Gündə neçə addım atmaq lazımdır?


Sağlam bir insan hər gün ortalama 8.000-10.000 aralığından atddım atmalıdır və bu addımların sayı 7.500-dən az olmamalıdır. Gün ərzində bu saylara çatmağı bacara bilsəniz, həm sağlamlığınız baxımından yaxşı olar, həm də bir probleminiz yoxdursa, çəki problemi yaşamaq riskinizi aradan qaldırmış olar.

10.000 addım 8 km-ə yaxın bir məsafəyə bərabərdir. Gəzinti tempinizə görə dəyişməsini nəzərə almasaq, bu müddət 1 saat 40 dəqiqəyə bərabərdir. (Dəqiqədə 100 addım atırsınızsa) Gəzintinizin forması və uzunluğu məqsədiniz ilə birbaşa əlaqəlidir. Formanızı qorumaqdan əlavə arıqlamaq da istəyirsinizsə, daha çox və sürətli templə gəzməlisiniz.
Davamı →

Velosiped sürmək arıqladırmı?

Məqsədiniz sürətli və qalıcı arıqlamaqdırsa, velosiped sürməyə başlayın! Çünki 1 saat velosiped sürmək 600 kalori yandırmağınıza səbəb olur. Bunun mənasını yəqin ki, bilirsiniz.

Bədəninizdəki yağ və şişlərdən xilas olub gündən-günə arıqlaya bilərsiniz. Həyatınızda velosipedə yer verdikdə daha sağlam, daha xoşbəxt və daha arıq olacaqsınız.

Velosiped sürmək ayaqları arıqladırmı?
Velosiped sürmək, qaçmaq, gəzinti kimi ayaq əzələlərini işlədən idmanlarla məşğul olmaq istəyənlər ayaqlarının qalınlaşmasından qorxurlar. Ancaq əksinə, velosipedin köməkliyi ilə incə, güclü və gözəl formalı ayalara sahib ola bilərsiniz.
Davamı →

Yaş artdıqca metabolizmi cavan saxlamağın yolları

İllər keçdikcə metabolizmin sürəti və yandırılan kalori miqdarı azalır. Arıqlama prosesini yavaşlatmaqla yanaşı, kökəlməyə də səbəb olan bu halın qarşısını almaq üçün etməli olduqlarınızı sizin üçün qeyd etdik.

Oyandıqdan sonra səhər yeməyini gecikdirməyin.
Səhər oyandıqdan sonra uzun müddət ac qalırsınız və ürəyiniz səhər yeməyi yemək istəmirsə, bu metabolizmin yavaşladığını göstərən bir işarə ola bilər. Çünki ac olduğumuz zaman bədən kalori yandırmağı dayandırır.
Davamı →

Dəniz havasının faydaları

Dəniz suyu və dəniz havası əsl təbii şəfa mənbələridir. Bir çox xəstəliklərin və pozulmaların müalicəsi və profilaktikasında məhz dəniz suyu və havası istifadə olunur.

Dəniz havası faydalı minerallarla olduqca zəngindir, onun tərkibində oksigen və ozon çoxdur, mikroblar, toz və s. ziyanlı maddələr isə yox səviyyəsindədir. Fırtına zamanı dəniz havası xüsusilə faydalıdır.

Dəniz havası tənəffüs sistemi xəstəliklərindən əziyyət çəkən insanlara xüsusilə faydalıdır. Dəniz havası nəfəs yollarını təmizləyir və yumşaldır.

Həmçinin dəniz havası sinir sistemi xəstəliklərindən, xroniki stress və depressiyadan əziyyət çəkən insanlara faydalıdır. Dəniz havası bromla zəngindir. Bu maddə sinir sistemini sakitləşdirir.
Davamı →

Suyun düzgün qaynadılması

Su həyatdır. Sağlam olmaq istəyən insan hər gün kifayət qədər adi təmiz su içməlidir. Suyu heç bir digər mayelərlə — çay, müxtəlif içkilər və s. əvəz etmək olmaz.

Gündəlik istifadə etdiyimiz içməli suyun tərkibində bəzi ziyanlı maddələr var — xlor, ağır metalların duzları, mikroblar və s. Özünüzü və uşaqlarınızı sağlamlıq problemlərindən sığortalamaq istəyirsinizsə, yalnız qaynadılmış su için. Lakin suyun qaynadılmasının da öz qaydaları var. Bu qaydalara əməl etməklə siz suyu daha təmiz və ziyansız edəcəksiniz.
Davamı →

Orqanizmi zərərli maddələrdən təmizləyən 6 içki

1. Alma şirəsi. Almanın tərkibində olan pektin bağırsaqların fəaliyyətini normallaşdırır ki, bu da toksinlərin orqanizmdən xaric olunmasında mühüm rol oynayır. Alma şirəsi azkalorili olmaqla yanaşı vitamin və mikroelementlərlə, xüsusilə dəmirlə zəngindir. Məhz buna görə alma şirəsi digər orqanların fəaliyyətinə də müsbət təsir göstərir. Orqanizmin təmizlənməsi üçün alma sirkəsindən də istifadə etmək olar. Bunun üçün 3 xörək qaşığı alma sirkəsi 1 litr mineral suya qatılır və sutka ərzində 3-5 dəfə qəbul edilir.

