Oynaqların sağlamlığı

Oynaqlar sümüklərin hərəkətli birləşməsini təmin edən dayaq-hərəkət sistemi hissəsidir, içində sinovial maye olan oynaq kisəsi ilə əhatə olunub.

Quruluşuna görə iki sümükdən təşkil olunmuş sadə, üç və daha artıq sümüyün iştirakı ilə yaranan mürəkkəb oynaqlara bölünür. Ətrafında onu əhatə edən və oynağın normal fəaliyyətini təmin edən oynaqətrafı toxumalar — əzələlər, bağlar, vətərlər, damar və sinirlər yerləşir. Oynaqların sağlamlığını və normal hərəkətini təmin etmək üçün bəzi qidalardan istifadə etmək daha faydalıdır.
Davamı →

Saçları ildə neçə dəfə boyamaq olar?

Alimlər araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, qadın saçlarını il ərzində 5 dəfədən artıq boyamamalıdır. Əks halda qadında süd vəzi xərçənginin riski artır. Nəzərinizə çatdıraq ki, süd vəzi xərçəngi qadınlar arasında ən yayılmış xərçəng növüdür. Hər il dünyada 1 mln. artıq qadına bu diaqnoz qoyulur.

The Australian xəbər verir ki, statistikaya görə qadınların bir çox hissəsi ayda 1 dəfə saçlarını boyayır. Bu zaman əksər qadınlar kimyəvi boyalardan istifadə edir. Bu hal ekspertlər tərəfindən çox mənfi qarşılanır.

Mütəxəssislər qadınlara tərkibində təbii komponentlər (xına, basma, itburnu) olan boyalardan istifadə etməyi tövsiyə edirlər. Belə boyalar sağlamlığa heç bir ziyan vurmur və eyni zamanda kimyəvi boyalardan fərqli olaraq saçların vəziyyətinə də çox yaxşı təsir edir — qidalandırır, möhkəmləndirir.
Davamı →

Yuxudan duran kimi çarpayını yığmaq olmaz!

Uşaqlıqda bizi tənbeh edirdilər ki, yuxudan duran kimi yerini toplamalısan. Valideynlər bunu övladına onunla izah edir ki, yatağı toplamaq təmizliyin vacib şərtlərindən biridir və hər kəs öz otağının təmizliyinə fikir verməlidir.

Elmi araşdırmalar bu fikri inkar edir. Tədqiqatlar göstərir ki, gigiyenik baxımdan çarpayını səhər tezdən sahmana salmaq doğru deyil. Çünki bu, toz gənələrinin yaranmasına gətirib çıxarır.

Bəs toz gənəsi nədir?
Onlar insan gözünə görünməyən balaca parazitlərdir. Bu ad onlara tozlu və çirkli mühitlərdə yaşadıqları üçün verilib. Ətrafında nə qədər çox toz olarsa, onlar özünü bir o qədər sürətlə çoxalırlar.
Davamı →

Çiçəklər insan beynini müalicə edir

  • Flora
Çin alimlərinə görə, çiçəklər insan beyninin müalicəsində əvəzsiz rol oynayır. Alimlərə görə, nərgiz, novruzgülü, zəfəran, lavanda, krokus kimi çiçəklər bir sıra müalicəvi xassələrə malikdir.

Belə ki, novruzgülünün tərkibindəki qalantamin maddəsi Alzheimer xəstəliyi nəticəsində yaranan yüngül və ağır dərəcəli ağılkəmliyə, eləcə də beyin qan dövranının xroniki pozğuntuları zamanı faydalıdır. Belə ki, bu maddə orqanizmdə asetilxolinin qatılığını artırır. Asetilxolin neyronlardan gələn məlumatların ötürülməsinə görə məsuliyyət daşıyır.

Qalantamin nərgizin tərkibində də mövcuddur. Bu çiçəyin eyni zamanda xərçəng əleyhinə xassələrə malik olduğu güman edilir. Hazırda bu amilin doğruluğu çinli mütəxəssislər arasında fəal şəkildə müzakirə edilir. Eyni zamanda, Sidneydən olan alimlər müəyyən etmişlər ki, zəfəran görmə hüceyrələrinin elastikliyinə kömək edir və yenə də Alzheimer xəstələrində beynin işinə müsbət təsir göstərir.
Davamı →

Günəbaxan tumları sağlamlıq üçün faydalıdır

Günəbaxan tumları çox faydalı məhsuldur. Amerika alimlərinin son araşdırmaları göstərib ki, tumun gündəlik az miqdarda istehlakı orqanizmdə qocalma proseslərini ləngidir. Lakin nəzərə alın ki, tum çiy olmalıdır.

Tumun tərkibində çoxlu miqdarda fosfolipid, vitamin və sterollar var. Fosfolipidlər sözün əsl mənasında möcüzəli maddələrdir, onların orqanizmə olan müsbət təsiri olduqca çoxdur — ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, qaraciyəri piylənmədən qoruyur, sinir sisteminin fəaliyyətini tənzimləyir və s.
Davamı →

Min illik şəfa və gənclik iksiri

Bahalı vitamin, mineralları və kremləri bir kənara buraxmağın zamanı gəldi. Çünki bütün bunları əvəz edəcək daha sağlıqlı bir alternativ var. «Təbiətin multivitamini” adlandırılan sümük suyu cildin, sümüklərin, immun və həzm sisteminin ən yaxşı qoruyucusu hesab edilir.

