Düzgün idman edin

Düzdür, idman orqanizmi xəstəliklərdən qorumaqla yanaşı, sağlam saxlayır və bədən daha möhkəm və daha müqavimətli olur.
Lakin düzgün idman etmədikdə, daha doğrusu, idman edərkən qaydalara düzgün əməl etmədikdə orqanizm sağlamlıq əvəzinə xəstəlik, hətta, belə demək mümkünsə, şikəstlik tapır. Bir sözlə, idman etdikdə müəyyən qaydalara əməl etmək lazımdır. Elə isə bunun üçün nə etməlisiniz?

idman1. İdmana başlamazdan ən azı yarım saat əvvəl yemək-içməyi dayandırmalısınız. Çünki məşq əsnasında mədənin dolu olması məsləhət deyil. Əgər vaxtınız yoxdursa, aclığı aradan qaldırmaq üçün alma, banan və s. yeyə bilərsiniz.

2. Salona daxil olarkən çantanızda sizin üçün daha rahat olan idman paltarı və ayaqqabı olmalıdır.

3. İdmana makiyajsız başlayın. Çünki hərəkət edərkən bədən hərarətinin artması ilə əlaqədar makiyaj tərlə birləşərək dəriyə zərər verə, allergik dəri xəstəliklərinə, hətta qaşınmalara səbəb ola bilər.

4. Əvvəlcə, kiçik hərəkətlərlə bədənin, necə deyərlər, qızmasına nail olun. Qaçış lentinin üzərində keçirəcəyiniz bir neçə dəqiqə və ardından bir neçə aktiv hərəkət sizin üçün həyati əhəmiyyət daşıyır. Əgər bunu etməsəniz, şikəstliklər meydana çıxa bilər.


Ardı →

Ürəyinizin qeydinə qalın

İşləriniz, gündəlik problemləriniz üçün bütün günü ora-bura qaçır, nə isə etməyə çalışırsınız. Şübhəsiz ki, bu vaxt sağlamlığınızı unudursunuz. Elə isə son dəfə nə vaxt ürəyinizi müayinə etdirmisiniz? Və ya son dəfə nə vaxt təmiz havada gəzmisiniz?
Sözsüz ki, ürəyinizin yorulmasının qarşısını almaq üçün bəzi qaydalara riayət etməlisiniz. Elə isə bu qaydalardan bəziləri ilə tanış olaq:
 

-Rejimlə qidalanmağa çalışın.
 -Çox soyuq və ya çox isti mühitlərdə qalmayın.
-Yay aylarında gərgin işlər üçün günün sərin vaxtlarını seçin.
-Çox soyuq və ya küləkli havalarda ağzınızı və burnunuzu bağlayın. Çalışın ki, soyuq havanı içinizə çəkməyəsiniz.
-Gündəlik işlərinizi elə qurun ki, ürəyinizə istirahət verməyə də vaxtınız olsun.
-Bir iş görəndə tələsməyin.
-Ağır işlərinizi günün müxtəlif saatları arasında bölüşdürün.
-Dincəlmək, mütləq yatmaq demək deyil.
-Hər gecə ən azı 6-8 saat yatmağa çalışın.
-İşləyərkən əllərinizin çiyin səviyyəsindən aşağı olmasına çalışın. Çünki əllər çiyin səviyyəsindən yuxarı olduqda ürək daha çox işləyir.
-Bütün pəhrizləri unudun. Unutmayın ki, tez-tez arıqlayıb kökəlmək olmaz.
-Minerallara qarşı laqeyd olmayın.
-Özünüzə inanın. Hər kəs özü üçün nəyin yaxşı, nəyin pis olduğunu daha yaxşı bilir.


Ardı →

Sağlamlığı qurban vermədən yaxşı düşünün

İndi nə qədər istəsən kosmetik məhsullar var, özü də çeşid-çeşid: gecə, gündüz kremləri, ətirlər, pudralar, pomadalar, tuşlar, saç boyaları, gellər, nələr, nələr… Çox vaxt “təki gözəl görünüm” deyə bu məhsullardan sağlamlığımıza zərbə vuraraq, necə gəldi, düşünmədən istifadə edirik. Bəs bu “gözəllik iksirləri” orqanizmdə hansı fəsadlara yol açır?
— Başlıcası bədəndən atılası zəhərli maddələrin qaraciyərdə, böyrəkdə, yağ təbəqəsində yığılmasına səbəb olur, xərçəng, astma, allergiya, ürək-damar kimi  xəstəliklər törədir. Zəhərli maddələr orqanizmə pomada, cürbəcür krem, pudra və s. vasitəsilə daxil olur.Dəri bədənin həssas orqanlarındandır. Ağız yolu ilə qəbul edilən maddələrin, bəlkə də, bir qismi xaric ola bilir, lakin dəri vasitəsilə alınanlar birbaşa qana keçir.
Bugünkü reallıq ondan ibarətdir ki, şampunlardan, dezodorant və antiperspirantlardan daha çox istifadə etmək məcburiyyətindəyik. Bu məhsullardakı zərərli kimyəvi maddələr tər vəzilərilə qana keçir.Yaxşı olar ki, qidalar qədər əhəmiyyətli hesab edilən kosmetik məhsulların təbiisindən, yəni saç boyası əvəzinə, xınadan, gözləri gözəl göstərən, həm də müalicəvi təsirə malik olan sürmədən, xoş qoxuya, rəngə görə bitkilərdən əldə edilmiş məhsullardan istifadə edəsiniz.


Ardı →

Siqaretə alüdə olanlara xüsusi qidalanma

Siqaret çəkmək saç və dırnaq sağlamlığı üçün əhəmiyyətli olan biyotinin bədəndə istifadəsini azaldır. 
Siqaretdən istifadə orqanizmdə mənfi təsirlər yaradır. Belə ki, mütəmadi siqaret çəkənlərin qidalanması nisbətən fərqli olmalıdı.

Gündə 5-9 porsiya təzə tərəvəz və meyvə yeyin. Təzə meyvə və tərəvəzlər C vitamininin və antioksidanların zəngin qaynağıdır. 

Meyvə-tərəvəzlər müxtəlif olsun. Yalnız bir növdə meyvə və tərəvəz yeməyin. Meyvələr və tərəvəzlər rənglərinə görə fərqli quruluşda antioksidanlar ehtiva edər. 

Xırda tumlu meyvələrdən imtina etməyin. Albalı, böyürtkən, üzüm kimi meyvələr antioksidanlar baxımından çox zəngindir. Bu səbəblə istər qurusu, istərsə də təzəsi olsun, fərq etməz. Qidalanmanızda onlara yer verməyə çalışın. 

Həftədə ən azı 2 gün yumurta yeyin. Biyotinlə ən zəngin olan qida qaynağı yumurta sarısıdır. 

Qidalanmanızda fol turşusuna da yer ayırın. Fol turşusu ilə zəngin olan qida məhsulları bunlardır — quru paxlalar, tünd yaşıl yarpaqlı tərəvəzlər və fındıq, fıstıq kimi yağlı çərəzlər.
Davamı →