabığı öz aromasını yağlara hopdurandan sonra masaj yağı hazır olacaq. Bu yağla masaj edəndən sonra özünüzü daha sağlam və gümrah hiss edəcəksiniz.
Davamı →

İtburnu çayının faydaları

İtburnu meyvəsində olan vitamin və minerallar infeksiyalara qarşı daha yaxşı təsir göstərir. Bu meyvənin bioloji aktivliyi əsasən onun tərkibində olan C vitamini ilə əlaqədardır.

C vitamini orqanizmdə maddələr mübadiləsini aktivləşdirir, müxtəlif infeksiyalara və xarici mühitin digər zərərli təsirlərinə qarşı bədənin müqavimətini artırır. Xroniki yorğunluğa, soyuqdəyməyə, təzyiq problemlərinə, böyrək problemlərinə faydası olan itburnu həm də qanı təmizləyir.

Qanda olan xolesterinin miqdarını azaltdığına görə damar kirəcləşməsinin qarşısını alır və qan dövranını sürətləndirir. Müalicə və profilaktika məqsədilə sidik yolları xəstəliklərində, nefritlərdə istifadə olunur. Mübadiləni yaxşılaşdırdığına görə yara və xoraların sağalmasına da təsir göstərir. Bədəni yaşlanma, siqaret və spirtin təsirlərindən qoruyur.
Davamı →

Qocalıq əlehinə 5 qida

Xəstəliklər bədənin qüvvəsini alır və yaşlanmağa səbəb olur. Buna görə hər şeydən əvvəl düzgün və balanslı qidalanma rejiminə əməl etmək lazımdır. Məsələn, bu qidalar vaxtından əvvəl qocalmağa qoymur, həm də gəncliyin ömrünü uzadır.

Meşə giləmeyvələri — Meşə giləmeyvələri qocalmağa qoymur. Buraya: böyürtkən, moruq, qara üzüm, qaragilə kimi antioksidant tərkibli meyvələr daxildir. Bu meyvələr dərininin təravətini itirməyə qoymur.

Nar — Qırışların meydana gəlməsinə mane olur. Tərkibindəki C vitamini dərini daha sağlam edir.

Sarımsaq — Sarımsaq bir çox xəstəliklərdən qoruyan güclü antioksidantdır. Həmçinin bəzi dərmanlardan daha təsirlidir, xolesterolu aşağı salır.

Şokolad – Kakaonun tərkibindəki flavonoilər dərini günəşin zərərli təsirlərindən qoruyub qan dövranını sürətləndirir.

Avokado — Avokada meyvəsi E vitamini ilə zəngindir. Bu meyvə şişləri önləyir, dəri üçün sağlam komponentlər saxlayır. Başqa sözlə, dəri gözəlliyinin qeydinə qalır.
Davamı →

Hansı ev bitkiləri havanı təmizləyir?

Gözəlliyi ilə insanı heyran edən ev bitkiləri,ev üçün həm dekorativ bəzək, həm də evin havasını təmizləyən önəmli bir atributdur.

Bu bitkilər, otağı çirkləndirən maddələrin konsentrasiyasını azaldır və hətta benzol, formaldeqid, toluol və ksilol kimi zərəli birləşmələrdən təmizləyə bilir. Ev bitkiləri həmçinin havada olan mikrobların sayını azaltma və rütubəti artırma gücünə malikdirlər.

NASA tədqiqatçıları və digər təşkilatlar, evin hər 10 m sahəsinə minimal olaraq 1 ev bitkisi saxlamağı tövsiyə edirlər. Pəncərə altında saxlanılan bitkilər nəinki havanın təmizlənməsini təmin edəcək, həmçinin baş ağrıları və sinir pozğunluqlarını aradan qaldıracaqlar.

Evinizin gözəlliyini, havanın mikroblardan təmizlənməsini, rütubətin artmasını və insan energetikasına xoş təsir bağışlanmasını təmin edən 6 ev bitkisi:

Xlorofitum
Bu gözəl bitki, havanı zərəli qatışıqlardan təmizləyir və formaldeqidləri udur. Həmçinin xlorofitum bakteresit (mikrobları öldürən) effektinə malikdir. Mütəxəssislər müəyyən ediblər ki, bu bitki 24 saat ərzində havanı mikroorqanizmlərdən təmamilə təmizləyir. Dibçəyə aktivləşdirilmiş kömür əlavə etdikdə isə təmizləyici xüsussiyyəti daha da artır.

Aloe 
Aloe, havanı formadegidlərdən təmizləyib, onda olan sadə mikrobları sayını azaldır. Gecə oksigen ifraz edib, karbon qazını udur. Aloe olan evdə insanlar az xəstələnir, xəstəlndikdə isə tez sağalırlar.
Ardı →

Suya ləzzət qatmağın 11 yolu

Xüsusilə su içmə vərdişi olmayanlar üçün bu vərdişi inkişaf etdirməyə kömək olan bu tətbiq fərqli sağlamlıq təsirlərini də özü ilə daşıyır. Təbii suya necə ləzzət qatmaq olar?

1. Suyun içinə ananas dilimləri, nanə yarpaqları və buz əlavə edin. Ananas A və C vitamini baxımından zəngindir. Sümük inkişafında və həzmdə təsirli rol oynayır. 