2. Cəfəri və limon. 15 dənə saplaqlı cəfərini blendrda tam əzmək, bir stəkan suda qarışdırmaq və üzərinə limon şirəsi əlavə etmək lazımdır. Səhərlər yeməkdən yarım saat əvvəl 15 gün ərzində qəbul edilməlidir. Bu, xüsusilə qaraciyərin təmizlənməsi üçün olduqca faydalıdır.
Davamı →

Əllə yeməyin faydaları

Çəngəl, bıçaqdan düzgün istifadə etiket qaydaların ilkin şərtlərindən biridir. Lakin aparılan bəzi araşdırmalarda məlum olub ki, əllə yemək insan sağlamlığı üçün daha faydalıdır.

Heç bir çəngəl, bıçaq və qaşıq istifadə etmədən əllə yemək yeməyin dadını daha yaxşı hiss etməyə imkan verir. Çünki bu zaman barmaqlarımız yeməyə toxunur, qoxusunu hiss edir, eyni zamanda barmaqda olan hava, su, od kimi elementlər hərəkətə keçirdiyi üçün bədənin tonusunu balanslaşdırır.
Davamı →

Salatlara bitki yağı əlavə edin

Yaz və yay mövsümlərində masalarımızı tez-tez dadlı və faydalı tərəvəz salatları bəzəyir. Mütəxəssislər belə salatları əsas yeməkdən əvvəl yeməyi tövsiyə edirlər. Bu halda insan daha tez doyur və kalorilərlə zəngin olan əsas yeməyi daha az yeyir. Bu isə bədən çəkisini normada saxlamağa kömək edir.

Salatların əsas faydası onların müxtəlif vitamin və minerallarla zəngin olmasıdır. Xüsusilə belə salatlar pomidorda, bibərdə, turpda, bəzi göyərtilərdə olan A vitamini ilə zəngindir. A vitamini ən güclü antioksidant sayılır ki, bu vitamin orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi cavan saxlayır, bir çox xroniki xəstəliklərinin inkişafının qarşısını alır.
Davamı →

“Plastik” asılılıqdan necə qurtulaq?

Yer kürəmizin çirklənməsində plastik məmulatların payı kifayət qədər çoxdur. İnsanın ətraf mühitə atdığı bütün tullantıların 10%-ini plastik kütlədən hazırlanan əşyalar təşkil edir. Onun parçalanıb yox olması üçün 500 hətta 1000 il gərəkdir. Plastik kütlədən hazırlanan məmulatlara oyuncaqlar, butulkalar, bağlamalar, bazarlıq çantaları, birdəfəlik boşqablar, stəkanlar, şirə borucuqları, birdəfəlik çəngəl-qaşıqlar və daha nələr aiddir. Bütün bu plastik əşyalar ailə daxilində külli miqdarda istifadə edilməkdədir.

Plastikin səbəbilə insan və heyvanat aləminin sağlamlığı təhlükədədir. Bu məmulatlar insanlarda müxtəlif xəstəliklərə əsas səbəb olub, hər il milyonlarla su quşları, 100 minlərlə dəniz məməlilərini məhv edir.

Bütün yaratdığı problemlərə görə ABŞ, Birləşmiş Krallıq, Meksika, Birma, Banqladeş, Rvanda, Avstraliyanın bir neçə şəhərlərində plastik bazarlıq çantalarının istifadəsi qəti qadağandır. Plastik fəlakətin qarşısını almaq üçün müxtəlif sahənin mütəxəssisləri müxtəlif yollar düşünməkdədirlər.
Davamı →

Ruhu sağaltmağın 5 fiziki yolu

Bəzən bədəni hərəkətə keçirməklə ruhi sarsıntıdan xilas olmaq olur. Çünki hər ikisi arasında çoxlarının fərqində olmadığı güclü əlaqə var. Əgər bu fikir ağlınıza yatmadısa, aşağıdakı məsləhətləri sınaqdan keçirib fərqi gözlərinizlə görə bilərsiniz:

1. Depressiyadan çıxmaq üçün piyada gəzin
Əslində bu tövsiyədən təkcə depressiyada olanlar deyil, həmçinin qüvvətli olmaq istəyən hər kəs faydalana bilər. Piyada gəzmək ən xərcsiz və bəhanə gətirəcəyiniz ən son fəaliyyət növüdür. Araşdırmalar göstərir ki, həftədə 200 dəqiqə, yəni orta hesabla gündə 30 dəqiqə, depressiyadan çıxmağa kömək edir.

2. Diqqətinizi cəmləmək üçün dərindən nəfəs alın
Eyni vaxtda “əlində çoxlu sayda qarpız” tutmaq, sizə yazanların hamısına tək-tək cavab yazmaq… Saysız-hesabsız xarici faktorların olduğu mühitdə istədiyimiz işə diqqətimizi vermək xeyli çətinləşib. Bəs bir neçə dəqiqə dərindən nəfəs almağın nisbətən diqqətinizin artmağına kömək etdiyini bilirdiniz?
Davamı →