Tibbin atası olan Hippokrat xəstəliklərin bağırsaqlardan başladığını deyib. Buna görə də bədənimizi müalicə edərkən ilk növbədə bağırsaqlardan başlamalıyıq. Bağırsaqların müalicəsində ən effektiv üsul isə sümük suyundan istifadə etməkdir.
Davamı →

Şamrot testi


Bəzi çox sadə testlər ciddi xəstəlikləri aşkar etməyə kömək edir. Belə testlərdən biri Şamrot testidir. Bu testi özünüz ev şəraitində edə bilərsiniz. Testi etmək üçün şəhadət barmaqlarınızı şəkildə göstərildiyi kimi birləşdirin. Dırnaqlar arasında rombşəkilli açıq yer qalmalıdır. Onu "Şamrot pencərəsi" də adlandırırlar. Əgər «pencərə» varsa, bu normaldır.

Pencərə yoxdursa, bu bəzi ürək-damar sistemi (xüsusən endokardit) və ağciyər xəstəliklərinin əlaməti sayılır.

Məsələ burasındadır ki, ürək-damar xəstəlikləri zamanı dırnaqlar qabarıq olur (saat şüşəsinə bənzəyir), barmaqların ucları yoğunlaşır. Tibdə buna «baraban çubuqları simptomu» deyilir. Bu çox dəqiq simptom sayılır.
Davamı →

Nəm saçlarla yatmağın ziyanları

Yuduqdan sonra saçları tam qurutmadan yatmaq həqiqətən çox ziyanlıdır.

1. İlk növbədə bu kəpəyin əmələ gəlməsinə və artmasına səbəb olur. Məsələ burasındadır ki, kəpəyin əmələ gəlməsinə səbəb olan mikroskopik göbələk bir çoxlarımızın baş dərisində yaşayır. Saçlara düzgün baxım göbələyin artmasının qarşısını alır. Lakin nəm mühitdə göbələk tez çoxalmağa başlayır və bu da kəpəyin sürətlə artmasına gətirib çıxardır.

2. Suyun təsirindən saçlar kövrək və zəif olur, tez qırılır, asan tökülür. Bu səbəbdən daim yaş saçla yatan insanın saçları cansız görünür, tökülür. Mütəxəssislər suyun təsirini azaltmaq üçün saçları yuduqdan sonra mümkün qədər tez qurutmağı tövsiyə edirlər.
Davamı →

Mətbəxdə silikon qablar

Silikon kvars qumundan hazırlanır. Bir sıra kimyəvi reaksiyalardan sonra plastik, neytral, iysiz silikon əşyalar hazırlanır. Silikondan hazırlanan müxtəlif əşyalardan tikintidə, optikada hətta, qadınlar özlərini daha gözəlləşdirməkdən ötrü ondan istifadə edirlər. Silikonun mətbəxdə rolu da əvəzsizdir.

Yeməkləri hazırlamaq üçün istifadə olunan silikon qablar fantastika yox, həqiqətdir. Belə qablarda yeməkləri isti sobada bişirmək, həmçinin bu qablarda ərzaqları soyuducuda saxlamaq mümkündür. Belə materialdan hazırlanan qablar çox əlverişlidir. Onlar əldən döşəməyə düşəndə qırılmır.

Silikondan hazırlanan əşyaları asanlıqla yumaq mümkündür. Belə materialdan hazırlanan qablarda tortlar, kekslər bişirmək olar. Belə qablarda yeməklər metal və şüşədən hazırlanmış qablardan tez bişir. Silikondan hazırlanmış qaşıqlarla tavada asanlıqla yemək bişirmək olar. Bu qaşıqlar tavaların dibini qarışdırdıqda onları cızmır. Onları yuyanda islandıqda əldən sürüşmür.
Davamı →

Gündə neçə addım atmaq lazımdır?


Sağlam bir insan hər gün ortalama 8.000-10.000 aralığından atddım atmalıdır və bu addımların sayı 7.500-dən az olmamalıdır. Gün ərzində bu saylara çatmağı bacara bilsəniz, həm sağlamlığınız baxımından yaxşı olar, həm də bir probleminiz yoxdursa, çəki problemi yaşamaq riskinizi aradan qaldırmış olar.

10.000 addım 8 km-ə yaxın bir məsafəyə bərabərdir. Gəzinti tempinizə görə dəyişməsini nəzərə almasaq, bu müddət 1 saat 40 dəqiqəyə bərabərdir. (Dəqiqədə 100 addım atırsınızsa) Gəzintinizin forması və uzunluğu məqsədiniz ilə birbaşa əlaqəlidir. Formanızı qorumaqdan əlavə arıqlamaq da istəyirsinizsə, daha çox və sürətli templə gəzməlisiniz.
Davamı →