2. Suyun içinə bol buz və nanə yarpaqları atın. İsti havalarda sərinlədici təsiri vardır. Ayrıca qanı toksinlərdən təmizləyir və həzmə kömək olur. 

3. Portağal dilimləri əlavə etdiyiniz suyunuza, istəsəniz bir az limon suyu da əlavə edə bilərsiniz. C vitamini baxımından zənginləşəcək olan suyunuzu xüsusilə soyuqdəymə ilə mübarizə əsnasında tez-tez için.

4. Çaya və şorbaya sıxılan limonu suyunuza da əlavə edin. Dəri sağlamlığı və qrip kimi vəziyyətlərdə təsirlidir. 

5. Soyuqdəymə zamanı iştah itkisinə, həzmdə faydası olan zəncəfili suyunuza əlavə etməyiniz sizə enerji verəcək.

6. Suyunuza çiyələk dilimləri əlavə edin. Nanə də əlavə etsəniz birlikdə uyğunlaşması gözəl olacaq. Ürək problemləriylə mübarizədə çiyələk ən böyük köməkçilərdəndir.
Ardı →

Gündəlik şəkər norması

1990-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən şəkərə olan gündəlik normalar təyin olunmuşdur.

Bu göstərici xanımlar üçün — 50 qram, kişilər üçün isə — 70 qram təyin edilmişdir. Lakin müasir mütəxəssislər bu normanın çox olduğunu düşünürlər. Məhz bunun nəticəsində, Nyukasl Universitetinin həkimləri müasir dövr üçün gündəlik şəkər normasını — 5 çay qaşığı qədər təyin ediblər. Bu isə öncəki göstəricilərdən xeyli az, daha dəqiq isə — 30 qram təşkil edir. Həkimlərin iddiasına görə, bu norma, ürəyin işini yaxşılaşdırır, şəkər xəstəliyindən qoruyur və dişlərə olan mənfi təsirin qarşısını alır.

Qeyd olunur ki, bu normaya, gün ərzində içdiyimiz çaya və ya qəhvəyə əlavə etdiyimiz şəkərlə bərabər, həmçinin şirniyyat, qazlı və qazsız içkilərin tərkibində olan şəkər də daxildir.
Davamı →

Günəş şüasının faydaları

Hamımız bilirik ki, idman və pəhriz sağlam həyat üçün ən əhəmiyyətli faktorlardır. Sağlam qalmaq üçün digər əhəmiyyətli faktor isə günəş şüalarıdır. Günəş şüaları bizim dərimizə toxunanada biz ondan D vitamini alırıq.

Vitamin D sağlamlığımız üçün hədsiz dərəcədə önəmlidir. D vitamini az olan insanların xərçəng, sümük xəstəlikləri, ürək xəstəliyi və adi soyuqdəyməyə belə yoluxma riski daha yüksəkdir.

Heç bilirsinizmi ki, insanlar artıq günəş altında daha az vaxt keçirirlər. Müasir şəhər həyatı insanları açıq havadan daha çox qapalı məkanlarda vaxt keçirməyə vadar edir. Günəşdən qoruyucu kremlər dərimizi kimyəvi maddələrlə örtdüyündən təbii D vitamini qəbul edə bilmirik. Sağlam və gümrah olmaq üçüm kifayət qədər D vitamini əldə etməliyik.

Bundan əlavə, günəşdən dərinin yanmaması üçün ehtiyatlı olmalıyıq. Hər gün, xüsusilə də qış aylarında normal səviyyədə günəş şüalarından faydalanmaq lazımdır. Günəş şüası qəbul etmək azaddır. Odur ki, tez-tez təmiz havaya çıxın və bolluca günəş şüası qəbul edin.
Davamı →

3 sağlam vərdiş

Narahatlıqdan əl çək
Narahatlıq sağlam vərdiş deyil. Sizin nəzarətinizdən kənarda olan bəzi şeylər var.

Məsələn, siz ehtiyyatla maşın sürməyə çalışırsınız, lakin ətrafınızda heç də diqqətli olmayan sürücülər var. Sizi vura biləcək içkili sürücünü siz idarə edə bilməzsiniz. Lakin siz bu qəzadan sonra, öz münasibətinizi və edəcəyiniz hərəkəti nəzarət alında saxlaya bilərsiniz.

Narahat olmaq sizin sağlamlığınıza xeyir gətirmir. Bunun yerinə problem nə olursa olsun, nəysə etməyə çalışın. Əgər nə edəcəyinizi bilmirsinizsə, kimdənsə yardım istəyin.

Şükür et
Sahib olduğun üçün şükür et. Yaşadığın yeni gün üçün şükür et. Səhər oyana bilməyən insanları düşünüb, oyandığın gün üçün şükür et. Səndən də pis vəziyyətdə olan insanların var olmasını unutma. Belə bir sitat var «Mən, ayaqları olmayan insanı görənə kimi, ayaqqabılarım yox idi deyə ağlayırdım»

Əhvalını yüksəlt
İnsan xromosomların azalması səbəbi və yaşla əlaqədar olaraq xəstəliklərə qarşı həssas olur. Yeni tədqiqatlar göstərir ki, həyat tərzinin dəyişdirilməsi xromosomların çoxalmasına səbəb olan fermentləri artıra bilər.


Davamı →